Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə762/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   758   759   760   761   762   763   764   765   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

502

-  Məlumatlardan  istifadə:

Dövlət  qulluqçusu  xidmət  etdiyi  dövlət

orqanının  sərəncamında  olan  məlumatların  qanunvericiliklə  müəyyən  olunmuş

qaydada əldə  olunması və  yayılması  mümkünlüyünü  təmin  etməlidir.  Dövlət

qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim

edilməsi  qaydalarına əməl  etməlidir.  Dövlət  qulluqçusu  xidməti  fəaliyyəti

zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifa də edə bilməz.

-

İctimai  və  ya  siyasi  fəaliyyət:

Qanunvericiliklə  başqa  qayda  nəzərdə

tutulmamışdırsa,  dövlət  qulluqçusu  ictimai  və  ya  siyasi  birliyə  üzv  olmaq

hüququna malikdir. Başqa bir sözlə, dövlət qulluqçusu artıq siyasi partiya üzvü

ola  bilər,  halbuki  bir  çox  qərb  ölkəsində  bu  qadağandır  (tərəfsizliyini  təmin

etmək üçün). Lakin dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud

ictimai və  ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və

obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Etik  davranış  qaydalarının  pozulması  halında,  dövlət  qulluqçusu  intizam

məsuliyyətinə  cəlb  oluna  bilər.  Bu  məsələdə  səlahiyyət  iyerarxiya  rəisinə  aid

olacaqdır.  Dövlət  qulluqçusunun  intizam  məsuliyyətinə  cəlb  edilməsi

qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  həyata  keçirilir.

Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

-  Qanunun  müddəalarının  dövlət  qulluqçusu  tərəfindən  pozulması  barədə

hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın veril məsi;

-

kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən Qanunun



müddəalarının  pozulması  və  maraqların  toqquşmasına  yol  verilməsi  barədə

məlumatın dərc edilməsi.

-  İntizam  icraatı  zamanı  dövlət  qulluqçusu  tərəfindən  yol  verilən  hüquq

pozuntusunda  cinayət  tərkibinin  əlamətləri  aşkar  edildikdə,  həmin  əlamətləri

aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat

verməlidir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   758   759   760   761   762   763   764   765   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə