Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə108/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
330 
dövlət  məmurlarını,  o  cümlədən  nazirləri,  varlı  tacirləri, 
fırıldaqçıları,  işbazları  ifşa  etmişdir.  Xalqın  yoxsulluğu, 
hakimlərin  alçaqlığı  ilə  barışa  bilməyən  yazıçı  zadəgan 
ailəsindən  çıxmasına  baxmayaraq  hakim  təbəqələrə  qarşı 
ciddi müxalifətdə idi. 
Kevedo  satiralarından  narazı  qalan  hakim  təbəqələr 
onun  həyatına  qəsd  etmək  qərarına  gəlir  və  bunun  üçün 
muzdlu  qatillər  tuturlar.  Lakin  ədib  öz  çevikliyi  ilə  bu 
təhlükədən  canını  qurtarır.  Nazir  Olivaresi  tənqid  etdiyinə 
görə  onu  həbs  edir  və  dörd  il  San  Marko  monastırında 
saxlayırlar.  Həbsxanada  yazıçının  səhhəti  pozulur.  O, 
azadlığa çıxdıqdan sonra çox yaşaya bilməyib ölür. 
Kevedo  siyasi  görüşləri  baxımından  güclü  mütlə-
qiyyət  hakimiyyəti  tərəfdarı  idi.  O,  dövlətə  qarşı  ona  görə 
müxalifət  mövqeyində  idi  ki,  kral  hakimiyyətinin  zəifliyi, 
ayrı-ayrı  fırıldaqçıların  əlində  oyuncaq  olması,  yerli 
feodallarla  bacara  bilməməsi  ilə  razılaşmırdı.  Ədəbiyyat 
sahəsində  isə  o,  Qonqoranın  mürəkkəb,  dolaşıq,  müəmmalı 
üslubunu  rədd  edirdi.  Ədəbiyyatdan  həqiqət,  sadəlik, 
aydınlıq  gözləyirdi.  "Qoy  Lope  de  Veqa  bizə  poeziyada 
parlaq  bir  aydınlığı  öyrətsin"  deyən  Kevedo  bir  şair  kimi 
daha  çox  barokko  ədəbi  cərəyanına  meyl  edirdi.  Burada  o 
daha çox Kalderona yaxınlaşırdı. Kədərli mənzərələr yaradır, 
kədərli əhval-ruhiyyə ifadə edirdi. 
Sonetlərinin  birində  dünyanın  get-gedə  vəhşiləş-
məsini,  abad  şəhər  və  kəndlərin  boş  səhralara  çevrilməsini 
şair dərin bir kədər və bədbinlik hiss ilə qələmə alır. Budur, 
vaxtı  ilə  abad  olan  gözəl  bir  şəhər  viran  qalmışdır,  onun 
keçmiş  əzəməti,  təntənə  və  təmtərağı  dağılıb  getmişdir. 
Tarlalarda  əvvəlki  həyat  və  sevincdən  əsər-əlamət  yoxdur. 
Günəşin  şüaları  çayları  qurutmuş,  heyvanlar  susuzluqdan 
gileyli-gileyli mələşirlər. Evə qayıdan lirik qəhrəman evdə də 
eyni  mənzərənin  şahidi  olur:  hər  yanı  toz  basmış,  lazımsız 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
331 
əşyalar  səliqəsiz  bir  şəkildə  tökülmüşdür,  qılınc  pas  atmış, 
əyri  əsa  sınmışdır.  Sonetin  son  iki  misrasında  isə  barokko 
ədəbiyyatına  məxsus  ümidsizlik,  bədbinlik  əhval-ruhiyyəsi 
ölüm və qəbiristanlıq sözləri ilə daha da gücləndirilmişdir. 
 
Hara göz yetirirsən, üfunət, zülmət hər yan! 
Boylanır hər tərəfdən ölüm, bir də qəbiristan! 
 
Fransisko  Kevedo,  əlbəttə,  nəsr  əsərləri  ilə  şöhrət 
qazanmışdır.  Onun  "Yuxular",  "Don  Pablos  adlı  Seqoviyalı 
bir tülüngünün  həyat  sərgüzəşti",  "Hər şey  və  bir çox  başqa 
şeylər  haqqında  kitab"  kimi  nəsr  əsərləri  yüksək 
sənətkarlıqla yazılmışdır. 
"Don  Pablos  adlı  Seqoviyalı  bir  tülüngünün  həyat 
sərgüzəşti"  romanı  satirik  kələkbazlıq  povesti  kimi  yazıl-
mışdır. Romanda ispan dvoryanlığının süqutu və cəmiyyətin 
bütün  təbəqələrini  bürüyən  əxlaqi  düşkünlük  əlvan 
mənzərələrlə əks etdirilmişdir. Güclü satirik ruhda yazılan bu 
əsər öz kədərli məzmunu ilə kələkbazlıq romanlarının bütün 
əvvəlki  nümunələrindən  fərqlənir.  Əsərin  qəhrəmanı  Pablo 
bərbər  oğludur,  anası  küçə  qadını  olmuşdur.  Pablo 
kələkbazdır,  onun  heç  bir  əxlaqi  prinsipi  yoxdur.  O,  gah 
aktyor  olur,  gah  yalandan  şikəst  dilənçi  roluna  girir,  gah 
oğrular dəstəsinə qoşulur, bəzən muzdlu qatil olur. Onu əhatə 
edən  adamlar  da  onun  özü  kimidir.  Bunlar  əslində  əsasən 
vəhşiləri  xatırladan  varlılardır.  Bunlarda  təmiz,  insani  bir 
cəhət axtarmaq yersizdir. 
Həyatın  çirkab  içərisində  ayaqladığı,  bədbəxt  etdiyi 
Pablo bu yola necə düşdüyünü xatırlayaraq deyir: "Bir atalar 
sözündə deyilir ki, başqaları necə edirsə, sən də elə hərəkət 
et.  Doğru  da  deyir.  Məhz  bu  sözü  xatırlayıb  mən  də 
fırıldaqçılar  fırıldaqçısı  olmaq,  əgər  mümkünsə,  başqaları 
arasında ən böyük fırıldaqçı olmaq qərarına gəldim." Roman 
mövcud gerçəkliyə qarşı barışmaz ruhda yaradılmışdır. Eyni 


Afaq Yusifli İshaqlı 
 
 
332 
zamanda əsərdə  xeyirə,  namuslu  həyata çağırış  da güclüdür. 
Kevedonun  başqa  əsərlərində  olduğu  kimi  burada  da  onun 
müsbət  idealı  aydın  deyildir.  Katolik  dini  xadimlərinə  qarşı 
kəskin  mənfi  münasibət  bəsləyən  ədib  büsbütün  din  və 
kilsədən  ayrıla  bilmir.  Kral  hakimiyyətinin  insana  zidd 
siyasətini,  hakim  təbəqələrin  daş  ürəkliliyini  cəsarətlə  ifşa 
edən  ədib  öz  ümidlərini  müdrik  və  xeyirxah  kral  ideyasına 
bağlayır.  Onun  baxış  və  görüşlərində  XVII  əsr  ispan 
həyatının  ziddiyyətləri,  onun  ən  yaxşı  adamlarının  nəcib 
idealları, həm də gücsüzlüyü əks olunmuşdur. 
Kevedo yazır: "Üç şey dünyada ən yaxşıdır, bu üç şey 
üç  qrup  insanlar  tərəfindən  qeyri-adi  dərəcədə  nifrətlə 
qarşılanır:  sağlamlıq  həkimlər,  sülh  əsgərlər,  həqiqət  bəzi 
yazıçılar və cızmaqaraçılar tərəfindən." Yazıçının bu qeydləri 
göstərir  ki,  onu  insanların  sağlamlığı,  əmin-amanlığı, 
incəsənətdə  isə  həqiqət,  həyatilik  daha  çox  cəlb  edir  və 
sevindirir. 
"Yuxular"  əsərində  Kevedo  daha  dərin  satirik  fəlsəfi 
ümumiləşdirmələr aparır. Ədib belə hesab edir ki, oğurluqla 
məşğul  olan,  qanunla  cəzalandırılan  adamlar  kimi  qanuna 
əsaslanıb oğurluq edən dövlət nazirləri də oğrudurlar. Axirət 
dünyasında  qatillər  və  həkimlər  bir  yerdə  olduqları  kimi 
oğrularla dövlət xadimləri də eyni bir yerdə olurlar. 
Kevedonun  bədii  nəsri  həm  də  konseptizmlərlə 
zənginləşdirilmişdir.  İspaniyada  yaranan  ən  maraqlı  ədəbi 
hadisələrdən  biri  olan  konseptizm  başqa  ölkələrin 
yazıçılarına  da  güclü  təsir  göstərmişdir.  Onun  banisi  şair 
Alonso  Ledesmadır.  Bu  hadisənin  adı  A.Ledesmanın  1600-
cü  ildə  çap  olunan  "Konseptos  espirituales"  adlı  şeirlər 
kitabının  adından  götürülmüşdür.  "Əqli  dərketmələr", 
"İntellektual  tapmacalar"  şəklində  tərcümə  edilə  bilən  bu ad 
altında toplanan şeirlərdə incə söz, ideya, fikir  oyunları əks 
olunmuşdur.  Bu  tipli  əsərlərdə  əsas  fikir  incə  yarım 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə