Fərhad Mehdiyev
30
xidmətlərin hamısı İnzibati hüquqa tabe olmur. Onların bəziləri xüsusi (özəl)
hüquqa tabe olduğundan,
“ictimai xidmət” meyarı
İnzibati idarəetmə
hüququnun predmetini müəyyən etməkdə yetərsiz oldu.
C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI
Belə olan halda İnzibati hüququn tənzimləmə sahəsi necə müəyyən edil-
məlidir? Bu başdan qeyd edək ki, birincisi, dövlət hegemonluğuna əsaslanaraq
icra edilən administrativ fəaliyyətlər, məsələn, mühafizə, vergi, lisenziyalaşdır -
ma və s. şübhəsiz İnzibati hüququn predmetinə daxildir.
İctimai xidmətlər baxımından da fərqləndirmə aparsaq, yerinə düşər: tək
əldən - dövlətin inhisarçı kimi təqdim etdiyi ictimai xidmətlər də bura (pred-
metə) daxildir. Burada da dövlət hegemonluğu özünü göstərir. Sırf iqtisadi xü -
susiyyətli xidmətlər isə özəl hüquqa aid olmalıdır. Bununla belə, nəqliyyat
sahəsini misal kimi versək, deyə bilərik ucqar kəndə nəqliyyat xidmətinin
təşkili kimi hallar, inzibati idarəetmə hüququnun tənzimləmə sahəsinə daxil
olacaqdır.
Özəl sektorun fəaliyyətinə oxşar administrativ işlər də özəl hüquqa tabe
edilir. Məsələn, iqtisadi və ictimai qurumlar iqtisadi sahədə ticari əsaslarla qa -
zanc prinsipi ilə işləyirlər və fəaliyyətləri özəl hüquq şəxslərinin sahibkarlıq
fəaliyyətinə bənzədiyi üçün özəl/xüsusi hüquqa tabedirlər.
Beləliklə, “ictimai xidmət”lə “dövlət hegemonluğu” meyarlarının qarışığı
olan yeni meyardan istifadə etmək olar. 1) - Dövlət hegemonluğuna arxalanaraq
icra edilən fəaliyyətlər və 2) - administrasiya üçün icrası sosial hüquqi dövlətdə
vacib olan
ictimai xidmətlər İnzibati hüququn tənzimləmə sahəsini təşkil edir .
|