Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə103/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

32

D. İNZİBATİ ADƏTLƏR VƏ İNZİBATİ PRAKTİKA

Nəhayət,  özəl  hüququn  yazılı  olmayan  mənbəyi -  adət-ənənəyə  bənzəyən

"inzibati  (administrativ)  adət  və  praktika”  da  var.

45

  İdarəetmə  orqanlarının



müəyyən işlərdə təkrarladığı davranışlar, yaxud yazılı mənbələrin təfsiri, ya da

praktika bunu ifadə edir. Administrasiya üstün qüvvəli hüquq qaydalarına açıq

şəkildə  zidd  olmayan  adət  və  praktikadan  ayrılmamalıdır. Əks  nəticə  "sabit/

müntəzəm  idarəetmə"  prinsipinə  və  hüquqa  zidd  olar.  Bu  prinsipi  yeni  qəbul

olunmuş  «İnzibati  icraat  haqqında»  Qanunun  13.2-ci  maddəsi  də  təkrarlayır.

Ancaq  ictimai  maraqların  tələb  etdiyi  halda  inzibati  praktikanı  dəyişmək

mümkündür (yerinə görə isə zəruridir).

E. NƏZƏRİYYƏ

Başqa  hüquq  sahələrində  köməkçi  mənbə  olan  elmi  nəzəriyyənin  (doktri-

nanın) İnzibati hüquqda xüsusi yeri var. İnzibati hüquq kodifikasiya olmadığına

görə,  doktrina  məhkəmə  praktikasını  və  qərarlarını  təhlil  və  tənqid  edərək

onların  sistemləşdirilməsini  təmin  edir.  Doktrina  bəzən  qanunvericiliyin

formalaşmasına  birbaşa  təsir  göstərir.  Məsələn,  yeni  qəbul  olunmuş  «İnzibati

icraat  haqqında»  Qanunda  Avropa İnzibati  hüquq  elminin  hamılıqla  qəbul

edilən inzibati icraat prinsipləri əks olunub.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə