Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə97/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
295 
xaricində  aparılan  ədəbi-ideoloji  mübarizələrin  xarakteri  və 
istiqaməti  ilə  bağlı  olmuşdur.  Onun  yaxın  varisləri  Rasinin 
simasında 
klassisist 
saray 
faciəsinin 
nümunəvi 
nümayəndəsini  görmüş,  onun  irsinə  antik  adlar  altında 
fransız  əyanlarını  və  şahzadələrini  idealizə  edən  bir  hadisə 
kimi  baxmışlar.  Halbuki  Rasin  belə  bir  idealizədən  uzaq 
olmuşdur. Rasinin XIV Lüdovikin saray şairi kimi tanınması 
İngiltərədə,  Almaniyada,  İtaliyada  onu  saray  klassisistləri 
üçün ən böyük nüfuza çevirmişdir.  
XVIII  əsrdə  Almaniyada  Lessinq  və  Herder  də  ona 
saray  şairi  kimi  yanaşmışlar.  Gete  və  Şiller  isə  yaradı-
cılıqlarının  Veymar  klassisizmi  dövründə  Rasinin  faciə-
lərindən  ilham  almışlar.  Şiller  onun  "Fedra"sını  tərcümə 
etmiş,  Gete  isə  "Torkvato  Tasso"  və  "İfigeniya  Tavridada" 
faciələrini ondan ilhamlanaraq yazmışdır. 


Afaq Yusifli İshaqlı 
 
 
296 
 
KLASSİSİZMİN SÜQUTUNUN BAŞLANMASI 
VƏ MAARİFÇİLİYİN HAZIRLANMASI 
 
XVII  əsrin  ilk  üç  rübündə  mütərəqqi  rol  oynayan 
fransız  mütləqiyyəti  əsrin  sonlarında  tənəzzül  dövrü  keçirir, 
ölkənin  həyatından  təcrid  olunaraq  açıq  tüfeyli  bir  səciyyə 
alır.  Uğursuz  xarici  siyasət,  saraydakı  hədsiz  dəbdəbə  və 
təmtəraq  ölkəni  var-yoxdan  çıxarır,  dövləti  müflis  halına 
salır.  Bu  vəziyyətdən  kəndlilər  daha  çox  əziyyət  çəkirlər. 
Fenelon  kənd  və  şəhərlərin  acınacaqlı  mənzərəsini 
xatırladaraq  yazır:  "Torpağın  becərilməsi,  demək  olar  ki, 
atılmışdır.  Şəhər  və  kəndlərdə  əhali  qalmamışdır,  peşələr 
miskin  bir  ömür  sürür  və  fəhlələri  yedirə  bilmir.  Fransa 
böyük,  atılmış,  ərzaqdan  məhrum  olmuş  bir  xəstəxanadır." 
XIV  Lüdovikin  qəddar  daxili  siyasəti  kor-təbii  kəndli 
hərəkatlarına  səbəb  olurdu.  Xalqın  narazılığı  dövrün 
ziyalılarına  da  təsir  edirdi.  Fransız  ziyalılarının  gizli 
imzalarla  xarici  ölkələrdə  çap  olunan  əsərlərində  ümumxalq 
narazılığı əks olunurdu. 
Bununla  yanaşı  XIV  Lüdovikin  dini  və  dünyəvi 
siyasətində  də  mürtəce  bir  dönüş  əmələ  gəlir:  1685-ci  ildə 
Nant  edikti  ləğv  olunur,  protestantların  təqibi  yenidən 
başlanır,  kilsə  xadimlərinə  böyük  hüquqlar  verilir,  ölkədə 
dini terror hökm sürür, Por-Royal darmadağın edilir, madam 
de  Mentenona  qarşı  açıq  hücumlarına  görə  İtaliya 
Komediyası  teatrı  bağlanır  və  onun  aktyorları  Fransadan 
sürgün edilir. 
Məhz bu dövrdən ədəbiyyat daha artıq müxalifətçi bir 
mövqe  tutur,  saraya  xidmət  göstərməkdən  uzaqlaşır, 
döyüşkən bir xarakter alaraq XVIII əsr maarifçiliyinin layiqli 
sələfinə  çevrilir.  Müxtəlif  ədəbi  və  ictimai  qrupların 
nümayəndələri  mütləqiyyətə  qarşı  narazılıqda  birləşirlər. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
297 
Burjua  nümayəndəsi  olan  Labrüyer,  zadəgan  Sen-Simon, 
klassisist  Fenelon,  yenilikçi  Perro,  marşal  Voban,  qraf 
Bulenvilye,  professor  Pyer  Beyl  və  başqaları  müxalifətçi 
əhval-ruhiyyənin  nümayəndələri  idilər.  Görkəmli  sərkərdə 
olan  Sebastyan  de  Voban  "Kral  onluğu  haqqında  proyekt" 
əsərində  xalq  yoxsulluğunun  dəhşətli  mənzərəsini  yaradır, 
xalqı  zülm  və  yoxsulluq  əlindən  qurtarmağa  çağırır.  Voban 
şərin  əsas  səbəbini  qeyri-bərabər  yüksək  vergilərdə  görür, 
vergilərin bütün təbəqələr arasında bərabər bölünməsi fikrini 
irəli sürür. 
Mütləqiyyətin süqut etdiyi bir dövrdə onunla əlaqədar 
olaraq  klassisizmin  daxilində  də  parçalanma  başlanır, 
klassisizmə  zidd  ünsürlərin  ondan  uzaqlaşmasına  gətirib 
çıxarır.  Şarl  Perro,  Fontenel  kimi  yazıçılar  açıq  şəkildə 
klassisizm  təlimini  yenidən  nəzərdən  keçirir,  Bualonun 
prinsiplərini nümayişkaranə rədd edirlər. Onların irsində xalq 
yaradıcılığına  və  elmi  nəsrə  müraciət  mühüm  yer  tutur. 
Bəziləri  isə  Labrüyer  kimi  hərəkət  edərək  klassisizm 
mövqeyində  qalsalar  da,  gerçəkliyin  ən  mühüm  cəhətlərini 
əsərlərində canlandırmaqla kortəbii realizm mövqeyinə gəlib 
çıxırlar. Rasin və Fenelon kimi sənətkarların yaradıcılığında 
şüurlu  tərzdə  klassisizmin  prinsipləri  müdafiə  edilsə  də, 
realist  meyllərin  əhəmiyyətli  dərəcədə  gücləndiyi  müşahidə 
olunur.  XVII  əsrin  ədəbiyyatında  müşahidə  olunan  bu  yeni 
keyfiyyətlər maarifçiliyin ilkin təzahürləri və əlamətləri kimi 
diqqəti cəlb edir. 
Yaranmış  siyasi  şərait  bir  sıra  köhnə  janrların  ölüb 
getməsi,  yeni janrların  meydana çıxmasına səbəb olur. Yeni 
şəraitə,  tələbata  uyğun  şəkildə  bəzi  janrlar  daha  da  inkişaf 
etdirilir. Xüsusilə bir sıra yüngül janrlar əvvəlki mövqelərini 
itirir,  hətta  bəzi  radikal  görüşlü  yazıçılar  teatrdan  imtina 
edirlər. Açıq tənqidin qorxulu olduğunu görən ədəbi qüvvələr 
satiradan qaçırlar.  Əsrin  sonlarında özünü  göstərən yenilikçi 


Afaq Yusifli İshaqlı 
 
 
298 
və müxalifətçi meyllər xüsusi  yarımleqal janr və formaların 
meydana  çıxması  ilə  nəticələndi.  Xüsusilə  xalq  həyatı  və 
xalq  yaradıcılığı ilə  tanışlıq  əsasında  yaranan  nağıl  janrı  ge-
niş mövqe qazanır. 
Memuar  ədəbiyyatı  bu  dövrdə  daha  artıq çiçəklənmə 
dövrü  keçirir.  Bu  memuarlar  çox  vaxt  çap  olunmaq, 
yayılmaq  üçün  deyil,  gələcək  nəsillər  üçün  yazılır.  Onların 
müəllifləri  memuar  janrını  Fransanın  rəngarəng  mənzərəsi, 
ziddiyyətləri, problemləri ilə əlaqədar öz kəskin, acı tənqidi 
düşüncələrini ifadə etmək üçün ən əlverişli forma saymışlar. 
Sen-Simonun  ölümündən  sonra  onun  müsadirə  olunmuş 
memuarları  isə  XVII  əsr  realizminin  ən  parlaq  nümunəsi 
sayılır.  Təəssüf  ki,  bu  memuarlar  ancaq  XIX  əsrin  30-cu 
illərində  çap  olunmuşdur,  onlar  dövrün  canlı  ədəbi 
həyatından təcrid edilmişdir. 
XVII  əsrin  sonlarının  mühüm  sənətkarlarından  biri 
Fransua  de  Salinyak  de  Lamot  Fenelondur  /1651-1715/. 
Yoxsullaşmış  zadəgan  ailəsində  anadan  olan  Fenelon  XIV 
Lüdovikin  nəvəsi  və  taxtın  varisinin  tərbiyəçisi  olmuşdur. 
"Qızların  tərbiyəsi  haqqında"  adlı  ilk  traktatında  Fenelon 
pedaqogikanın  incəliklərini  anlayan  azad  fikirli  bir  ziyalı 
kimi  çıxış  edir.  Madam  de  Mentenon  tərəfindən  açılan  Sen-
Sir  pansionunun  tərbiyə  sistemi  bu  traktat  əsasında 
qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir 
pansionu nümunə götürülmüşdür. 
1689-cu  ildən  Bossüenin  vasitəçiliyi  ilə  kralın 
varisinin  tərbiyəçisi  olur,  altı  il  bu  vəzifədə  çalışaraq  peda-
qoji  məqsədlər  izləyən  əsərlər  yaradır,  ləyaqətli  kral 
yetişdirməyə  çalışır,  dövləti  idarə  işinin  ideal  prinsiplərini 
irəli  sürür.  Təmsillərində  Fenelon  ehtiyatla  davranır. 
"Ölülərin  dialoqları"  əsərində  isə  dövləti  idarə  prinsipləri 
haqqında düşüncələrini əks etdirir. 
Fenelon  maraqlı  və  incə  formada  krallara  siyasət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə