Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə110/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
336 
dəfələrlə  etdiyi  kimi  yezuit  ordeninin  icazəsi  olmadan 
"Tənqidçi" 
romanını  nəşr  etdirir.  Buna  görə  onu 
Salamankada  təhqiredici  istintaqa  cəlb  edir,  məhkəmənin 
qərarı  ilə  Qraus  şəhərciyinə  sürgün  edirlər.  Burada  ona 
yazmağa  icazə  vermir,  pəhriz  saxlamağa  məcbur  edib 
acından  öldürürlər.  Yezuit  ordeni  mütəfəkkir  yazıçıya  belə 
divan  tutur.  Salamanka  məhkəməsindən  bir  il  keçmiş  o, 
Qrausda 1658-ci ildə vəfat edir. 
Qrasianın ədəbi irsi "Qəhrəman", "Siyasətçi", "Hazır-
cavablıq  sənəti",  "Xoşrəftar",  "Gündəlik  kahin,  yaxud 
ehtiyatlı  olmaq  sənəti"  əsərləri  və  üçhissəli  "Tənqidçi" 
romanından  ibarətdir.  Filosof  yazıçının  əsərlərində  insan 
həyatının müxtəlif cəhətləri və problemləri əks etdirilir. 
"Gündəlik  kahin"  əsəri  XVII-XVIII  əsrlərdə  Avropa 
ölkələrində  ən  çox  yayılan  əsərlərdən  biri  olmuşdur. 
Nəsihətamiz aforizmlər şəklində  yazılan bu əsərə tutqun bir 
kədər  və  bədbinlik  hakimdir.  "İndiki  dövrdə  müdrik  olmaq 
üçün  o  qədər  bilmək  lazımdır  ki,  qədim  dövrdə  bu  bilik 
yeddi  adama  bəs  edərdi."  "Bizim  günlərdə  bircə  adamla 
danışmaq  üçün  əvvəllər  bütöv  bir  xalqla  danışmaq  üçün 
lazım  olandan  daha  çox  bacarıq  işlətmək  lazım  gəlir."  Hər 
cür  azadfikirlilik  və  əqli  sərbəstlik  təzahürlərinin  təqib 
olunduğu  bu  dövrdə  Qrasian  da  fikirlərini  üstüörtülü, 
eyhamlı  şəkildə  deməyə  məcbur  olmuşdur.  Ədib  öz 
oxucularına  məsləhət  görür  ki,  həddindən  artıq  aydın 
danışmasınlar, səmimi olmasınlar. "Susmaq ehtiyatlı olmağın 
ən  müqəddəs  sığınacağıdır",  çünki  açıq  deyən  hər  bir  kəs 
təqib  olunur,  izlənir.  "Öz  niyyətlərini  açma,  çünki 
düşündüyünü  həyata  keçirməyə  mane  olacaqlar,  həyata 
keçməyən  planlara  görə  isə  sən  bədbəxt  olacaqsan." 
"Dünyada  hökm  sürən  dəyişkənliyə  qarşı  laqeydlik  əsl 
müdriklik  əlamətidir."  "Nə  qədər  adama  sirrini  açsan,  o 
qədər adamdan asılı olacaqsan." "Bir sirri olmayan ürək açıl-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
337 
mış  məktub  kimidir."  "Kim  xoşbəxtlik  evinə  zövq-səfa 
qapısından  girsə,  oradan  kədər-qüssə  qapısından  çıxacaqdır 
və  əskinə."  Bu  aforizmlərdə  kədərli  bir  həyat  təcrübəsi 
ümumiləşdirilmişdir.  Məcazilik,  rəmzilik  barokko  ədibləri 
tərəfindən  sistem  halına  salınır.  Lakin  bu  cəhət  XVII  əsrin 
Avropa  ölkələrində  hökm  sürən  dəhşətli  tarixi  gerçəklik 
şəraitindən irəli gəlir. 
Qrasian  həyatı  boyu  İspaniyanın,  demək  olar  ki,  hər 
yerini gəzmiş, bütün siniflərin, təbəqələrin nümayəndələri ilə 
tanış  olmuşdur.  Bir  ruhani  kimi,  adamların  tövbələrini 
dinləyən  bir  keşiş  kimi  o,  insanların  əməllərini  hərəkətə 
gətirən  səbəbləri  öyrənmiş,  zəngin  həyat  təcrübəsi 
qazanmışdır.  İspan  cəmiyyətinin  hakim  təbəqələrində  hökm 
sürən  soyuq  haqq-hesab,  vəzifəpərəstlik,  ümumi  mənafeyə 
qarşı laqeydlik prinsipləri Qrasianın aforizmlərində müxtəlif  
formalarda 
əks  olunmuşdur.  Uzun  müddət  böyük 
diplomatlar,  hərbi  sərkərdələr,  aristokratlar  mühitində 
dolaşan  ədib  xalqın  hansı  üsullarla  itaətdə  saxlanıldığını 
görmüş və öyrənmişdir. "İdarə etmək və tabe olmağa məcbur 
etmək də sənətdir, adamdan qətiyyətdən çox çeviklik istəyir, 
insanların  varlığına  hakim  kəsilən  alçaq  ehtirasları 
öyrənmək,  öz  xeyrinə  istifadə  etmək  bacarığı  tələb  edir. 
İnsanların  ehtirasları  müxtəlif  olsa  da,  bütün  insanlar 
bütpərəstdirlər, kimi şöhrət, rütbə, kimi qazanc güdür. Hakim 
təbəqələrin  çevikliyi  ondadır  ki,  bu  ehtiraslar  və  bütləri 
yaxşı-yaxşı  öyrənir,  adamların  zəifliklərini  bilib,  onların 
iradəsini öz əlində saxlayır." 
"Gündəlik  kahin"  əsərində  əksər halda  bədbin  əhval-
ruhiyyədə  olan  çoxlu  incə  psixoloji  müşahidələr  əks 
olunmuşdur,  xüsusən,  hakim  təbəqələrdə  hökm  sürən 
ikiüzlülük, riyakarlıq tənqid edilmişdir. 
Qrasianın  "Tənqidçi"  romanı  da  Avropa  oxucuları 
arasında  böyük  müvəffəqiyyət  qazanmışdır.  Orijinalda  "El 


Afaq Yusifli İshaqlı 
 
 
338 
kritikon"    adlanan  bu  əsər  forması  etibarilə  Volterin 
"Sadəlövh",  D.Defonun  "Robinzon  Kruzo",  C.Sviftin 
"Qulliverin  səyahəti"  əsərlərinin  ən  layiqli  sələfi  olmuşdur. 
Müəllifin yezuitlər tərəfindən təqib edilməsinin səbəbi, baisi 
də  məhz  "Tənqidçi"  romanıdır.  Əsərin  əsas  qəhrəmanları 
olan  Kritil  və  Andrenio  ata  və  oğuldur.  Gəmi  qəzası 
nəticəsində  Andrenio  insan  yaşamayan  bir  adaya  düşür. 
Uşağı vəhşi dağ keçisi öz südü ilə böyüdür və ölümdən xilas 
edir.  Əlvan  cənub  təbiətinin  qoynunda  böyüyən  Andrenio 
müasir insan cəmiyyətinin kinli, fırıldaqçı təbiətindən xəbər-
sizdir.  Mədəniyyətdən  kənarda  böyümüş  Andrenionun  gözü 
qarşısında  XVII  əsrin  ortalarının  İspaniyasının  canlı 
mənzərələri  gəlib  keçir.  O,  gördüyü  hadisələrə  bir  vəhşi  və 
təbii  insan  gözü  ilə  baxır.  Müəllif  alleqoriyadan  istifadə 
edərək ispan cəmiyyətinin vəhşi təbiətini açıb göstərir. 
Madridin küçələrində pələnglər, şirlər, meymunlar və 
başqa  vəhşi  heyvanlar  gəzişir.  Təbiətin  bütün  nemətləri 
varlılara qismət olur,  yoxsullar haqqında heç kəs düşünmür. 
Müdriklərə  nifrət  edirlər,  axmaq  və  nadanlar  isə  böyük 
hörmət  sahibidir.  Küçələrin  labirintlərində  paxıllıq,  kin-
küdurət,  yaltaqlıq  gizlənmiş,  hər  yerdə  şər  simvolu  olan 
şeytanlar  ağalıq  edirlər.  Mənşəyi  etibarilə  antik  yunan 
ədəbiyyatına gedib çıxan roman-səyahət formasından istifadə 
edən  yazıçı  onu  müasir  həyatdan  götürülən,  tez-tez  dəyişən 
rəngarəng 
səhnələrlə 
zənginləşdirilmişdir. 
Onun 
alleqoriyaları  çox  vaxt  ciddi  sosial  məna  məzmun  daşıyan 
rəmzlərə  çevrilir.  Onun  bədii  üslub  və  düşüncəsinin  bu 
keyfiyyətləri  maarifçilik  dövrünün  bir  çox  yazıçılarına 
faydalı təsir göstərmişdir. 
Ədibin  "Hazırcavablıq,  yaxud  iti  ağıl  sənəti"  traktatı 
onun  estetik  görüşlərini  əks  etdirir.  Qrasian  belə  hesab  edir 
ki,  antik  ritorika  heç  də  incəsənətin  bütün  hadisələrini, 
dünyanın estetik dərkinin bütün xüsusiyyətlərini əhatə etmək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə