, Alfa Basımevi, İstanbul, 1996, s.104.
İnzibati hüquq
43
bağlıdır. Demokratiya da hüquqi dövlətin
conditio sine qua non
şərtindən
biridir.
74
Bütün hüquq elmini əlaqələndirən termin kimi görünsə də, əslində hüquqi
dövlət prinsipi ümumi hüquq elminin əsasən iki fənninin araşdırma obyektidir:
Konstitusiya hüququ və İnzibati hüququn. Bununla belə, müxtəlif fənlərin
predmetinə daxil olan “hüququn əsas və ümumi prinsipləri” özünü hüquqi
dövlət terminində büruzə verir.
Pozitiv hüquq sahəsi olan inzibati idarəetmə hüququnun hüquqi dövlət
baxımından əhəmiyyəti inkar edilə bilməz. Hüquqi dövlətlə inzibati hüquq o
qədər yaxındır ki, hətta hansının səbəb, hansının nəticə olduğuna dair sual da
yarana bilər. Səbəb –nəticə münasibəti baxımından hüquqi dövlət prinsipinin bu
fənlər üçün nə olmasının cavabı odur ki, prinsip XX əsrin ikinci yarısında mey-
dana çıxdığından, onun “nəticə” olduğu anlaşılacaqdır. Bununla belə, hüquqi
dövlət prinsipi Konstitusiya hüququnun inkişafına təsir göstərdiyi kimi, İnzibati
idarəetmə hüququnun inkişafına da yol açıb. Hətta belə də demək olar ki, hü -
quqi dövlət prinsipi inzibati hüquq ilə bərabər inkişaf edib.
Hüquqi dövlət terminini «liberal dövlət», «demokratik dövlət» kimi termin-
lərdən də ayırmaq lazımdır. Tarixi aspektdən baxıldıqda demək olar ki, hüquqi
dövlət prinsipi dövlətin nail olduğu son və ən mütərəqqi xüsusiyyətdir. Hüquqi
dövlətə dövlət idarəçiliyində ideal ki mi də baxıla bilər. Hüquqi dövlət prinsipi -
nin insan hüquqlarının təminatı məsələsi ilə eyni zamanda ortaya çıxdığını da
qeyd etmək lazımdır.
Bütün bunlarla bərabər hüquqi dövlətin əsas şərtlərindən biri olan “idarəçi -
lərin də idarə olunanlar kimi hüquq qa ydaları ilə bağlı olmaları”, “dövlətin mad -
di məsuliyyəti” kimi prinsiplər inzibati hüququn mühüm nəzəri məsələləri kimi
ortaya çıxır.
İnzibati hüququn inkişafı və onun qurumlarının fərd - dövlət münasi-bətlərini
ödəməsi aşağıda incələdiyimiz hüquqi dövlə tin şərtləri üçün zəmindir. İnzibati
idarəetmə hüququ inkişaf etdiyi müddət ərzində, predmetinə daxil olan inzibati
hüquqi akt və hərəkətlərin hüquqiliyi mövzusunu araşdıracaq.
İnzibati hüquq əhatəli hüquq sahəsidir. Mülki hüquq və Cinayət hüququ kimi
onun kökləri qədim əsrlərə getmir. Bunun səbəbi də aydındır; idarəetmə
orqanlarının hüquqiliyini araşdırmaq ancaq XVIII əsrdən etibarən, siyasi
sistemlərin liberallaşması ilə mümkün olub. Dövlət mənşəli qərar və hərəkətlər
üzərində nəzarət, dövlətin maddi məsuliyyəti kimi qurumların özü də tarixi
74
Daver Bülent,
Dostları ilə paylaş: