Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə765/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   761   762   763   764   765   766   767   768   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

504

Dövlət  qulluqçusu  qa nunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada

inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər (əməllərində inzibati xəta ya

da cinayət tərkibi varsa).

Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə

müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət  daşıyır.  Lakin  təqsir  varsa,  bir

qayda  olaraq  bu  zərəri  dövlət  ödəyəcəkdir.  Bundan  sonra  isə  dövlət  ona  qarşı

reqress hüququndan istifadə edəcəkdir.

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin

əvəzi,


sosial  dövlət  prinsipi  tələb  etdikdə  və  təqsirsiz  məsuliyyət  əsasları

olduqda,

tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dövlət  qulluqçusu  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan

Respublikası  Qanununun  5.1-ci  maddəsində  müəyyən  edilmiş  tələblərə  əməl

etmədikdə  və  ya  həmin  Qanunun  9-cu  maddəsində  göstərilən  hüquqpozmaları

törətdikdə  (onlar  inzibati  və  ya  cinayət  məsuliyyəti  yaratmadıqda)  intizam

məsuliyyətinə cəlb olunur.

Dövlət  qulluqçusu  hərəkətlərinin  qanuniliyinə  cavabdehdir.  Iyerarxiya

qaydasında  olsa  belə,  verilən  hər  göstərişi  yerinə  yetirməməlidir.  Əgər

qanunsuz  göstəriş  verilibsə,  və  qanunsuzluq aşkar  dərəcədə  olsa,  məmur  bunu

ümumiyyətlə  yerinə  yetirməli  deyildir.  Lakin  qanunsuzluğu  şübhəli  olan

göstərişlərə  qarşılaşan  məmur,  rəhbə r  işçinin  göstərişini  qanunsuz  sayarsa,  o

əvvəlcə  buna  etiraz  etməli  (həm  öz  rəisinə,  həm  də  bir  yuxarıdaki  pilləyə),

bundan sonra “rəis” göstərişini qüvvədə saxlasa və ondan yuxarı vəzifəli rəhbər

həmin  göstərişi  ləğv  etməsə,  dövlət  qulluqçusu  məsuliyyətd ən  azad  olunur

(olunmalıdır).





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   761   762   763   764   765   766   767   768   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə