C. İNZİBATİ HÜQUQUN MƏHKƏMƏ QƏRARLARI İLƏ
İNKİŞAF ETMƏSİ
İnzibati hüquq kodifikasiya edilmədiyi üçün ondaki boşluqlar və çatış -
mazlıqlar məhkəmə qərarları ilə doldurulur. İnzibati hüquq bu xüsusiyyətinə
görə administrativ fəaliyyətin inkişafına rahat adaptasiya olunur.
Bundan başqa, mülki işlərə baxan məhkəmədəki hakimdən fərqli olaraq,
administrativ məhkəmə hakimi tətbiq etdiyi qaydanı bəzi hallarda qanundan
götürmür, bu qaydanı özü qoyur
47
və dolayısıyla mülki məhkəmə hakimindən
daha geniş səlahiyyətlər yerinə yetirir. Mülki işlərə baxan hakim mülki qanun-
vericiliyi, qanunda müddəa olmadıqda isə adətləri tətbiq edir; ancaq adət olma -
47
Əlbəttəki bu qaydalar, hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən törəy ən qaydalardır.
|