II. İNZİBATİ HÜQUQUN XÜSUSİYYƏTLƏRİ
A. İNZİBATİ İDARƏETMƏ HÜQUQUNUN YENİ HÜQUQ
SAHƏSİ OLMASI
İnzibati hüquq nisbətən yeni hüquq sahəsidır . Onun kökü xüsusi hüquq
kimi qədim Romaya qədər uzanıb getmir. İnzibati idarəetmə hüququ hüquqi
dövlət anlayışının ortaya çıxması ilə bərabər XIX əsrdə yaranıb. İdarəetmə
hüququ daim inkişafda və dəyişməkdə olan hüquq sahəsidır. Cəmiyyətin,
dövlətin sürətlə inkişaf və dəyişməsinə paralel olaraq idarəetmə orqanlarının,
administrativ fəaliyyətin də inkişaf və dəyişməsi davam edəcəyinə görə,
inzibati hüququn tədqiqat sahəsi və bəzi ana məsələləri hələ ki, qəti həllini
tapmayıb.
46
45
Gözübüyük , Tan, I Cild, s.114.
46
Warren Kenneth F.
Dostları ilə paylaş: |