Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə96/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
292 
məsələlərinin inikası ilə birləşirdi. 
"Esfir"  əsərinin  müvəffəqiyyəti  Rasinin  tövrat  möv-
zusunda dini siyasi faciə janrı sahəsindəki fəaliyyətini davam 
etdirməyə  ruhlandırdı  və  o,  1691-ci  ildə  "Ataliya"  faciəsini 
yaratdı.  Rasin  bu  əsərini  də  Sen-Sir  pansionunun  tələbələri 
tərəfindən  oynanılmaq  üçün  yazmışdı.  Lakin  dramaturqun 
gözlədiyinin  əksinə  olaraq  saray  əsəri  soyuq  qarşıladı, 
ruhanilər isə ona daha düşməncəsinə yanaşdılar. Əsər ancaq 
madam  de  Mentenonun  evində  qapalı  şəkildə  tamaşaya 
qoyuldu,  geniş  səhnəyə  isə  o,  ancaq  XIV  Lüdovikin 
ölümündən sonra yol tapdı. 
"Ataliya"  /yaxud  bəzən  deyildiyi  kimi  "Qofoliya"/ 
ona  görə  soyuq  və  düşməncəsinə  qarşılandı  ki,  o,  əsərin 
yazılmasından  bir  qədər  əvvəl  XIV  Lüdovikin  dini 
siyasətindəki  mürtəce  dönüşə  qarşı  yönəlmişdi.  Dramaturq 
öz  faciəsində  mütləqiyyətin  dini  təqiblərini  ifşa  edirdi. 
Yəhudi  hökmdarlarının  hakimiyyətini  qəsb  edən  qəddar 
çariça Ataliyanın yəhudi dinini təqib etməsi açıq-aşkar XIV 
Lüdövikin apardığı dini terror siyasəti ilə səsləşirdi. 1685-ci 
ildə  Nant  ediktinin  ləğvindən  sonra  protestantlara  qarşı 
amansız  təqib  siyasəti  yeridildi,  "Esfir"dən  fərqli  olaraq  bu 
səsləşmə  açıq  və  sadə  eyhamlar  şəklində  verilmişdir.  Rasin 
tövrat materialı əsasında böyük siyasi xalq faciəsi  yaratmış, 
hadisələri geniş tarixi planda əks etdirmiş, məhz bununla da 
XVII  əsrin  sonlarında  Fransanın  həyatında  baş  verən  tarixi 
ziddiyyətlərin  kəskin  tənqidi  mənzərəsini  yaratmışdır. 
Faciənin  bütün  qəhrəmanları  döyüşən  ictimai  qüvvələrin 
nümayəndələri kimi göstərilmişdir. Bu parlaq siyasi faciənin 
tövrat  dini  örtüyündə  təqdim  olunması  birinci  növbədə 
həmin  dövrdə  siyasi  mübarizənin  özünün  geniş  ictimai 
həyatda  dini  mübarizə  formasında  aparılması  ilə 
şərtlənmişdir.  Məhz  buna  görə  də  Tövratdan  gələn  surətlər 
aydın müasir siyasi məzmunla aşılanmışdır. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
293 
Faciədə  göstərilir  ki,  artıq  qocalmış  qaniçən  mürtəd 
Yerusəlim  çariçası  Ataliya  özünün  bütün  varislərini  məhv 
edir,  Davidin  nəslindən  olduqları  üçün  bütün  uşaqlarını  və 
nəvələrini  vəhşicəsinə  qırır.  O  özünü  yəhudi  çarlarına 
düşmən  olan  İsrail  çarları  nəslindən  sayır.  Məbəddə  yırtıcı 
bir  qırğın  törədir:  "O  bəlalı  gün  mənim  yadımdan 
çıxmayacaqdır.  Hər  saat,  hər  an  o,  mənim  qəlbimi,  ruhumu 
buza  döndərir.  İmarət,  qana  bulanmış  şahzadələr,  dəhşətli 
Ataliyanın  əlində  iti  bıçaq,  öz  əsgərlərini,  barbarları 
qızışdıraraq  amansız  qırğının  necə  getdiyini  izləyirdi."  Baş 
keşişin  arvadı  İosavetin  dili  ilə  söylənən  bu  dəhşətlər 
Ataliyanın hərəkətlərinə qarşı nifrət oyadır. 
Bu  qırğından  ancaq  bir  nəfər,  şahzadə  İoas  xilas  ola 
bilir.  Yırtıcılaşmış  və  intiqamçı  çariçanın  gözündən  yayınır, 
məbəddə  baş  keşişin  nəzarəti  altında  gizlincə  tərbiyə  edilir. 
Əsərdə  ikinci  cinayətkar  surət  kahin  Vaala  Mafandır.  O  da 
Ataliya  kimi  zalım  və  mürtəddir.  Yerusəlim  məbədində  ona 
yer  olmadığı  üçün  xudbin  məqsədlərlə  yeni  allah  uydurur, 
çariçanı da bu dinə doğru yönəldir. O özü heç nəyə inanmır, 
məqsədi ancaq Yerusəlim məbədinin dağıldığını görməkdir. 
Faciədə  İoas,  baş  keşiş  İoday,  onun  arvadı  İoasavet, 
onun  uşaqları  Zaxariya  və  Sulamif,  sərkərdə  Abner  dindar, 
deməli  həm  də  xeyirxah,  igid,  nəcib,  vicdanlı  adamlar  kimi 
verilmişdir. 
Ataliya  şahzadə  İoasın  sağ  qaldığını  bilmir,  lakin  bir 
dəfə  o,  yuxusunda  İoası  görür,  narahat  olmağa  başlayır. 
Yerusəlim  məbədinə  girərkən  oğlanı  görür,  tanıyır,  gənc 
şahzadəni  məhv  etməyə  can  atır.  Silahlı  üsyan,  baş  keşişlə 
birlikdə bütün təbəələrin  İoası müdafiə  etməyə  qalxması ilə 
Ataliya  məğlub  olur  və  öldürülür.  İoas  yəhudi  taxtına 
yiyələnir. 
Rasin  bütün  əsərlərində  saray  həyatı  və  saray 
əxlaqına  tənqidi  yanaşmış,  cəsarətli  mülahizələr  yürüt-


Afaq Yusifli İshaqlı 
 
 
294 
müşdür.  Bu  siyasi  meyl  "Ataliya"  əsərində  daha  aydın  və 
kəskin  şəkil  almışdır.  Bu  cəhətdən  Sulamifin  saray 
haqqındakı aşağıdakı sözləri diqqəti cəlb edir: 
 
Sarayda zülm ilə zər əsas qanundur ancaq, 
Orda hökm edir fəqət kor-koranə bir şıltaq. 
O adam görür orda rütbə, mərhəmət, ad-san, 
Kim ki qul tək yaranır, yaltaqlanır hər zaman. 
 
Bu  cür  sözlərin  səhnədə  mütləq  hakimlərin,  saray 
nümayəndələrinin  üzünə  qarşı  deyilməsi  Rasinin  böyük 
cəsarəti  idi.  Rasin  burada  da  dayanmır,  mütləqiyyət  idarə 
üsulunun  xalqa  zidd  olduğunu  açıb  göstərir:  "Çar  ancaq  öz 
güclü iradəsinə tabedir. O, taxt üstündə qürurla əyləşərək hər 
şeyi  tapdayır.  Təbəələrin  qisməti  isə  ehtiyac  içərisində 
yaşamaq,  zəhmət  çəkməkdir.  Onları  dəmir  ağacla  otarmaq 
lazımdır." 
Rasinin  faciəsi  tövrat  mövzusunda  yazılsa  da, 
Fransanın  həyatını  humanist  mövqelərdən  yüksək  sənət-
karlıqla əks etdirən parlaq bir əsər idi. 
Rasinin  son  poetik  əsəri  1694-cü  ildə  yazdığı  "Dini 
nəğmələr"dir.  Mövzusunun  və  təbliğ  etdiyi  əxlaqi  ideyanın 
məhdudluğuna  baxmayaraq  onlar  şairin  yaradıcılığının  ən 
yaxşı  nümunələri  kimi  qiymətləndirilə  bilər.  Bu  şeirlərin 
ahəngdarlığı, hərarəti, səmimiyyəti indi də diqqəti cəlb edir. 
Şair  səmimi,  hərarətli  bir  tərzdə  qəlbindəki  ziddiyyətləri, 
xristian  mütiliyi  ilə  buna  qarşı  duran  humanist  etirazını  əks 
etdirir.  Rasinin  öz  günahkar  yaradıcı  keçmişi  ilə  əlaqəni 
kəsmək  istəməsinə  baxmayaraq  bu  şeirlərdə  də  o  özündəki, 
şüurundakı dünyəvi, humanist meylləri boğa bilmədiyini tə-
cəssüm etdirmişdir. 
 
Rasin  irsinin  dünya  əhəmiyyəti.  Rasinin  bədii 
yaradıcılığına münasibət və verilən qiymət Fransada və onun 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə