Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə764/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   760   761   762   763   764   765   766   767   ...   789
inzibati-huquq

İnzibati hüquq

503

bilər. Bunları intizam məsuliyyəti, inzibati məsuliyyət, cinayət məsuliyyəti,

maddi  (mülki) məsuliyyət kimi sadalamaq mümkündür.  Lakin  bu  o  demək

deyil  ki,  hər  bir  səhlənkarlıq  və  ya  səlahiyyətən  aşılması  yuxarıda  sadalanan

məsuliyyətləri  yaradır. Bunların yaranıb- yaranmadığı konkret halda ayrıca

qiymətləndirilməli, bu zaman qanunçuluq prinsipi pozulmamalıdır. Bununla

belə, xüsusən intizam məsuliyyətinə cəlb edilmə şərtləri başqalarına nisbətən

dövlət qulluqçusu üçün əlverişsizdir.

Dövlət  qulluqçusunun  məsuliyyətinin  əsasları  “Dövlət  qulluğu  haqqında”

Qanunun  25-ci  maddəsində  nəzərdə  tutulmuşdur. Dövlət  qulluqçusuna  həvalə

olunmuş  vəzifələrin  yerinə  yetirilməməsi  və  ya  lazımi  şəkildə  yerinə

yetirilməməsi,  habelə  Etik  Davranış  Qaydaları  haqqında  Qanunla  müəyyən

edilmiş məhdudiyyətlərə əməl olunmaması, intizam məsu liyyətinə səbəb olur.

Dövlət qulluqçuları qanunvericiliklə nəzərdə tutulan vəzifələr üzrə tələbləri

pozarlarsa, onlara aşağıdakı intizam tənbeh tədbirləri tətbiq oluna bilər:

-

töhmət;



-

bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azald ılması;

-

həmin  təsnifatdan  olan,  lakin  vəzifə  maaşı  aşağı  olan  vəzifəyə



keçirilməsi;

-

daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;



-

ixtisas dərəcəsinin bir pillə aşağı salınması;

-

dövlət qulluğundan azad edilməsi.



Diqqət  edilsə,  dövlət  qulluqçularının  vəzifələrinin  konkret  hansının

pozulmasında  yuxarıda  saydığımız  hansı  tənbeh  tədbirinin  tətbiq  olunacağı

dəqiq göstərilmir. Töhmətlə dövlət qulluğundan azad edilmə tədbirləri arasında

böyük  fərq  vardır.  Deməli,  DGQ  Qanunun  18 -ci  maddənin  pozulması  hal ında

tabeçilik  qaydasında  yuxarı  orqana,  eyni  qanunun  25.2-ci  maddəsində

göstərilən tədbirlərin tətbiqində mülahizə səlahiyyəti verilir.

İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı

gündən  7  iş  günü  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  şikayət

vermək  olar.  Bu  zaman  həmin  orqan  tərəfindən  intizam  tənbeh  tədbiri  10  iş

günü  müddətində  ləğv  olunmalı  və  ya  qüvvədə  saxlanılmalıdır.  Y uxarıda

açıqlanan  intizam  tənbehi  tədbirindən şikayət  verilməsi  qaydası  Azərbaycan

Respublikası  Prezidentinin  3  sentyabr  2001-ci  il  tarixli  Fərmanı  ilə  təsdiq

edilmiş  “Dövlət  orqanlarında  dövlət  qulluqçuları  barəsində  tətbiq  olunmuş

intizam  tənbehi  tədbirlərindən şikayət  verilməsi  qaydası  haqqında Əsasnamə”

ilə müəyyən edilir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   760   761   762   763   764   765   766   767   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə