Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə99/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
302 
yaradıcılığı bu təsirin ən parlaq təzahürlərindəndir. 
XVII  əsrin  sonlarında  maarifçiliyin  hazırlanması 
baxımından  ən  maraqlı  şəxsiyyətlərdən  biri  Sedan  aka-
demiyasının  professoru  Pyer  Beyldir  /1647-1706/.  Nant 
ediktinin  ləğvindən  sonra  Hollandiyaya  köçən  Beyl  burada 
Rotterdam  ali  məktəbində  müəllim  işləyir.  O,  dövrünün  ən 
bilikli  və  müdrik  simalarından  idi.  Özü  protestant  idi. 
Katolikliyə,  sonralar  isə  bütün  dinlərə  tənqidi  münasibət 
bəsləmişdir.  "Böyük  Lüdovikin dövründə Frasada katoliklik 
nədən  ibarətdir?"  adlı  əsərində  qəddar  kilsə  irticasına  qarşı 
çıxaraq  yazırdı:  "Bu  zorakılıqların  müqabilində  xristianlıq 
haqqında  nə  düşünmək  olar?  belə  nəticə  çıxarmaq  lazım 
gəlmirmi  ki,  bu,  ən  qana  həris  bir  dindir,  vicdan  azadlığını 
büsbütün  sıxışdırmaq  üçün  hətta  yalan  və  aldatmadan,  dö-
nüklükdən,  cəlladlardan  və  inkvizisiyadan,  draqonadlardan 
qorxmur."  Volterin,  Didronun  ayrı-ayrı  fikir  və  mü-
lahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də 
vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən 
çıxır.  Beyl  ömrünün  qalan  illərini  "Tarixi  və  tənqidi  lüğət" 
adlı  əsas  əsərini  yaratmağa  sərf  edir.  20  cilddən  ibarət  olan 
bu  geniş  həcmli  əsər  birinci  növbədə  din  əleyhinə 
söylənilmiş fikirlər, mülahizələr toplusudur. Müəllif özündən 
əvvəl müxtəlif zamanlarda söylənilmiş mülahizələr əsasında 
mövcud dinlərin bütün əsas müddəalarını şübhə altına alır və 
təftiş edir. 
P.Beyl  öz  mülahizə  və  qənaətlərini  söyləməkdən 
çəkinir,  deyilmiş  dəlillərlə  kifayətlənir.  Lüğət  əslində  ikili 
planda yazılmışdır. Əsas hissəsində dinin müxtəlif məsələləri 
şərh olunur. Müəllif burada özünü dindar bir protestant kimi 
göstərir.  Bu  əsas  məqalələrə  yazılmış  geniş  şərhlər  isə  əsas 
hissədən  qat-qat  çox  olmaqla  tam  ateist  ruhda  yazılmışdır. 
Bu  şərhlər  bütün  dövrlərin  əsl  ateizm  ensiklopediyası  olub 
müəllifinə  böyük  şöhrət  qazandırmış  və  XVIII  əsrin 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
303 
ensiklopedistləri üçün zəngin material vermişdir. 
Volter hesab edir ki, Beyl özü dindar deyilsə də, oxu-
cularını  əsl  dinsizliyə  gətirib  çıxarır.  Beylin  lüğəti  XVIII 
əsrdə  maarifçilərin  stolüstü  kitabı  olmuşdur.  Didro  və 
Dalamber  isə  "Ensiklopediya"da  ondan  nümunə  kimi 
faydalanmışlar. 
Bir  fransız  yazıçısının  söylədiyi  kimi:  "Pyer  Beyl 
XVII yüz il mənasında axırıncı metafizik və XVIII əsr məna-
sında  birinci  filosof  idi."  Beləliklə,  P.Beylin  yaradıcılığı  ilə 
XVII  əsr  ədəbiyyatı  yekunlaşır  və  Maarifçilik  dövrünün 
ədəbiyyatı başlanır. 
 
* * * 


Afaq Yusifli İshaqlı 
 
 
304 
 
İSPAN ƏDƏBİYYATI 
 
XVII  əsrdə  İspaniya  Qərbi  Avropanın  ikinci  dərəcəli 
ölkələrindən  biri  idi.  Habsburqlar  sülaləsinin  sonuncu 
hökmdarları  olan  III  Filipp  /1598-1621/,  IV  Filipp  /1621-
1665/,  II  Karl  /1665-1700/  kral  hakimiyyətinin  nüfuzunu 
ancaq  zahirən  saxlaya  bilirdilər.  Eskoralın  zahiri  təmtərağı, 
soyuq  saray  mərasimləri  ispan  krallarının  ölkənin  həqiqi 
hakimləri  olmadıqlarını  ört-basdır  edə  bilmirdi.  İspan  kral 
hakimiyyətinin 
gücsüzlüyünə, 
zəifliyinə 
dövrün 
ədəbiyyatında 
dönə-dönə 
işarə 
edilmişdir. 
Şair 
Vilyamediyanın  aşağıdakı  sözləri  bu  baxımdan  çox 
səciyyəvidir:  "Bizim  qüdrətli  bir  kralımız  var,  onun 
qarşısında dünya tir-tir əsir. Xoş xasiyyətlidir, ancaq şəkildə 
qorxuludur. 
Bu, 
ancaq 
bulud 
kölgəsidir." 
Kral 
hakimiyyətinin  zəifliyinə,  gücsüzlüyünə  bədii  ədəbiyyatda 
müxtəlif şəkillərdə aydın işarələr edilmişdir. 
Bunun  əsas  səbəbi  o  idi  ki,  İspaniyada  mütləqiyyət 
hakimiyyət qarşısında duran, tarixi vəzifəni layiqincə yerinə 
yetirməmiş, feodal özbaşınalığı və məhəlləçiliyinə son qoya 
bilməmişdir.  İspan  millətinin  formalaşmasında,  iqtisadi  və 
mədəni  sahələrdə  xalqın  qüvvələrinin  birləşdirilməsində 
Fransada  və  İngiltərədə  olduğu  qədər  mütərəqqi  rol 
oynamamışdır.  Burada  mütləqiyyət  öz  vəzifəsini  ancaq  çox 
məhdud  ölçüdə  yerinə  yetirir.  Kral  hakimiyyəti  feodalları 
ancaq  qismən  məhdudlaşdırır,  dini  rıtsarlıq  ordenini  özünə 
tabe  edib,  onların  geniş  torpaqlarını  müsadirə  yolu  ilə  ələ 
keçirir. 
Hələ XV əsrdə kral hakimiyyəti Kastiliya və Avropa 
şəhərlərinin  ittifaqını  təşkil  edir,  bu  ittifaqa  əsaslanaraq 
müharibələr  aparmaqda,  pul  kəsməkdə  iri  feodalların 
müstəqilliyini  bir  qədər  məhdudlaşdırır,  onların  qala-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
305 
qəsrlərini  yerlə  yeksan  edir,  ayrı-ayrı  feodalların  dövlət 
içərisində  dövlətə  çevrilməsinin  qarşısını  alır.  Lakin  ispan 
mütləqiyyətinin  fəaliyyəti  bununla  qurtarır.  Burada  IV 
Henrix,  kardinal  Rişelye,  XIV  Lüdovik  kimi  dövlət 
rəhbərlərinin olmaması acı nəticələrə gətirib çıxarır, İngiltərə 
və  Fransada  kral  hakimiyyəti  daxili  təsərrüfatın,  sənayenin, 
ticarətin,  kənd  təsərrüfatının  inkişafına  qayğı  göstərirsə, 
ölkənin  iqtisadi  artımına  səbəb  olursa,  İspaniyada  kral 
hakimiyyəti  iri  feodalların  təsirindən  qurtara  bilmir,  xarici 
ticarət    sahəsində  yanlış  siyasət  yeridir,  xarici  malların 
idxalına  geniş  şərait  və  imkan  yaradır,  bununla  da  ölkənin 
istehsalına ağır zərbə vurur. 
Digər  tərəfdən  Amerika  koloniyalarından  axıb  gələn 
qızıl bu prosesi daha da sürətləndirir. Amerika qızılının heç 
vaxt  qurtarmayacağını  düşünərək  hər  şeyi  xaricdən  qızılla 
alırdılar.  Xaricdən  İspaniyaya  müxtəlif  mallar  gəlir, 
İspaniyanın  qızılları  isə  xaricə  axırdı.  Bunun  nəticəsində 
daxili istehsal get-gedə zəifləyirdi. Amerikadan qızıl gəlməsi 
dayananda  xaricdən  mal  almaq  üçün  bir  şey  olmayanda  öz 
ehtiyat  mənbələrinə  müraciət  etməli  olurdular.  Elə  bu  vaxt 
məlum  oldu  ki,  İspaniyanın  təsərrüfatı  dağılmışdır.  Kənd 
təsərrüfatı,  sənaye  bərbad  haldadır.  Bütün  ispan  flotunun, 
başqa sözlə "Məğlubedilməz Armada"nın 1588-ci ildə İngil-
tərə  sahillərində  darmadağın  edilməsi  və  məhv  olması  isə 
ölkənin  hərbi  qüdrətini  sarsıtdı.  Keçmiş  İspan  müs-
təmləkələrində narahatlıqlar, üsyanlar başladı. Hollandiya və 
Portuqaliya  İspaniyadan  ayrıldı.  Müharibələr  yeni-yeni 
bəlalar gətirirdi. 
Əhalinin  sayı  ciddi  şəkildə  azaldı.  Bütöv  yaşayış 
məntəqələri  yox  oldu.  Yeni  Kastiliya  və  Toledoda  iki  yüz, 
Köhnə  Kastiliyada  üç  yüz  kənd  xəritədən  silindi.  Ölkə 
əhalisinin  sayı  XVI  əsrin  sonunda  XVII  əsrin  ortalarına 
qədər  iki  milyondan  çox  azaldı.  İstehsal  özü  də  böhran 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə