Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə95/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
289 
 
"Fedra".  Evripid  faciələrinin  mövzusunda  yazdığı 
"Fedra"  əsərini  Rasin  öz  yaradıcılığının  ən  yaxşı  nümunəsi 
saymışdır.  Doğrudan  da,  Rasin  bu  faciəsində  şeir  sənəti 
baxımından ən yüksək zirvəyə qalxmış, Puşkinin qeyd etdiyi 
kimi  faciəni  başdan-başa  "büsbütün  məna,  dəqiqlik  və 
ahəngdarlıqla  dolu  şeirlər"lə  yazmışdır.  Bununla  bərabər 
burada o, özünün  yaratdığı aşiqanə-psixoloji faciə janrını ən 
yüksək  kamillik  dərəcəsinə  qaldırmışdır.  O,  insanı  heyran 
edəcək bir qüdrətlə qadının iradəsindən asılı olmayaraq onu 
bədnamlığa,  cinayətə,  ölümə  sürükləyən,  yandırıb  yaxan, 
kortəbii bir ehtirasın dağıdıcı gücünü təsvir etmişdir. Evripid 
kimi Rasin də bu mövzunu Fedranın öz oğulluğuna bəslədiyi 
günahkar  məhəbbət  formasında  qələmə  almışdır.  Analığının 
ehtirasını  rədd  edən  İppolit  onun  qəzəbinə  düçar  olur.  Eşqi 
rəd edilmiş Fedra ona böhtan atıb məhvinə səbəb olur. Lakin 
Rasin  bu  mövzunu  işləyərkən  onu  öz  dövrünün  baxışlarına 
və zövqünə uyğun olaraq dəyişdirir, çoxlu yeni əlavələr edir. 
Antik  müəlliflərdən  fərqli  olaraq  İppolitin  Fedraya 
qarşı soyuqluğunu başqa qadını sevməsi ilə əsaslandırmışdır. 
İppolit atasının qəddar düşməni olan Afina hökmdarının qızı 
Aritsiyanı sevir. 
Fedra  surətinin  yaradılmasında  Rasin  daha  çox  yeni-
liklərə  yol  vermişdir.  Antik  müəlliflərin  əsərlərində  Fedra 
Afroditanın əməllərinin passiv qurbanıdır, onun Artemida və 
onun pərəstişkarı İppolitlə haqq-hesab çəkməsi üçün istifadə 
olunan bir vasitədir. Antik Fedranın ehtirası ilahi bir bəladır, 
qarşı durmaq mümkün olmayan aşiqanə bir dəlilikdir. Buna 
görə  də  Fedra  rədd  edildikdə  Tezeyə  İppoliti  günahlandıran 
böhtançı  bir  məktub  qoyub  özünü  öldürür.  Rasin  isə  daha 
çox Senekaya  yaxınlaşaraq Fedranı İppolitin ölümünü görə-
rək  iztirab  çəkməyə,  cinayətini  Tezeyə  etiraf  edib  sonra 
özünü  öldürməyə  məcbur  edir.  Ancaq  Senekada  da  Fedra 


Afaq Yusifli İshaqlı 
 
 
290 
həddindən  çox  hislərinin  əsiri  olan,  abır-həya  bilməyən  bir 
qadındır.  Rasinin  əsərində  o  öz  günahkar  ehtirası  ilə 
mübarizə aparan, iztirab çəkən, səylərinə baxmayaraq özü ilə 
bacarmayan bir şəxsdir. 
Fedra  öz  eşqini  İppolitə  açmazdı.  Lakin  o,  Tezeyin 
yalan  ölüm  xəbərini  eşitdikdə  özünü  azad  sayır,  ehtirasları 
ona cinayətkar görünmür. Məhz belə bir vaxtda o, İppolitə öz 
eşqini  etiraf  edir  və  rədd  olunur.  Tezeyin  qayıtmasını 
eşitdikdə isə qorxuya düşür, Enonanın öyrətmələrinə uyaraq 
ona İppolitə böhtan atmağa icazə verir. Fedra özü bu ittiham 
və  böhtanı  ancaq  susmaqla  təsdiqləyir.  Tezey  oğlunu 
lənətləyir.  Ancaq  tezliklə  Fedraya  vicdanı  əzab  verir,  o, 
İppolitin  həyatı  üçün  qorxaraq  öz  günahını  boynuna  alıb 
İppoliti  təmizə  çıxarmaq,  xilas  etmək  qərarına  gəlir.  Lakin 
ərinin  yanına  gedəndə  ondan  öyrənir  ki,  İppolit  Aritsiyanı 
sevir.  Rasinin  əsərlərində  dönə-dönə  təsvir  edilmiş 
qısqanclıq  duyğuları  baş  qaldırır.  Əvvəlki  qərarı,  günahını 
boynuna  almaq  fikri  yadından  çıxır.  Əksinə  onda  rəqibinə 
qarşı qısqanclıq və kin baş qaldırır, qulluqçusunu öyrədir ki, 
Aritsiyanı öldürsün. Qadın psixologiyasını incəliklə açan bu 
səhnə bütünlüklə Rasinin özünə məxsusdur. 
Fedra  faciənin  sonunda  zəhər  içir  və  həqiqəti 
büsbütün ərinə danışıb ölür. Rasinin yeni faciəsi hər şeydən 
əvvəl,  fransız  hakim  dairələrində  özünü  göstərən  əxlaqi 
düşkünlüyə,  mənəvi  cılızlaşmaya  qarşı  yazılmış  bir  əsərdir. 
Məhz  buna  görə  də  kübar  dairələr  Rasinin  bu  dahiyanə 
əsərinə qarşı sui-qəsd təşkil etdilər. Onun tamaşasında pulla 
satın  alınmış  və  öyrədilmiş  tamaşaçılar  əsərin  ən  yaxşı 
yerlərində fit çalıb tamaşanı pozdular. 
Əsərin  əxlaqsız  elan  edilməsi  və  onun  ətrafında  qal-
xan  hay-küy  onun  feodal-zadəgan  əxlaqının  çürüməsinə 
qarşı yönəldiyini bir daha təsdiq edirdi. 
 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
291 
Yaradıcılığının  son  dövrü.  "Esfir".  "Ataliya". 
"Dini nəğmələr". Uzun müddət davam edən təqiblər, "Fed-
ra"  əsəri  ətrafında  yaranan  bədnam  hay-küy  Rasinin 
dramaturji  yaradıcılıqdan  əl  çəkməsinə  və  yansenizmə 
qayıtmasına  səbəb  oldu.  Lakin  dini  görüşlərinin  gücləndiyi 
bu dövrdə o, sarayla əlaqəni kəsmir, allaha xidmətlə xristian 
krala  xidmətləri  birləşdirir.  XIV  Lüdovik  dövrünün  tarixi 
üzərində  işləyir.  Kralın  yansenizmə  nifrət  etdiyini  bilsə  də, 
yansenist  dostlarını  müdafiə  məqsədi  ilə  "Por-Royalın  qısa 
tarixi"  əsərini  yazır.  Teatr  üçün  yazmayacağına  and  içsə  də, 
bir  sıra  yeni  faciələrin  planı  üzərində  düşünür.  Bualo  ilə 
birlikdə "Faetonun süqutu" operasına libretto yazır. 
1689-cu  ildə  madam  de  Mentenonun  xahişi  ilə  Sen-
Sir pansionunun qızları üçün "Esfir" adlı üç pərdəli mənzum 
dram  yazır.  Tövrat  mövzusunda  yazılan  bu  əsərdə 
klassisizmin  bir  sıra  tələbləri  pozulurdu.  Əsərin  üç  pərdəli 
olması,  lirik  xora  yer  verilməsi,  məkan  vəhdətinin 
pozulması, xoşbəxt sonluq buna misal ola bilər. Əsərdə İran 
şahı  Artakserksin  əsarətində  olan  yəhudi  xalqının  məhv 
edilməklə  hədələnməsindən,  şahın  arvadı  yəhudi  Esfirin 
məkrli  Amanın  hiylələrini  ifşa  edib  məsələnin  yaxşılıqla 
həllinə  nail  olması  dramın  əsas  mövzusudur.  Pyes  müasir 
fransız  həyatına  aid  eyhamlarla  dolu  idi.  Zərif  və  dindar 
Esfirin  simasında  tamaşaçılar  madam  de  Mentenonu  və 
Assuerin /Artakserksin/ surətində isə XIV Lüdoviki asanlıqla 
tanıdılar. Rasin bu əsərlə madam de Mentenonu da Esfir kimi 
hərəkət  edib  kral  tərəfindən  təqib  olunan  protestantları  və 
yansenistləri müdafiə etməyə həvəsləndirirdi. 
Rasinin  yeni  pyesi  eyhamlar  şəklində  hökmdarla 
başqa  dinə  qulluq  edən  xalq  arasındakı  münasibətlər 
məsələsinə toxunur, hökmdarı  başqa dini  görüşə malik olan 
təbəələrinə  qarşı  mərhəmətlə  yanaşmağa  çağırırdı.  Rasinin 
tövrat  mövzularına  keçidi  onun  yaradıcılığında  dini  siyasət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə