Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə72/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

12

məklə, icra hakimiyyəti ifadəsini iki ayrı mənada - həm funksional mənada ida -

rəetmə,  həm  də  orqanik  mənada  nəzərdə  tutur.  Rayon  icra  hakimiyyətləri

“administrasiya” orqanıdır və icra hakimiyyətinə daxildirlər. Bələdiyyələr baxı-

mından isə vəziyyət fərqlidir. Onlar “Bələdiyyələrin statusu haqqında” Qanuna

görə,  dövl ət  hakimiyyəti  orqanı  sayılmır.  Dövlət  idarəetmə  orqanlarına  daxil

olsalar da, olmasalar da, bələdiyyələrin ictimai idarəetmə orqanı olduğuna şüb-

hə yoxdur və bələdiyyələr də inzibati orqandır. Lakin konstitusiyaya görə onlar

icra hakimiyyətinə daxil deyil. Qısası, “icra hakimiyyəti” sözü ancaq funksional

mənada götürüldükdə bələdiyyələri də əhatə edir.

17

Hökumətin  bir  hissəsi  olan  Nazirlər  Kabineti ilk  növbədə dövlətin  ali



idarəetmə  orqanıdır.  Konstitusiyaya  görə  NK  Prezidentin  icra  səlahiyyətlərini

həyata keçirən köməkçi orqandır. Parlamentar rejimlərdə NK siyasi orqan olsa

da, yenə də texniki “administrasiya”nın tərkibinə daxil olur. Ayrı-ayrı nazirlik-

lərin isə siyasi xüsusiyyəti arxa planda qalır, məsələn Xarici İşlər Nazirliyi daha

çox siyasi orqan kimi çıxış etdiyi halda, Təhsil Nazirliyi ya da Səhiyyə Nazirliyi

əsasən  inzibati  orqan  qismində  çıxış  edir.  Ölkə  administrasiyası  (idarəetməsi)

əsasən  nazirliklər  və  onların  yerlərdə  olan şöbələri  vasitəsilə  həyata  keçirilir.

Kontinental  Avropada  buna  daha  çox  rast  gəlinir  (İngiltərə  istisnadır,  orada

dövlət və ictimai idarəetmənin böyük hissəsini bələdiyyələr həyata keçirir).

Hər  administrativ  instansiya  (vahid)  inzibati  orqan  sayılırmı?  Xeyir.

Administrasiya  içində  yer  alan  bir  vahidin  inzibati  orqan  sayılm ası  üçün,  onun

inzibati  akt,  yəni  bağlayıcı  qərar  alma  səlahiyyəti  olmalıdır.  Ancaq  tək  tərəfli

qaydada,  hüquqi  statuslara  təsir  göstərəbilən,  bağlayıcı  qərar  alabilən  vahidlər

“inzibati orqan” sayılacaq.

Əyər  Nazirlik  strukturunda  olan  bir  “şöbə”,  inzibati  akt  qəbul  etmə

salhiyyətinə  sahib  deyilsə,  o  “şöbə”  inzibati  orqan  sayılmayacaq.  Onun  ayrıca

prosessual hüquq qabliyyəti yoxdur, o məhkəmədə cavabdeh qismində çıxış edə

bilməyəcək, habelə ondan hər hansı təzminat istəmək də mümkün deyildir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə