Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə99/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   789
inzibati-huquq

İnzibati hüquq

29

B. İCTİMAİ XİDMƏT MEYARI

Dövlətin iqtisadi və ictimai həyata müdaxilə etməyə başlaması ilə "ictimai

xidmət"  termini İnzibati  idarəetmə  hüququnun  tənzimləmə  sahəsini  müəyyən

edən  meyar  kimi  istifadə  edilməyə  başlanıb.  Bu  meyara  görə, inzibati  orqan-

larının  ictimai  ehtiyacları ödəmək  üçün  girişdiyi  bütün  fəaliyyətlər  ictimai

xidmət  sayılır  və İnzibati  idarəetmə  hüququnun  predmetini  təşkil  etdiyi  qəbul

edilir.  Bu  meyardan  Avropada  XX əsrin  əvvəlindən  istifadə  olunur.  Ictimai

xidmətlər  əvəllər  ümumi  hüquq  qaydalarına  aparıldığı  üçün,  inzibati  hüququn

predmetini müəyyən etmədə ictimai xidmətlərin rejimi əlverişli idi.

Özəl  sektorun  ekonomik  güclərinin  zəifliyi,  ya  da  sərfəli  saymadığı  üçün

icra  etmədiyi  fəaliyyətləri, administrasiyanın  özü ictimai  xidmət şəklində  icra

etməyə başlayıb. Misal olaraq poçt, dəmir yolları, dəniz yolları və s. göstərmək

olar. Məsələn  əhalini  içməli  su  ilə  təmin  edilməsi  zərurətdir,  lakin  bunu  xeyir

əldə etmək məqsədi ilə həyata keçirmək olmur – yüksək investisiya tələb etdiyi

halda vətəndaşlardan alınan pul məbləği xeyli düşük olmalıdır. Buna görə belə

xidmətləri  təşkil  edən  fəaliyyətin  xüsusiyyətlə ri  onların xüsusi  (mülki)

hüquqdan  daha  fərqli  qaydalara  tabe  olmasını  tələb  edir. İnziba ti  hüquqa  da,

xüsusi hüquqdan  fərqli  qaydalara  tabe  olan “ictimai  xidmətlər  hüququ”  kimi

tərif verilib.

Lakin dövlətin iqtisadi və ictimai həyata daha çox müdaxilə etməsi , habelə

özəl şəxslərin icra etdiyi ticarət, sənaye və ya iqtisadi fəaliyyəti də dövlətin icra

etməyə  başlamasından  sonra,  ictimai  xidmət  termini  get -gedə  qeyri-müəyyən

hala  gəlib  və inzibati  hüququn  tənzimləmə  sahəsini  ortaya  qoyan  meyar

olmaqdan çıxıb. Çünki bəzi ictimai xidmətlər artıq ümumi hüquq rejiminə tabe

olmurdu. Administrasiyanın  icra etdiyi  bu  yeni  ictimai  xidmətlər  özəl  sektorla

rəqabət şəraitində və müəyyən mənfəət prinsipləri ilə icra edildiyi üçün , onların

(xidmətlərin)  quruluşu  və  bəzi prinsipləri İnzibati  idarəetmə  hüququ  sahəsinə

daxil  olur.  Bununla belə,  onların  fəaliyyəti,  xüsusilə  ayrı -ayrı  şəxslərlə  olan

münasibətləri  özəl  hüquq  qaydaları  ilə  tənzimlənir. Üstəlik,  Avropada  GATS

müqaviləsinin  və  AB  Təsis  müqaviləsinin  təsiri  ilə,  sərbəst  rəqabət  qaydaları

getdikçə ictimai xidmət növlərinə də tətbiq edilməyə başlanıb.

43

Avropanın bir



çox  ölkələrində,  enerji  və  rabitə  xidmətləri  özəlləşdirilib,  inhisarçı  qaydada

aparılmır  və  xüsusi  hüquqa  uyğun  icra  edilir. Belə  olan  halda,  ictmai

43

Avropa  Parlamentinin  13.01.2004  tarixli  Rezolusiyasına  görə,  ancaq  səhiyyə,  təhsil  və  mənzil



təminatı kimi ictimai xidmətlər rəqabət qaydaları xaricində icra oluna bilən ictimai xidmətlər kimi

saxlanılıb.    GATS  müqaviləsinə  görə  160-a  yaxın  xidmət  növləri,  təhsil  və  uşaqların  qayğısı

sektoru daxil olmaqla, bu müqavilə ilə tənzimlənib. Azərbaycan hələ ki GATS`a tərəf olmayıb.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə