Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə766/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   762   763   764   765   766   767   768   769   ...   789
inzibati-huquq

İnzibati hüquq

505

II. BƏLƏDİYYƏ QULLUĞU

A. BƏLƏDİYYƏ QULLUĞU

İctimai  idarəetmənin bir  digər şəkli  də   yerli  özünüidarəetmə  orqanlarıdır.

Yerli özünüidarəetmə orqanları, dövlətin sərhədləri daxilində  yaşayan kiçik  və

böyük  icmaların  (kənd,  qəsəbə, şəhər)  ortaq  və  yerli  xarakterli  tələbatlarını

ödəmək  məqsədi  ilə  ölkənin  qanunvericiliyinə  əsasən  formalaşdırılan

konstitusion  quruluşlardır.  Bu  anlayış  “Avropanın  Yerli  Özünüidarəetmə

Haqqında  Xartiyasinın”  3-cü  maddəsində  aşağıdakı  kimi  verilmişd ir  :  “Yerli

özünüidarə  dedikdə,  yerli  özünüidarə  orqanlarının  qanun  çərçivəsində,

məsuliyyəti  öz  üzərinə  götürərək  və  yerli  əhalinin  mənafeyi  naminə  dövlət

işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real

bacarığı başa düşülür.”

868


Yuxarıda verilmiş yerli özünüidarəetmə haqqındakı tərifləri təhlil etdiyimiz

zaman, yerli özünüidarəetmə orqanlarının əsasən, əhalinin ictimai tələbatlarının

ödəyən  qurum  olduqları  anlaşılır.  İctimai  tələbatların  ödənilməsində  həm

mətkəzi  administrasiya,  həm  də  yeri  özünüidarəetmələr  aparıcı  mövqe  tuta

bilər. Bu, ölkədən ölkəyə fərq göstərə bilər. Məsələn Avropada bələdiyyələr bu

sahədə  daha  aktivdir.  Dövlət  əhalinin  ictimai  tələbatlarının  ödənilməsini

müxtəlif mexanizmlər vasitəsilə həyata keçirə bilər . Fikrimizcə, əsas məsələ bu

tələbatları  ödəyərkən  ölkənin  iqtisadi  potensialından  maksimum  dərəcədə

səmərəli  istifadə  olunmasıdır.  İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  hər

bir ölkənin, regionun, ərazinin iqtisadi imkanlarından səmərəli istifadə edilməsi

və sosial-iqtisadi inkişafın, əhalinin rifah halının  yaxşılaşdırılması üçün dövlət

idarəetmə  orqanları  ilə  yanaşı  yerli  özünüidarəetmə  orqanlarının  da  səmərəli

fəaliyyəti  vacibdir.  Bu  baxımdan  da əhaliyə  səmərəli  ictimai  xidmətlətin

göstərilməsi  üçün  dövlət  qulluğu  ilə  yanaşı  bələdiyyə  qulluğunun  da  inkişafı

vacibdir.

Ölkəmizdə  coğrafi  yerli  özünüidarəetmənin  yeganə  forması  bələdiyyədir.

“Bələdiyyələrin statusu haqqında qanuna” əsasən bələdiyyə - qanunla müəyyən

edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Bələdiyyə  qulluğu  ilə  bağlı  münasibətlər  və  Azərbaycan  Respublikasında

bələdiyyə  qulluqçularının  hüquqi  vəziyyəti  28  dekabr  1999 -cu  ildə  qüvvəyə

minmiş  “Bələdiyyə  qulluğu  haqqında”  Qanun,  Azərbaycan  Respublikasının

868


 Bələdiyyələr Haqqında Sənədlər Toplusu, Bakı -Qanun, 2007, s.18.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   762   763   764   765   766   767   768   769   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə