Fərhad Mehdiyev
34
dıqda da, hakim öz qərarı ilə hüquq qaydası yaradır. Lakin mülki hüquq qay -
daları daha çox kodifikasiya olunduğu üçün mülki məhkəmə hakimi qanuna
daha sıx bağlıdır. İnzibati məhkəmə hakimi isə inzibati hüququn əsas qaydaları
kodifikasiya olunmadığı üçün Konstitusiya və inzibati fəaliyyətə aid qanun-
vericilikdəki qaydalar xaricində, inzibati fəaliyyət prinsiplərini rəhbər tutaraq
hərəkət edir (etməlidir).
D. İNZİBATİ HÜQUQA “İCTİMAİ MARAQ” PRİNSİPİNİN
HAKİM OLMASI
İnzibati hüquq, idarəetmə fəaliyyətinin (inzibati fəaliyyətin) hüququ
olduğuna görə, inzibati fəaliyyət də öz növbəsində ictimai mənafeyin həyata
keçirilməsi məqsədi güddüyünə görə, bu hüquq sahəsində ictimai maraqların
təmin edilməsi anlayışı hakimdir.
İnzibati hüququn bu xüsusiyyəti, bu hüquq sahəsindəki hüquqi statusların
(münasibətlərin), bir qayda olaraq, əvvəlcədən müəyyən edilmiş statuslara
əsaslanmasına və bu hüquq münasibətlərində təktərəfliliyin və qeyri-bərabərli-
yin hakim olmasına səbəb olur.
Özəl hüquq sahəsində hüquqi statusların tərkibini tərəflər sərbəst iradələri
ilə müəyyən edirlər. Bunun əksinə, inzibati idarəetmə hüququ sahəsində hüquqi
vəziyyət bir qaydaya əsaslanır. Yəni bu hüquqi vəziyyətin tərkibi tərəflərin ira-
dəsi ilə deyil, qanunvericilikdə qabaqcadan müəyyən edilən obyektiv qaydalar-
la tənzimlənir.
48
Məsələn xüsusi hüquqa tabe kredit müqaviləsinin müddəalarını
tərəflər istədiyi kimi müəyyən edə bilərlər, lakin inzibati hüquq münasi-
bətlərinin formalaşmasında tərəflərin sərbəstliyi xeyli məhdud olur.
İO-lar tərəfindən aparılan inzibati icraat hər halda obyektiv olmalı, inzibati
praktika da həmişə “bərabərlik prinsipinə” hörmət edilərək reallaşmalıdır.
Subyektiv mülahizələr ancaq obyektiv qayda daxilində izah oluna bilən
hallarda işə təsir göstərə bilər, məsələn yaşlılara göstərilən imtiy azlar kimi.
İnzibati hüquq münasibətləri
obyektiv-hüquqi
status kimi üzə çıxır.
Bundan başqa, özəl hüquq münasibətində tərəflər arasında üstünlük olmur,
hər iki tərəf bərabər mövqedə olur (şaquli münasibətlər). Tərəflərdən birinin
iradəsi qarşı tərəfin iradəsindən, mənfəəti onun marağından üstün sayılmır.
Tərəflərdən biri öz iradəsini qarşı tərəfə zorla qəbul etdirə bilməz. İnzibati
hüquq sahəsində hüquq münasibətlərində isə təktərəflilik və tərəflər arasında
qeyri-bərabərlik hakimdir. İnzibati orqanın marağı, yəni ictimai mənafe şəxslə -
rin maraqlarından üstün sayılır. Administrasiyanın birtərəfli qaydada öz iradəsi-
ni qarşı tərəfə zorla qəbul etdirmək imkanı var.
48
Gözübüyük, Tan, 1 Cild, s.18.
|