İnzibati hüquq
33
B. İNZİBATİ HÜQUQUN KODİFİKASİYA OLUNMAMASI
İnzibati hüquq daim inkişaf etdiyinə və dəyişdiyinə görə (məsələn Nazirlər
Kabineti qərarlarını dəyişdirir, tez-tez yeni qərarlar qəbul edir) kodifikasiyası
mümkün olmayan hüquq sahəsidır. Başqa sözlə, İnzibati idarəetmə hüququnun
«Mülki hüquq»un pozitiv əsası olan Mülki Məcəllə kimi bir qanunu yoxdur.
Ancaq administrativ hüququn kodifikasiya edilməməsi onun anglo-sakson
ölkələrindəki
«Common law»
a bənzər, məhkəmə qərarlarına/praktikasına daya -
nan hüquq olduğu mənasına gəlmir. Əksinə, admin istrativ fəaliyyəti, adminis-
trativ təşkilatı, idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini, dövlət qulluq -
çularının statusunu tənzimləyən onlarla normativ akt var. Lakin bu normalar
inzibati hüququn qaydalarını əhatə edən, əsas prinsiplərini müəyyən edən,
inzibati idarəetmənin bütün sahələrini və mövzularını tam olaraq qavrayan və
tənzimləyən qanunlar deyildir. Bir çox halda İnzibati hüququnun mənbəyi olan
qanunvericilik norması, eyni zamanda başqa bir hüquq sahəsini, məsələn,
torpaq qanunvericiliyini, mülki qanunvericiliyi, kommersiya hüququnu və s.
hüquq sahələrini də əhatə edir. Buna misal kimi «Haqsız rəqabət haqqında»
Qanunu göstərmək olar.
Düzdür, inzibati hüququ kodifikasiya etməyə cəhd olunub. Ancaq bu
təcrübələr uğurla nəticələnməyib. Bunun səbəbi dövlətin idarəetmə fəaliyyətinin
inkişafına paralel olaraq, İnzibati hüququnun da eyni sürətlə dəyişməsidir.
Müasir dövlət, təkcə asayişi və dövlətin müstəqilliyini təmin etmək vəzifəsini
daşımır; vətəndaşlarına davamlı xidmət göstərən və bunları hər
gün
yaxşılaşdıran bir dövlətdir. Administrativ xidmətlərin və fəaliyyətin hər gün
artması və idarəetmə fəaliyyətinin daimi inkişafı İnzibati hüququn da
kodifikasiya edilərək bir mənbədə toplanmasını imkansız hala gətirir.
Dostları ilə paylaş: