İnzibati hüquq
35
E. MÜBAHİSƏLƏRİN HƏLLİ
İnzibati hüququn tətbiq edilməsindən yaranan mübahisələr xüsusi hüquqla
deyil, ictimai marağın hakim olduğu ümumi hüquq qaydaları ilə həll
olunmalıdır. Xüsusi hüquq qaydaları ictimai marağı ayrıca qorumur. İnzibati
mübahisələrdə tətbiq edilən prosessual hüquq da, xüsusi hüquq ixtilaflarında
tətbiq edilən prosessual hüquq ilə eyni olmamalıdır. Çünki inzibati ixtilaflarda
tərəflər qeyri-bərabərdir: bir tərəfdə güclü administrasiya, qarşı tərəfdə isə (bir
qayda olaraq) güçsüz və zəif vətəndaş və ya hüquqi şəxs olur. Buna görə
administrativ çəkişmədə “silahların bərabərliyi” prinsipi də təmin edilməlidir
ki, ədalətli mühakimədən danışmaq mümkün olsun. İnzibati icraatda bu
qaydaların təmin edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına
görə, Konvensiyanın 6.1. -ci maddəsinin tələbidir. Administrativ ədliyyə
sisteminin olduğu ölkələrdə bu mübahisələrə xüsusi administrativ (inzibati)
məhkəmələrdə baxılır. Bu mübahisələrə məhz ümumi hüquq qaydalarının tətbiq
edilməsi administrativ ədliyyə sisteminin qurulmasını zəruri edir.
İnzibati ixtilaflara ümumi hüquq qaydalarının tətbiq edilməsinin zərurəti
özünü «İnzibati icraat haqqında» Qanunun 10-cu maddəsində də göstərir.
Qanunu hazırlayan Komissiya üzvlərinin rəyinə görə, inzibati ixtilafa baxan
hakim ölkəmizin pozitiv hüququna daxil olmayan, hamılıqla qəbul olunan ümu-
mi hüquq qaydalarını, hüquqi dövlət prinsiplərini və bu prinsipləri ehtiva edən
AŞ Nazirlər Kabinetinin tövsiyələrini, Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarlarını da nəzərə ala biləcəkdir.
49
İPM-nin 11-15-cü maddələrində də bu prinsiplər yer almışdır. Belə ki
sübuetmə yükü İO -ın üzərində olduğu kimi, məhkəmə lazım gördüyü hallarda
özü sübutları tələb edir, zəif mövqedə olan vətəndaşı qorumaq üçün lazımi
tədbirləri almalıdır.
İPM-yə görə, əgər İA -ın qəbuluna dair məcburetmə haqqında iddia
qaldırırsa, sübutetmə yükü belə halda vətəndaşın üzərinə keçir; iddiaçı öz
tələbini əsaslandırmalıdır. Lakin İO belə halda öz imtinasını faktiki hallara
əsaslandırırsa, İO bunu sübut etməlidir.
Qanun qeyd etməsə də, belə hallarda şəxs İO -da olan məlumata istinad
etməlidirsə, sübutetmə yükü yenə İO -da olmalıdır, bunları məhkəmə istəməlidir
(İPM 11 və 12-ci maddələrin tələbi).
49
Bu rəy 3-5 May 2006-cı il tarixləri arasında MM və GTZ -nin təşkilatçılığı ilə keçirilən “İnzibati
hüquq və hüquqi dövlət: Azərbaycanda inzibati hüquq islahatı” mövzusunda Konfransda bildiril -
mişdir.
|