İnzibati hüquq
29
B. İCTİMAİ XİDMƏT MEYARI
Dövlətin iqtisadi və ictimai həyata müdaxilə etməyə başlaması ilə "ictimai
xidmət" termini İnzibati idarəetmə hüququnun tənzimləmə sahəsini müəyyən
edən meyar kimi istifadə edilməyə başlanıb. Bu meyara görə, inzibati orqan-
larının ictimai ehtiyacları ödəmək üçün girişdiyi bütün fəaliyyətlər ictimai
xidmət sayılır və İnzibati idarəetmə hüququnun predmetini təşkil etdiyi qəbul
edilir. Bu meyardan Avropada XX əsrin əvvəlindən istifadə olunur. Ictimai
xidmətlər əvəllər ümumi hüquq qaydalarına aparıldığı üçün, inzibati hüququn
predmetini müəyyən etmədə ictimai xidmətlərin rejimi əlverişli idi.
Özəl sektorun ekonomik güclərinin zəifliyi, ya da sərfəli saymadığı üçün
icra etmədiyi fəaliyyətləri, administrasiyanın özü ictimai xidmət şəklində icra
etməyə başlayıb. Misal olaraq poçt, dəmir yolları, dəniz yolları və s. göstərmək
olar. Məsələn əhalini içməli su ilə təmin edilməsi zərurətdir, lakin bunu xeyir
əldə etmək məqsədi ilə həyata keçirmək olmur – yüksək investisiya tələb etdiyi
halda vətəndaşlardan alınan pul məbləği xeyli düşük olmalıdır. Buna görə belə
xidmətləri təşkil edən fəaliyyətin xüsusiyyətlə ri onların xüsusi (mülki)
hüquqdan daha fərqli qaydalara tabe olmasını tələb edir. İnziba ti hüquqa da,
xüsusi hüquqdan fərqli qaydalara tabe olan “ictimai xidmətlər hüququ” kimi
tərif verilib.
Lakin dövlətin iqtisadi və ictimai həyata daha çox müdaxilə etməsi , habelə
özəl şəxslərin icra etdiyi ticarət, sənaye və ya iqtisadi fəaliyyəti də dövlətin icra
etməyə başlamasından sonra, ictimai xidmət termini get -gedə qeyri-müəyyən
hala gəlib və inzibati hüququn tənzimləmə sahəsini ortaya qoyan meyar
olmaqdan çıxıb. Çünki bəzi ictimai xidmətlər artıq ümumi hüquq rejiminə tabe
olmurdu. Administrasiyanın icra etdiyi bu yeni ictimai xidmətlər özəl sektorla
rəqabət şəraitində və müəyyən mənfəət prinsipləri ilə icra edildiyi üçün , onların
(xidmətlərin) quruluşu və bəzi prinsipləri İnzibati idarəetmə hüququ sahəsinə
daxil olur. Bununla belə, onların fəaliyyəti, xüsusilə ayrı -ayrı şəxslərlə olan
münasibətləri özəl hüquq qaydaları ilə tənzimlənir. Üstəlik, Avropada GATS
müqaviləsinin və AB Təsis müqaviləsinin təsiri ilə, sərbəst rəqabət qaydaları
getdikçə ictimai xidmət növlərinə də tətbiq edilməyə başlanıb.
43
Avropanın bir
çox ölkələrində, enerji və rabitə xidmətləri özəlləşdirilib, inhisarçı qaydada
aparılmır və xüsusi hüquqa uyğun icra edilir. Belə olan halda, ictmai
43
Avropa Parlamentinin 13.01.2004 tarixli Rezolusiyasına görə, ancaq səhiyyə, təhsil və mənzil
təminatı kimi ictimai xidmətlər rəqabət qaydaları xaricində icra oluna bilən ictimai xidmətlər kimi
saxlanılıb. GATS müqaviləsinə görə 160-a yaxın xidmət növləri, təhsil və uşaqların qayğısı
sektoru daxil olmaqla, bu müqavilə ilə tənzimlənib. Azərbaycan hələ ki GATS`a tərəf olmayıb.
|