Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə100/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
306 
keçirirdi.  Məsələn,  təkcə  Sevilyada  istehsal  on  dəfə 
azalmışdı. 
Kral  hakimiyyətinin  və  kilsənin  himayəçiliyi  ilə 
zadəganlığın  həyata  keçirdiyi  sosial  və  milli  zülm  bir  sıra 
xalq  üsyanlarına  gətirib  çıxardı.  Bu  üsyanlardan  ən  böyüyü 
morisklərin  üsyanı  idi.  İspan  inkvizisiyasının  çirkin 
siyasətinə,  eybəcər  təqiblərinə  qarşı  xalq  etirazının  ifadəsi 
olan bu üsyan Kalderonun "Ölümdən sonra sevgi" dramında 
əks etdirilmişdir. 
Katolik  kilsəsi  İspaniyada  xalq  kütlələrinin  mənəvi 
cəhətdən əsarətdə saxlanılması işində irtica qüvvələrinin əsas 
silahı idi. O, özünün məhkəmələri, təqibləri ilə xalqın etiraz 
səsini amansızcasına əzirdi. Yezuitlər vətəni olan İspaniyada 
inkvizisiya  qəddar  bir  vəhşiliklə  hökm  sürürdü.  XVI,  XVII, 
XVIII  əsrlər  müddətində  inkvizisiya  tonqallarında  30  min 
adam  yandırılmış,  300  minə  qədər  adam  isə  həbsxanalarda 
məhv edilmişdir. Məhkəməsiz, həbsxanasız, tonqalsız mənə-
vi  cəhətdən  şikəst  edilən  adamların  isə  sayı-hesabı  yox  idi. 
İspan  katolik  kilsəsi  Roma  papalığının  dini  siyasətini 
sədaqətlə  həyata  keçirən  əsas  qüvvə  idi.  XVII  əsrdə 
İspaniyada hə beşinci-altıncı ispan keşiş, yaxud rahib paltarı 
geyirdi.  Cəmi  altı  milyon  əhalisi  olan  bu  ölkədə  bir  milyon 
iki yüz min nəfər keşiş, rahib və rahibə var idi. 
İspaniyada  katolik  kilsəsinin  fəaliyyətinin  belə  geniş 
şəkil  almasının,  xalq  şüuruna  hakim  kəsilməsinin  öz  tarixi 
səbəbləri  var  idi.  Məsələ  burasındadır  ki,  ərəblərə  qarşı 
mübarizə  dövründə  mühüm  rol  oynayan,  böyük  nüfuz 
qazanan  ispan  katolik  kilsəsi  sonralar  da  öz  mövqeyini 
saxlamaq  üçün  dəridən-qabıqdan  çıxmış,  bu  yolda  heç  bir 
cinayətdən,  qəddarlıqdan  çəkinməmişdir.  Ölkənin  daxili 
vəziyyəti  də  bunun  üçün  əlverişli  şərait  yaratmışdır. 
Təsərrüfatın  dağılması,  siyasi  pərakəndəlik,  anarxiya  və 
özbaşınalıq,  kral  hakimiyyətinin  və  zadəganlığının  xalq 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
307 
üsyanlarından  qorxması  feodal-katolik  irticasının  geniş  əl-
qol açmasının əsas baisi idi. 
Bütün bunlara baxmayaraq humanist fikir İspaniyada 
da  öz  bəhrələrini  vermiş,  Servantes,  Lope  de  Veqa  kimi 
böyük sənətkarlar yetirmişdir. Lakin bundan sonra meydana 
çıxan  şair  və  yazıçıların  irsində  yeni  meyllər  özünü 
göstərməyə  başlayır.  Humanist  fikir  əvvəlki  vüsətini  itirir, 
lakin tamam yox olmur, tamam geri çəkilmir. 
İspan  filosofu  Fransisko  Sançes  orta  əsrlər  sxolas-
tikasına  qarşı  cəsarətlə  mübarizə  aparsa  da,  faktları 
öyrənməyə çağırsa da, ümidsiz bir halda əllərini yanına salıb 
dünyanın  dərkolunmazlığı  qənaətinə  gəlir.  Təsadüfi  deyildir 
ki,  onun  əsəri  "Dərk  etmənin  olmaması  haqqında"  adlanır. 
Görkəmli  nasir  olan  B.Qarsian  insanın  gücünə  inamsızlıqla 
yanaşır, 
yer 
üzündə 
bir 
dəyişiklik 
yaratmağın 
mümkünlüyünə  inanmadığını  bildirir.  XVII  əsrin  ispan 
fəlsəfi  fikrindəki  mistika  və  bədbinlik  Kalderonun 
yaradıcılığında daha qabarıq şəkildə əks edilmişdir. 
XVII  əsrdə,  xüsusən  əsrin  birinci  yarısında  ispan 
ədəbiyyatı  öz  zənginliyi,  rəngarəngliyi  ilə  seçilir.  Lakin 
gecikmiş  ispan  humanizmi,  ispan  renessans  ideyaları 
mürtəce  katolik  ideologiyası  ilə  qarşılaşır.  Buna  görə  də 
burada  Renessans  ədəbiyyatı  və  incəsənəti  bir  çox  hallarda 
barokko  cizgiləri  alır,  Qonqora,  Qrasian,  Qevara,  xüsusən 
Kalderon  kimi  şair  və  yazıçıların  yaradıcılığını  xatırlamaq 
kifayətdir. 
Başqa  Qərbi  Avropa  ölkələri  ədəbiyyatında  olduğu 
kimi, burada da ədəbi hərəkat üç əsas ədəbi cərəyan ətrafında 
qruplaşır:  Renessans  realizmi,  klassisizm  və  barokko. 
Klassisizm  İspaniyada  geniş  yayıla  bilməmişdir.  İspan 
xalqının  milli  estetik  ənənələrini  hesaba  almayan,  antik 
incəsənətinin  səhv  başa  düşülən  estetik  prinsiplərini 
qanuniləşdirmək  iddiasında  olan  klassisizm  universitet 


Afaq Yusifli İshaqlı 
 
 
308 
dairələrindən,  elmi  mülahizələrdən  kənara  çıxmamışdır. 
Lope de Veqanın qüdrətli istedadı onun məhdud qanunlarının 
çərçivəsinə  sığmamış,  ispan  dramaturqlarının  sonrakı  nəsli 
də  onun  yolu  ilə  getmişdir.  Bununla  yanaşı  İspaniyanın 
klassisist  filoloq  alimləri  inadla  klassisizmin  müdafiəsinə 
qalxmış,  klassisizmi  orta  əsrlərin  barbarlığını  əvəz  etməyə 
gələn  mədəniyyətin  təcəssümü  kimi  başa  düşmüşlər.  Xalq 
teatrını,  Lope  de  Veqanın  dramaturgiyasını  kobud,  barbar 
sayan  belə  klassisist  filoloqlardan  biri  də  Alkala  universi-
tetinin  professoru  Tores  Ramira  idi.  Lakin  klassisizmin 
tərəfdarları  Lope  de  Veqanın  xalq  tərəfindən  qəbul  edilən, 
sevilən dramaturgiyasına qarşı qoymaq üçün ağıllı bir dəlil, 
sübut,  fakt  tapa  bilmədilər.  Dramaturqun  Tirso  de  Molina, 
Rikardo  de  Quriya,  Alfonso  Sançes  kimi  davamçıları  və 
pərəstişkarları  onun  dramaturji  prinsiplərini  müdafiəyə 
qalxdılar. Bu  müəlliflər sübut  edirdilər ki,  Lope  de Veqanın 
dramaturji  əsərləri  antik  nümunələrindən  qat-qat  yüksəkdə 
dayanan,  İspaniyanın  iftixarı  olan  milli  dram  sənətinin 
inciləridir. Lope de Veqanın yaratdığı xəlqi dram janrını klas-
sisist  teatra  qarşı  qoyarkən  ispan  yazıçı  və  alimləri  bu 
formaya spesifik ispan dramı kimi baxır və bunu İspaniyanın 
ümumbəşər  mədəniyyətinə  hədiyyəsi  kimi  qiymət-
ləndirirdilər. Tirso de Molina antik estetikanın qanun halına 
salınmasını  pisləyir,  incəsənəti  kamilliyə  doğru  aparmanın 
zərurətindən söhbət açır. Onun fikrincə, bu vəzifəni layiqincə 
yerinə yetirmək üçün antik dövrdə olan artıq, yaramayan hər 
nə  varsa  rədd  etmək  lazımdır.  Halbuki  İtaliyada,  Fransada, 
Almaniyada klassisizmə qarşı belə cəsarətli fikirlər söylənil-
məmişdir.  Lope  de  Veqanın  yaradıcılığında  antik  teatra  nis-
bətən  dramatik  sənətin  daha  yüksək  inkişaf  mərhələsini 
görən Tirso de Molina yazırdı: "O, komediyanı indi ona xas 
olan  bir  kamillik  və  zəriflik  səviyyəsinə  çatdırdı,  bu 
kifayətdir ki, onun özü özlüyündə bir məktəbi olsun və onun 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə