Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə94/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
286 
göstəriləcəyinə and içir. Lakin Roksananın gözlədiyi, istədiyi 
bu deyildi. O, Bayazetdən sevgi gözləyirdi. Roksana açıq bir 
kədər və peşmançılıqla Bayazetə belə cavab verir: 
 
Bütün sultanlığınla sən miskinsən nə qədər! 
Eşqimi rədd edərkən dediyin boşdur, hədər. 
Sənin ehtiramın da, burda nəyə yarayar!? 
 
Bayazetə  bəslədiyi  eşqi,  ehtirası  boşa  çıxan,  ona 
qovuşmaq ümidini itirən, aldandığını görən, mənliyini təhqir 
olunmuş  sayan  Roksana  Bayazeti  öldürür.  Onun  özü  də 
sultanın göndərdiyi Orxan adlı qul tərəfindən qətlə yetirilir. 
Qadın qəhrəmanlarının yaradılmasında Rasin yenidən 
böyük  məharət  göstərmişdir.  Onun  yaratdığı  Atalida  və 
Roksana  xarakter  etibarilə  seçilir.  Atalida  zərif,  lirik  bir 
surətdirsə,  Roksana  öz  coşqunluğu  və  ehtirası  ilə  dramatik 
səciyyə daşıyır. 
Atalida  təbiətən  nəcib,  namuslu,  xoşagəlim  və 
bədbəxt  bir  qızdır.  Bayazetə  bəslədiyi  güclü  sevginin  təsiri 
ilə o, tez-tez dəyişir, sabitliyini itirir. Bir tərəfdən Bayazetin 
Roksana  ilə  evlənməsini  istəyir,  digər  tərəfdən  bu  həqiqətlə 
barışa bilmir. Öz hislərini nə qədər gizləsə də, hərəkətləri ilə 
Bayazetin  məhvinə  səbəb  olur.  Gah  Bayazeti  inandırır  ki, 
özünü Roksanaya sevən göstərsin, hətta onunla evlənsin, gah 
da öz təklifindən dəhşətə gəlir, qısqanclıq edir. 
Roksana  sürəti  daha  parlaq  cizgilərlə  işlənilmişdir. 
Bəzi  cizgiləri  ilə  "Andromaxa"  əsərindəki  Hermionanı 
xatırladan  Roksana  ehtiraslı,  qəddar,  hakimiyyət  sevən  bir 
qadındır.  O,  cinayət  və  fitnə-fəsad  yuvası  olan  pozulmuş 
saray  mühitində  böyümüşdür.  Bu  surətin  vasitəsilə  Rasin 
sevginin, qısqanclığın və nifrətin əlvan çalarlarını əks etdirir. 
Öz  ehtiraslarının  təsiri  ilə  dəli-divanə  olan  bu  qadın  çılğın 
hərəkətləri ilə özünü də məhv edir. Bu üsulla Rasin daha çox 
fransız  kübar  dairələrində  hökm  sürən  əxlaqi  düşkünlüyün 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
287 
tənqidini  vermək  istəmişdir.  Onun  tənqid  və  etirazlarının 
ifadəsi  Atalidadır.  Bayazeti  sevməklə  o,  mütləqiyyət  üsul 
idarəsinin  antik  qəhrəmanlıq  ənənələri  aşılanmış  vəzifə  və 
məqsədlərinə  şərik  olduğunu  bildirir.  "Yoxsa  elə 
düşünürsünüz  ki,  bu  iztirablı  gün  mənim  məğrur  ruhumu 
sındırmışdır?  O,  nifrətə  layiq  olan  qorxaqlıq  üzündən  taxtı-
tacı  əhatə  edən  qayğılardan  qorxur,  ölümü  onların 
ağırlığından üstün tutur? Bəlkə də mən öz nadir iddialarımla 
günahkaram,  ancaq  mən  fikrən  öz  böyük  əcdadıma  üz 
tutmuşam. 
Mən 
rüsvayçı 
avaraçılıqdan 
qaçmağı, 
əcdadlarımın  arxasınca  qəhrəmanların  cərgəsində  durmağı 
arzulayıram." 
Atalidanın bu sözlərinə diqqət  yetirən, Rasinin arzu-
ları  ilə  fransız  kübar  cəmiyyəti  arasındakı  təzadı,  inkarı 
nəzərə  alan  S.S.Mokulski  yazır:  "Belə  bir  qəhrəmanlıq 
ənənəsi  nəinki  təkcə  Türkiyədə,  həm  də  XIV  Lüdovik 
dövrünün Fransasında pozulmuş saray cəmiyyətinə büsbütün 
yad  idi.  Bu  idealı  həyata  keçirməyə  imkan  tapmayan 
Bayazetin  ölümü,  "rüsvayçı  avaraçılıq"  kultunun  tipik 
olduğu  bir  cəmiyyətdə  onun  həyata  keçməsinin  qeyri-
mümkün olduğunu bir daha obrazlı şəkildə nəzərə çatdırır." 
 
"İfigeniya  Avliddə".  Aqamemnonun  qızı  İfige-
niyanın  Avlid  adasında  qurban  verilməsi  antik  dövrün  ən 
böyük  əsatiri  hekayələrindən  biridir.  Antik  dövrdə  bu 
mövzuda  Evripid,  Seneka  və  başqaları  parlaq  sənət  əsərləri 
yaratmışdılar.  Süjetdə  Evripid  və  Senekadan  məharətlə 
istifadə  edən  Rasin  yeni  dövrün  mənəvi  tələblərinə  cavab 
verə bilən parlaq bir faciə yaratmışdır. Fransız dramaturqunu 
daha çox psixoloji problemlər, müəyyən fəci şəraitə düşmüş 
adamların  əxlaqi  davranışı  maraqlandırır.  Rasin  Evripiddən 
fərqli olaraq əsatirin finalını dəyişdirir, bu barədə onun başqa 
variantını  istifadə  edir.  Bu  əsatirə  görə  məbədin  qarşısında 


Afaq Yusifli İshaqlı 
 
 
288 
Aqamemnonun  qızı  İfigeniya  deyil,  Spartalı  Yelenanın 
Tezeylə  gizli  kəbinindən  olan,  lakin  öz  valideynlərini 
tanımayan, Erifila adı ilə Axillesin qulluqçusu olan İfigeniya 
qurban  verilir.  Rasin  bu  versiyanı  daha  çox  həqiqətə  uyar 
görürdü,  bu  versiya  fövqəltəbii  qüvvələrin  müdaxiləsindən 
uzaq olduğu üçün onu məqbul sayırdı. Digər tərəfdən Erifila 
surəti öz dramatizmi ilə ədibin diqqəti cəlb edirdi. 
Rasin  Erifilanı  Axillesin  əsiri,  öz  ağasını  dərindən 
sevən, onu İfigeniyaya qısqanan bir qadın kimi göstərmişdir. 
Rəqibini  məhv  etməyə  çalışan,  o,  qaçıb  xilas  olmaq 
istəyəndə  xəbər  verən  Erifila  öz  qazdığı  quyuya  düşür, 
İfigeniyanı yox, onu allahlara qurban verirlər. Hadisələrin bu 
cür  inkişafı  tamaşaçının  rəğbətinə  səbəb  olur.  Sanki  onun 
simasında eybəcərlik özü cəzalanır. İfigeniyanın öldürülməsi 
isə mənasız qəddarlıq kimi qarşılana bilərdi. 
Erifila ehtiraslı, qısqanc, intiqamçı təbiəti ilə itaətkar, 
müti İfigeniyadan seçilir. İfigeniya surətini yaradarkən Rasin 
Evripiddən  fərqli  yolla  getmişdir.  Evripiddə  İfigeniya  daha 
ehtiraslıdır,  həyatı  daha  güclü  sevir,  daha  az  itaətkardır. 
Rasinin  İfigeniyası  daha  çox  yaxşı  tərbiyə  görmüş  fransız 
qızını xatırladır. 
Fransız  aristokratiyasının  real  məişətindən  imtina 
edən  Rasin  İfigeniyanı  yüksək  əxlaqi  keyfiyyətlərlə  göstər-
mişdir. O, vətənin naminə özünün ölümünün lazım olduğunu 
eşidəndə  dinmədən  taleyinə  baş  əyir,  qəlbində  olan  təbii 
yaşamaq  arzularını  boğur,  ümumin  xeyrinə  öz  həyatını 
qurban  verməyi  özü  üçün  böyük  şərəf  sayır.  İfigeniya  əsl 
qəhrəman  kimi  xudbinliyə  yaddır,  ehtirasların  cinayətkar 
atəşini  rədd  edir  və  öz  şərəfini  həyatdan  üstün  tutur.  Onun 
fədakarlığı  və  təmənnasız  qəhrəmanlığı  dövrün  xudbin 
ehtiraslarla  idarə  olunan  siyasətinin  inkarıdır.  Bu  cəhətdən 
İfigeniya  atası  Aqamemnon  və  nişanlısı  Axillesdən  daha 
yüksəkdə dayanır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə