Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə111/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
339 
iqtidarında deyildir. Onun fikrincə, qədim müəlliflər məntiqi 
idrakın 
qanunlarını 
tapmış, 
sillogizmlər 
sistemini 
yaratmışlar.  Lakin  bu  sillogizmlər  iti  ağıl  üçün  yaramır. 
Qədim müəlliflər iti  ağılı ancaq dahilərə xas olan keyfiyyət 
saymış,  onun  təzahürlərinə  heyranlıqlarını  bildirməklə 
kifayətlənmişlər,  onun  hansı  qanunlara  riayət  etdiyini  isə 
göstərməmişlər.  Sillogizmlər  sahəsində  tapılan  qanunları  nə 
üçün  burada  da  tapmaq,  müəyyənləşdirmək  mümkün  olma-
sın. Öz estetik görüşlərinin yeniliyi, dərinliyi ilə də Qrasian 
sonrakı  dövrlərin  bir  çox  elmi  axtarış  və  kəşflərini 
qabaqlamışdır. 
Qrasian  yazır:  "Həqiqət  nə  qədər  çətin  dərk  edilirsə, 
onun  dərk  edilməsi  bir  o  qədər  xoşdur.  Uğrunda  mübarizə 
aparılan  hər  bir  yenilik  bizdə  daha  artıq  maraq  doğurur  və 
bizə  daha  artıq  məmnunluq  bəxş  edir."  Qrasianın  bütün 
yaradıcılığı üçün epiqraf ola bilən bu sətirlər ömrü boyu öz 
istedadı  uğrunda  mübarizə  aparan  bu  görkəmli  sənətkarın 
ədəbi  simasını  çox  dəqiq  müəyyənləşdirir.  Bütün  bunlarla 
yanaşı  qeyd  edilməlidir  ki,  Qrasianın  yaradıcılığı  onun 
yaşadığı  mühitin  təsiri  ilə  insana  inamsızlıq,  bədbinlik, 
ümidsizlik ruhu ilə aşılanmışdır. 
 
 
 
 
 
 
LOPE de VEQA 
/1562 - 1635/ 
 
XVII  əsr  ispan  və  dünya  dramaturgiyasının  ən 
tanınmış nümayəndələrindən biri Lope de Veqadır. Həyatının 
və  ədəbi  fəaliyyətinin  daha  çox  hissəsini  İspan  İntibahı  ilə 


Afaq Yusifli İshaqlı 
 
 
340 
bağlı  olan  Servanteslə  yanaşı  İspan  İntibahının  ən  parlaq 
abidələrini  yaradan  bu  dahi  dramaturq  həm  də  XVII  əsrin 
görkəmli mütəfəkkir sənətkarlarındandır. O öz  zəngin ədəbi 
fəaliyyəti  ilə  XVII  əsrin  ədəbi  fikrinə  də  güclü  həyat  eşqi, 
nikbinlik,  oynaqlıq,  xəlqilik  gətirmişdir.  İspan  milli 
dramaturgiyası  məhz  onun  yaradıcılığında  inkişafının  ən 
yüksək  mərhələsinə  qədəm  qoyur.  Müasirləri  Lope  de 
Veqanın  qaynar  yaradıcılıq  hünərinə  heyran  qalmış,  onu 
"təbiətin möcüzəsi", "poeziya okeanı", "feniks" adlandırmış-
lar. 
Lope  de  Feliks  de  Veqa  Karto  1562-ci  ildə  noyabrın 
25-də  Madriddə  anadan  olmuşdur.  Onun  atası  kəndli 
ailəsindən  çıxmış  olsa  da,  varlı  adam  idi.  Madriddə  xüsusi 
tikiş müəssisəsi var idi. O, oğluna dvoryan rütbəsi almış və 
əməlli-başlı  təhsil  görməsinə  nail  olmuşdur.  Lope  de  Veqa 
əvvəlcə  yezuit  kollecində  oxumuş,  universitetdə  təhsilini 
davam 
etdirmiş,  bir  müddət  Kral  riyazi  elmlər 
akademiyasında  mühazirələrə  qulaq  asmışdır.  Dilləri 
öyrənməyə  xüsusi  qabiliyyəti  olan  Lope  de  Veqa  bir  sıra 
xarici  dilləri  yaxşı  bilirdi.  Gənc  yaşlarından  bəzi  məsul 
şəxslərin  yanında  katib  işləmiş,  bir  müddət  əsgər  olmuş, 
aktyor truppaları ilə  yaxın əlaqə saxlayıb onlar üçün pyeslər 
yazmışdır. 
"Məğlubedilməz  Armada"nın  İngiltərə  sahillərinə 
uğursuz  yürüşündə  /1588/  iştirak  edən  ədib  həmin  vaxt 
"Ancelikanın  gözəlliyi"  adlı  poema  yazmışdır.  Əsl  İntibah 
şairi kimi bu əsərdə o, insan gözəlliyini tərənnüm etmişdir. 
Qaynar,  odlu,  həyatsevər  və  şən  təbiətə  malik  olan 
Lope  de  Veqa  qocalana  qədər  aşiqanə  macəralarla  dolu  bir 
həyat  keçirmişdir.  Bir  neçə  dəfə  evlənmişdir.  Qəlbən  bağlı 
olduğu  aktrisa  Yelena  Osoryo  daha  varlı  bir  pərəstişkanının 
xatirinə  onu  atanda  Lope  de  Veqa  ona  bir  neçə  kəskin 
epiqram  yazmış,  bunun  üstündə  məhkəməyə  cəlb  edilərək 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
341 
səkkiz il Madriddən sürgün olunmuşdur. 
Əlli  yaşlarında  o,  inkvizisiyanın  əməkdaşı,  sonra 
keşiş rütbəsi almışdır. Lope de Veqa bu dövrlərdə də dünyəvi 
həyatdan əl çəkməmişdir. Ancaq ölümündən bir qədər əvvəl, 
şəxsi  həyatında  baş  verən  uğursuzluqlar  nəticəsində,  daha 
doğrusu, oğlunun ölümü və qızının monastırdan qaçmasının 
təsirilə  asketizmə  qapanmış,  tərki-dünya  bir  həyat 
sürmüşdür.  Katolik  irticası  onun  həyatının  son  dövrlərində 
yaradıcılığına  müəyyən  təsir  göstərsə  də,  onu  büsbütün 
özünə tabe edə bilməmişdir. 1635-ci ildə ölümün astanasında 
olduğu  bir  vaxtda  yazdığı  "Fillida"  poemasında  da  biz  onu 
şən, gülər və zarafatcıl bir adam kimi görürük. 
1635-ci  ilin  27  avqustunda  Lope  de  Veqanın  ürəyi 
dayanır. Yüz əlli üç ispan, yüz dörd italyan şair və ədibi onun 
ölümünə şeir və başqa yazılar həsr etdilər. 
Lope  de  Veqa  dünyanın  ən  məhsuldar  yazıçı  və 
dramaturqlarından  biri  olmuşdur.  artıq  beş  yaşından  şeir 
yazmağa  başlayan  ədibin  on  iki  yaşında  yazdığı  komediya 
səhnədə oynanılmışdır. Lope de Veqanın özünün qeyd etdiyi 
kimi bəzən bir gündə bir pyes yazırmış. Lope de Veqa bütün 
nəsr və nəzm janrlarında qələmini sınamışdır. Ədibin qeyri-
dramatik  əsərlərini  iyirmi  bir  cilddə  çap  etmişlər.  Bunların 
arasında  poemalar,  pastorallar,  romanlar,  novellalar, 
məktublar, ekloqlar, romanslar, sonetlər, odalar, elegiyalar və 
başqa  janrlarda  yazılmış  əsərlər  vardır.  Əsas  yaradıcılıq 
sahəsi olan dram janrında o, min səkkiz yüz komediya, dörd 
yüz  dini  pyes  və  çoxlu  miqdarda  intermediyalar  yazmışdır. 
Bunlardan  çoxu mənzum  şəkildə  yazılan 426  dram  və qırxa 
yaxın  dini  pyes  qalmışdır.  İki  yüz  əlli  dramının  isə  adı 
məlumdur.  Lope  de  Veqa  komediyalarının  saxlanması 
qeydinə  qalmamışdır.  Əgər  poemalarının  ümumi  həcmi  50 
min misradırsa, 2989 sonetinin həcmi 42 min misradır. 
Lope  de  Veqa  dramaturgiyası  əhatə  dairəsinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə