Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə100/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

30

xidmətlərin  hamısı İnzibati  hüquqa  tabe  olmur.  Onların  bəziləri xüsusi  (özəl)

hüquqa  tabe  olduğundan,

“ictimai  xidmət”  meyarı

İnzibati  idarəetmə

hüququnun predmetini müəyyən etməkdə yetərsiz oldu.



C. YENİ DÖVLƏT HEGEMONLUĞU MEYARI

Belə  olan  halda İnzibati  hüququn  tənzimləmə  sahəsi  necə  müəyyən  edil-

məlidir? Bu başdan qeyd edək ki, birincisi, dövlət hegemonluğuna əsaslanaraq

icra edilən administrativ fəaliyyətlər, məsələn, mühafizə, vergi, lisenziyalaşdır -

ma və s. şübhəsiz İnzibati hüququn predmetinə daxildir.

İctimai  xidmətlər  baxımından  da  fərqləndirmə  aparsaq,  yerinə  düşər:  tək

əldən -  dövlətin  inhisarçı  kimi  təqdim  etdiyi  ictimai  xidmətlər  də  bura (pred-

metə) daxildir. Burada da dövlət hegemonluğu özünü göstərir. Sırf iqtisadi xü -

susiyyətli  xidmətlər isə özəl  hüquqa  aid  olmalıdır. Bununla  belə, nəqliyyat

sahəsini misal  kimi  versək, deyə  bilərik ucqar  kəndə  nəqliyyat  xidmətinin

təşkili   kimi  hallar,  inzibati idarəetmə  hüququnun  tənzimləmə  sahəsinə  daxil

olacaqdır.

Özəl  sektorun  fəaliyyətinə  oxşar  administrativ  işlər  də  özəl  hüquqa  tabe

edilir. Məsələn, iqtisadi və ictimai qurumlar iqtisadi sahədə ticari əsaslarla qa -

zanc  prinsipi  ilə  işləyirlər  və  fəaliyyətləri  özəl  hüquq şəxslərinin  sahibkarlıq

fəaliyyətinə bənzədiyi üçün özəl/xüsusi hüquqa tabedirlər.

Beləliklə,  “ictimai  xidmət”lə  “dövlət  hegemonluğu”  meyarlarının  qarışığı

olan yeni meyardan istifadə etmək olar. 1) - Dövlət hegemonluğuna arxalanaraq

icra edilən fəaliyyətlər və 2) - administrasiya üçün icrası sosial hüquqi dövlətdə

vacib olan

 ictimai xidmətlər İnzibati hüququn tənzimləmə sahəsini təşkil edir .





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə