Balta, s.94.
Fərhad Mehdiyev
38
tanışdır.
58
Analizlər, aşağıda görünəcəyi kimi, müasir mənada inzibati hüquq və
hüquqi dövlət prinsipinin həm inkişaf, həm də formalaşma baxımın -dan yaxın
olduğunu göstərir.
İnzibati (idarəetmə) hüququnun bu qədər gec ortaya çıxması bəlkə də
qəribə görünə bilər. Tarixin qədim zamanlarından bəri dövlət deyilən varlıq
olduğuna və dövlətdə ictimai idarəetmə münasibətləri mövcud olduğuna görə,
bunların xaotik deyil, müəyyən qaydalarla aparıldığı və ya buna cəhd edildiyi
danılmazdır.
59
Belə olan halda nəyə görə idarəetməni tənzimləyən hüquq sahəsi
bu qədər gec yaranıb?
Əzəldən dövlət idarəçiliyinin siyasi motivlər və qaydalarla aparıldığını bi-
lirik. Siyasət isə çox vaxt hüquqi qaydalara söykənmir.
60
Hüquq elmi müəyyən
fənlər kimi ortaya çıxır və bu fənlər özlərinə məxsus
anlayışlar
yaradır. İnzibati
idarəetmə hüququ idarəetmə orqanlarının hüquqiliyini qəbul etdiyi anlayışlara
uyğunluq baxımından araşdırır. Lakin orta əsrlərin dövlət idarəetməsinin adət-
ənənəyə (idarəçilərin özlərini qaydalarla məhdudlaşdırmaq istəməməsi) əsas -
lanması inzibati hüququn gərəkliyini göstərməklə bərabər, onun ortaya
çıxmasını əngəlləyib. Çünki inzibati hüququn siyasət elmini məhdudlaşdırmaq
özəlliyi var: dövlət idarəsi müəyyə n qaydalara əsaslanmalıdır.
61
İnzibati hüququn müstəqil fənnə çevrilməsindən əvvəl, bu hüquq sahəsinin
araşdırdığı sahələrdən bəziləri ümumi hüquq və ya konstitusiya hüququna daxil
idi. Fransız konstitusiya hüquqçusu Esmeinin, 1895-ci ildə yayımladığı
“Konstitusiya hüququnun ümumi əsasları” kitabında i nzibati hüquq sahələrini
58
«
Common law»
a əsaslanan ingilis hüquq sistemi məhkəmələrin (hakimlərin) tarixi dövr içində
inkişaf etdirdikləri prinsipləri/ə sasları ehtiva edir. Kontinental hüquq sistemimizdə bunlardan
bəziləri “hüququn ümumi prinsipləri” adlandırılır. Bunlar eyni olmasa da, bənzərlikləri var.
Məsələn, “haqq-ədalət” prinsipi, “müdafiə hüququ (
audi alteram partem
)” kökləri çox qədimə
uzanan prinsiplərdir.
59
Avtoritar idarə tərzi və ya mütləqiyyət rejimi olsa da, idarəetmə müə yyən qaydalara ə saslan-
malıdır, çünki bunu etmək rasionaldır. Qaydalara ə saslanan idarəçilik nizam-intizam gətirir, bu da
öz növbəsində sağlam dövlət idarəçiliyi yaradır. «
Administrativ personal
» və ya «dövlət
məmurları» adlandırdığımız təbəqə hər zaman olub, orta əsr dövlətlərində bunlara ə n gözəl misal
vəzirlər, valilər, inzibatçılar və ya vergi məmurlarıdır.
60
Politologiya kitablarında uğurlu siyasətçiyə əxlaqi və ya şə xsi xüsusiyyətlər nəzərə alınmadan,
siyasətdə və dövlət idarəsində qalmağı bacaran siyasətçi kimi tərif verilir. Lakin demək olar ki,
hüquq elmi, təbii hüquq məktəbinə əsaslanır. Dolayısıyla, klassik mənada siyasət elmi çağdaş
duruma çatmazdan qabaq makiavelist fikirlərə əsaslanırdı və hüquqilikdən xeyli uzaq idi.
61
Козырин, Штатина, Зеленцов, с. 7.