B. DİGƏR YAZILI MƏNBƏLƏR
Konstitusiyadan sonra qanunlar, fərmanlar, NK-nın qərarları, əsasnamələr
və s. kimi idarəetmə orqanlarının fəaliyyətinə aid yüzlərlə inz ibati normativ
aktlar administrativ fəaliyyətləri, administrasiyanın səlahiyyətlərini və vəzifələ -
rini, administrativ təşkilatlanmanı və inzibati qulluqçuların statusunu tənzimlə -
yir. Bununla belə, başqa hüquq sahələrindən fərqli olaraq, bu aktlar, bir q ayda
olaraq, İnzibati hüququn əsas prinsiplərini ortaya qoymur.
C. MƏHKƏMƏ QƏRARLARI
İnzibati idarəetmə hüququnun əsas prinsiplərini özündə toplayan və ortaya
qoyan vahid yazılı mənbə olmadığından, administrativ ədliyyə sisteminin oldu -
ğu ölkələrdəki inzibati məhkəmələr, məhkəmə praktikası qaydasında mü-
bahisələrin həllində bəzi qaydalar yaradırlar. Bu baxımdan məhkəmə qərarları
inzibati hüququn mənbəyini təşkil edir.
44
Fransız hüququ buna misaldır.
Fransada Konstitusiyadan sonra məhkəmə qərarları bu hüquq sahəsinin hətta
əsas mənbəyini təşkil edir.
Bizim ölkədə də Ali Məhkəmənin inzibati işlərə dair qərarları presedent
hüququnu təşkil edir. Bunu İPM -nin 96.11 və 98.2 və 98.4-cü maddələrdən
anlamaq mümkündür.
44
Günday, s.89.
|