Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə767/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   763   764   765   766   767   768   769   770   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

506

başqa  qanunvericilik  aktları  və  bələdiyyənin  nizamnaməsi  ilə  tənzimlənir.

Qanuna görə:

Bələdiyyə  qulluğu -  yerli  özünüidarə  orqanlarının  səlahiyyətlərini  icra

etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

1. Bələdiyyənin icra aparatı

“Bələdiyyə qulluğu haqqında” Qanunun 3-cü maddəsində bələdiyyənin icra

aparatının  strukturu  izah  olunur.  Bələdiyyənin  icra  aparatı  bələdiyyənin

sədrindən,  onun  “Bələdiyyələrin  statusu  haqqında”  Azərbaycan  Respublikası

Qanunu  və  bələdiyyənin  nizamnaməsi  ilə  müəyyən  edilmiş  qaydada

formalaşdırdığı  struktur  bölmələrdən  və  başqa  icra  strukturlarından  ibarətdir.

Bələdiyyənin  icra  aparatının  strukturunu,  ştat  cədvəlini  və  saxlanması  xərcləri

smetasını  bələdiyyə  (seçilmiş  bələdiyyə  üzvlərinin şurası)  təsdiq  edir.

Bələdiyyənin icra apar atına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.

Bələdiyyə  icra  aparatının  tərkibi  bələdiyyənin  fəaliyyət  göstərdiyi  əraziyə

və  konkret  iş  vəziyyətinə  uyğun  olaraq  bələdiyyənin  nizamnaməsi  ilə  nəzərdə

tutulmuş  qaydada  və  sayda  idarə  rəisləri  və  rəis  müavinləri, şöbə  müdirləri  və

müdir müavinləri, mütəxəssislər, müfəttişlər və başqa işçilərdən təşkil olunur.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   763   764   765   766   767   768   769   770   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə