Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


  sahəsi  var.  Bədii  natiqlik,  akademik  natiqlik,  siyasi  natiqlik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
184 
sahəsi  var.  Bədii  natiqlik,  akademik  natiqlik,  siyasi  natiqlik, 
inzibati-  idarə  natiqliyi,  iĢgüzar  natiqlik.  Sinifdə,  auditoriyada 
müəllimin söhbəti və ya mühazirəsi akademik natiqlik sayılır.  
 Natiqlik  elminin  əsas  göstəricilərindən  biri  Jestlərdir.  Jest 
nitq  zamanı  nitqə  uyğun  edilən  əl-qol  hərəkətləridir.  Jest  nitqin 
təsir  gücünü,  emosionallığınə  artırır.  Lakin  hər  bir  jest  ölçülüb-
biçilməli  və  ondan  yerində  istifadə  edilməlidir.  Hər  bir  natiqin 
özünəməxsus  jest  üslubu  var.Nitq  prosesində  mimikadan  da 
istifadə olunur. 
Mimika nitq prosesində təəccüb, narazılıq, sevinc və s. emo-
siyaları ifadə edən mənalı üz əzələlərinin hərəkətlərinə deyilir. 
 
Mövzu 17.Nitq etiketləri 
 Ünsiyyət  zamanı  mçüraciət,  gəzişmə,  ayrılma,  təbrikvə  sair 
bu  kimi  formalarına  nitq  etketləri,  və  ya  nitq  yarlıqları  deyilir 
Nitq  etiketləri  xalqın  milli  mədəniyyətiniə,  təfəkkürünə  uyğun 
olan  və  nitq  mədəniyyətinin  mühüm  bir  göstəricisi  sayılır.  Nitq 
etiketlərinin aşağıdakı göstəriciləri var. 
Müraciət  etiketləri:  yaşca  böyüklərə  “siz”  deyə  müraciət 
edilir, görüşmə etiketləri, ayrılma, təbrik, alqışlar, xeyir-dualar, 
qarğışlar,  bəd  dualar,  söyüşlər  kimi  etiketlər vardır. Etiketlərin 
növlərinə aid nümunələr deyildiyinə görə fərqləndirici halları da 
diqqət çəkir.Bu etiketlərdən yerli-yerində istifadə ünsiyyətin nor-
mal  olmasına,  effektliyinə,  tərəflərin  bir-birini  düzgün  anlama-
sına səmimi şərait yaradır.  
 
Mövzu 18.Üslubiyyat 
Üslub  –  dil  vasitələrindən  məqsədyönlü  istifadə  olunur.  Bu 
üsulları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Üslublar həm 
ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü 
göstərir. Funksional üslublar bütövlükdə ədəbi dilin fonetik, lek-
sik,  qrammatik  normaları  bütün  funksional  üslublar  üçün  məc-


 
185 
buridir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən bir görkəmli 
şair və yazıçıya aid olur. 
 
Mövzu 19:Azərbaycan ədəbi dilinin funksional üslubları: 
Ədəbi üslub. 
Azərbaycan ədəbi dilinin bədii, elmi, publisistik, məişət, rəs-
mi-işgüzar  funksional  üslubları  vardır.  Tarixi  inkişaf  prosesində 
müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqasından fərq-
ləndirir. Bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və 
qrammatik normasına tabe olur. Nitqin düzgünlüyü, dəqiqliyi və 
ifadəliliyi  publisistik  üslub  və  digər  funksional  üslublarla  bağ-
lıdır. 
Bədii  üslub  –  milli  bədii  təfəkkürün  ifadəsidir.  Obrazlı, 
emosional  nitq  formasıdır.  Bədii  üslub  ədəbi  dilimizin  tarixində 
həmişə  aparıcı  olmuşdur.  Funksional  imkanlarının  genişliyinə 
görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib 
şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm 
fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir. 
Emosionallıq  (ekspressivlik)  ilk  növbədə  obrazlılıqdan  ya-
ranır. Obrazlı nitq həm də emosional (ekspressiv) nitqdir. 
Fonetik  səviyyədə  bədii  üslubun  göstəriciləri  alliterasiya, 
assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm 
yaradan əsas vasitələrdir. 
Alliterasiya eyni samit səslərin təkrarına deyilir. 
Məsələn:  ―Yaxşılığa  yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa 
yaxşılıq ər kişinin işidir‖. 
Atalar  sözündə  təkrar  olunan  y  və  Ģ  samitləri  nitqdə  allite-
rasiya  yaradır.  Nəsiminin:  ―Al ilə  ala  gözlərin  aldadıb  aldı  kön-
lümü;  Alinə  bax  nə  al  edər,  kimsə  irişməz  alinə‖  beytində  ilə  l 
samitinin təkrarı alliterasiyadır. 
Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: ―Aza-
cıq aşım, ağrımaz başım‖ atalar sözündə a və ı saitlərinin təkrarı 


 
186 
nitqdə  assonans  yaradır.  Nəsiminin  yuxarıdakı  beytində  də  bu 
saitlərin təkrarı assonansdır.  
Təkrar  dedikdə  isə  ritmik  (fonetik)  təkrar  nəzərdə  tutulur. 
Məsələn: ―Ağa Kərəm, paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tu-
tuş  Kərəm,  yan  Kərəm‖  misralarında  Kərəm  sözünün  təkrarı 
xüsusi  bir  ritm  yaradır.  İntonasiya  isə  şeirin  və  ya  cümlənin 
xüsusi intonasiya ilə oxunması deməkdir. 
Bədii üslubun leksik səviyyədə göstəriciləri:  epitet,  təĢbeh, 
istiarə,  mübaliğə,  kinayə;  frazeoloji  birləĢmələr,  omonimlər, 
sinonimlər, antonimlər və s. 
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri: 
Söz  sırasının  qəsdən  pozulması  (inversiya),  qeyri-normativ 
quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı). 
Obrazlılığın  fonetik  səviyyədə  təzahürü  qrammatik  səviy-
yədə təzahürü ilə, leksik səviyyədə təzahürü isə həm fonetik, həm 
də qrammatik səviyyədəki təzahürləri ilə birbaşa bağlıdır. 
Bədii  üslub  ümumxalq  dilinə  əsaslanır.  Xalq  təfəkkürünün 
məhsulu  olan  sözlər,  ifadələr,  hətta  müəyyən  həcmdə  dialek-
tizmlər belə bədii üslubda işlənir. 
Bədii  üslub  –  şeir  dili,  nəsr  dili  və  dramaturgiya  dili 
formalarında özünü göstərir. 
Şeir dili – müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və 
qafiyələnən dildir. Məsələn,  
 
 
Başına döndüyüm gülüzlü sona,  
 
 
Ömrümün ilk çağı yadıma düşdü: 
 
 
Şairlər oylağı bizim tərəflər,  
 
 
Tərlanlar oylağı yadıma düşdü. 
(S.Vurğun) 
Nəsr  dili  –  müəyyən  süjetə  malik  olan  təhkiyənin  –  hekayə, 
povest, romanın dilidir. Məsələn: 
Musa  dayı  iti  və  sərt  bir  hərəkətlə  üzünü  bizə tərəf  çevirib, 
heyrətlə  əvvəlcə  mənə,  sonra  Humaya,  sonra  yenə  mənə  baxdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə