Fərhad Mehdiyev
36
§ 3. İNZİBATİ HÜQUQ VƏ HÜQUQİ DÖVLƏT
PRİNSİPİ
A. İNZİBATİ HÜQUQ SAHƏSİNİN FORMALAŞMASI
Oxucuların diqqətini cəmləşdirmək üçün qeyd edirik: hüquqi dövlət
prinsipləri inzibati hüquqda ona görə öyrədilir ki, bu prinsiplər inzibati hüquqa
yön verir və inzibati məhkəmə icraatında bu prinsiplər nəzərə alınaraq qərarlar
verilməlidir.
İnzibati hüquq, idarəetmə orqanlarının quruluşu, fəaliyyəti və yaratdığı
hüquqi statusları/münasibətləri tənzimləyən hüquq qaydalarının və elmi
nəzəriyyənin cəmidir. İnzibati (idarəetmə) hüququn predmetini dövlət/ ictimai
idarəetmə sahəsində yaranan hüquq münasibətləri kimi ifadə etmək olar. Başqa
hüquq sahələrində olduğu kimi, inzibati hüquq da qadağa, icazə və tapşırıq
vermə (öhdəlik yükləmə) metodlarından istifadə edir.
50
İnzibati hüququn müstəqil elm sahəsi olaraq XIX əsrdə yaran-dığını nəzərə
alsaq, cinayət hüququ, mülki hüquq kimi hüquq sahələri ilə müqa-yisədə
nisbətən yeni hüquq sahəsi olduğu bəlli olar. İctimai idarəetmənin hüqu -qiliyini
tədqiq edən inzibati hüquq, polis dövlətindən hüquqi dövlətə keçidlə sıx
bağlıdır. Hüquqi dövlətin bir mənası da dövləti idarə edənlərin hüquq qay -
daları ilə bağlı olmalarıdır. Bu özəllik də inzibati hüququn tədqiqat sahəsinə
daxildir.
İnzibati hüququn başlanğıcının polis hüququ olduğu müba-hisəli
məsələdir.
51
Bu sahədə ilk yazılı əsər F ransada 1705-ci ildə N.Delamarın
yayımladığı “Polis haqqında təlim”dir. Əsər polisin bütün qərarlarını ehtiva
etməklə Paris hökümətinin tapşırığı ilə yazılsa da, müəllif mövzunu daha geniş
incələyib, polis fəaliyyəti və dövlət idarəsi ilə bağlı geniş elmi analiz aparıb.
52
İnzibati hüquq XIX əsr Fransa və Almaniyada inkişaf etməyə başlayıb və
başqa ölkələrə də örnək olub.
53
Fransada inzibati hüququn inkişafının səbəbləri
ictimai xidmətlərin inkişafı, dövlətin iqtisadi həyata daha çox qarışması,
inzibati ədliyyə sisteminin yaranmasıdır.
54
Fransız inzibati hüququ, Strasburq
məhkəməsi vasitəsilə hələ də başqa ölkələrdəki i nzibati hüququnun inkişafına
50
Бельский, Козлов, Колибаба, с. 31.
51
Козырин, Штатина, Зеленцов, с. 6. Əsərdə “polis” sözünün yunan dilində şəhər mənasına gəl -
diyi, dövlət idarəetməsinin də əsasən şəhər idarəetməsi şəklində gerçəkləşdiyi fikri irəli sürülür.
52
Бельский, Козлов, Колибаба, с. 98.
53
Balta Tahsin Bekir.
Dostları ilə paylaş: |