Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

 
 
233 
lərinin  texniki  və  iqtisadi  cəhətdən  əsaslandırılmış  mütə-
rəqqi  normalarına  əsaslanır.  Yalnız  məsrəflərin  normalaş-
dırılması işini lazımi qaydada təşkil etmək vasitəsilə maya 
dəyərinin planlaşdırılması üzrə qarşıya qoyulan əsas vəzi-
fəni,  yəni  məhsulun  maya  dəyərinin  aşağı  salınması  üçün 
müəssisədaxili  ehtiyatlarının  aşkara  çıxarılması  və  onlar-
dan istifadə edilməsi vəzifəsini yerinə yetirmək olar.  
Maya  dəyərinin  planlaşdırılmasında  istər  həmin 
müəssisədə, istərsə də istehsal xarakterinə görə oxşar olan 
başqa müəssisələrdə qabaqcıl təcrübənin aşkara çıxarılma-
sı və bu təcrübədən istehsalda istifadə etmək üçün tədbir-
lər  görülməsi  mühüm  cəhətdir.  Sənaye  məhsulunun  maya 
dəyərinin təhlili  nəticələrindən istifadə etmək  maya dəyə-
rinin  planlaşdırılmasının  keyfiyyətini  xeyli  dərəcədə  yax-
şılaşdırır,  material və  pul vəsaitinin səmərəsiz  itkisini  aş-
kar etməyə və planı tərtib edən zaman müəssisənin işində 
mövcud olan qüsurların aradan qaldırılması üçün tədbirləri 
nəzərdə tutmağa imkan verir.  
Məhsulun maya dəyərinin planı aşağıdakı göstəricilər-
dən ibarət olur: 1) ayrı-ayrı məhsul növlərinin maya dəyəri; 
2)  əmtəəlik  məhsulun  maya  dəyəri;  3)  müqayisəyə  gələn 
məhsulun  maya  dəyərinin  aşağı  salınması  tapşırığı;  4)  is-
tehsal xərcləri smetası. 
İstehsal məsrəflərinin planlaşdırılması hər şeydən əv-
vəl  ayrı-ayrı  məmulatın  plan  üzrə  olan  maya  dəyərini 
müəyyən edən hesablamalara əsaslanır. Məhsul vahidinin 
maya dəyərinin plan kalkulyasiyası həmin sənaye sahəsin-
də  qəbul  edilmiş  xərc  maddələri  nomenklaturası  üzrə  tər-
tib  edilir.  Müstəqim  xərclər  hər  məmulat  üzrə  müəyyən-
ləşdirilir;  burada  məhsul  vahidi  üzrə  material  və  pul 
məsrəflərinin plan normaları əsas götürülür.  


 
 
234 
Məhsul vahidi üzrə qeyri-müstəqim xərclərin miqda-
rını müəyyənləşdirmək üçün əvvəlcə sex xərclərinin sme-
taları  (sex  və  başqa  istehsal  bölmələri  üzrə)  və  ümumza-
vod xərclərinin smetası tərtib edilir, sonra isə həmin xərc-
lərin  ümumi  məbləği  məhsulun  ayrı-ayrı  növlərinin  maya 
dəyərinə bölüşdürülür. Qeyri-müstəqim xərclərin ayrı-ayrı 
maddələri  üzrə  olan  məsrəflərin  miqdarı  da  normativlərə 
əsaslanır. 
Məhsul  vahidinin  fabrik-zavod  maya  dəyərinə  isteh-
saldan  kənar  xərclər,  yəni  məhsulun  satışı  ilə  əlaqədar 
olan  xərclər  və  mərkəzləşdirilmiş  ayırmalar  əlavə  edilir. 
Məhsul  vahidinin  plan  kalkulyasiyası  üzrə  hesablanmış 
tam  maya  dəyəri  ayrı-ayrı  məhsul  növlərinin  istehsalı  və 
satışı ilə əlaqədar olan məsrəflərin səviyyəsi üzrə tapşırıq-
dan ibarətdir. 
Məhsulun ayrı-ayrı növlərinin plan üzrə maya dəyəri 
və  buraxılışı  məmulatına  əsasən  əmtəəlik  məhsulun  plan 
maya dəyəri  bu qaydada hesablanır. 
Cədvəl 1. 
Məmulatın 
adı 
Plan üzrə 
məmulatın 
miqdarı 
( ədədlə) 
Plan maya dəyəri 
(min manatla) 
Məmulat 
vahidi üzrə 
Bütün 
əmtəə 
buraxılışı 
üzrə 




1085 
1000 
490 
25 
16,1 
14,7 
20,4 
19,4 
17470 
14700 
9996 
485 
Yekunu 
2600 

42651 
 


 
 
235 
Maya  dəyəri  planlaşdırılan  və  uçota  alınan  zaman 
bütün əmtəəlik məhsul, müqayisəyə gələn və müqayisəyə 
gəlməyən məhsula ayrılır. 
Əvvəlki ildə (hesabat ilinə görə) buraxılan məhsul və 
həmçinin  istehsal  tsikli  uzun  müddət  sürən  və  keçən  ildə 
tək-tək  nüsxələrdə  buraxılan  məmulatlar  (unikal  dəzgah-
lar, turbinlər, bluminqlər və i.a.)    müqayisəyə gələn  məh-
sul sayılır. Müqayisəyə gələn məhsulun tərkibinə sifarişlər 
üzrə  kənar  üçün  görülən  işlər,  müəssisənin  özünün  əsas 
tikintisinə göstərilən xidmətlər, əsaslı təmir üzrə olan işlər 
və təcrübi qaydada hazırlanan məhsul daxil edilmir. 
Müqayisəyə  gəlməyən  məhsula  cari  ildə  istehsalı 
mənimsənilən məhsul daxil edilir. 
Maya dəyərinin hesablanması istehsal xərcləri smeta-
sı məsrəflərin iqtisadi ünsürləri üzrə tərtib edilir. Smetada 
məhsulun  istehsalı  üzrə,  yarımfabrikatların  və  bitməmiş 
istehsal qalıqlarının artımı üzrə  plan  məsrəfləri və həmçi-
nin  ümumi  məhsulun  tərkibinə  daxil  olmayan  iş  və  xid-
mətlər üçün olan məsrəflər göstərilir. 
Bütün məsrəflər, ayrı-ayrı xərclərin təyinatından asılı 
olmayaraq  iqtisadi  ünsürlər  üzrə  göstərilir.  Smetanın  belə 
qurulması,  ondan  maliyyə  normativlərini  müəyyənləşdir-
mək  və  məhsulun  maya  dəyəri  planını  texniki-maliyyə 
planının  digər  bölmələri  ilə  əlaqələndirmək  üçün  istifadə 
etməyə  imkan  verir.  Məsələn,  istehsal  xərcləri  smetasının 
“əmək  haqqı”  maddəsi  üzrə  planlaşdırılan  məbləğ  əmək 
planında  göstərilmiş  əmək  fonduna  uyğun  olmalıdır. 
“Xammal  və  materiallar”  maddəsində  verilmiş  məbləğ 
material-texniki  təchizat  planında  plan  maya  dəyəri  ilə 
qiymətləndirilmiş  həmin  materialların  miqdarına  uyğun 
olmalıdır və i. a. 


 
 
236 
Maya  dəyərinə  dair  hesabatda  hər  rüb  məsrəflərin 
iqtisadi  ünsürləri  üzrə  məhsul  istehsalına  çəkilən  faktiki 
xərclərə aid məmulat verilir. İllik hesabatda həmin məmu-
lata  plan  göstəriciləri  əlavə  edilir.  Nəzərdə  tutmaq  la-
zımdır ki, hesabatda plan göstəriciləri məhsulun plan həc-
mi və çeşidi üzrə tərtib olunmuş istehsal xərcləri smetasın-
dan  götürülür;  istehsalın  faktiki  xərcləri  isə  –  məhsulun 
faktiki həcmi  və çeşidi üzrə verilir ki, bunu  da maya də-
yərini təhlil edərkən nəzərə almaq lazımdır.  
Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərki-
bi, istehsalın təşkili və texnologiyasından irəli gələn, bura-
xılan  məhsulların,  görülən  işlərin  və  yerinə  yetirilən  xid-
mətlərin keyfiyyəti və istehsal proseslərin xüsusiyyətlərin-
dən asılı olaraq müxtəlif  tərkibdə olur. 
Məhsulun  maya  dəyərinin  tərkibinə  daxil  olan  məs-
rəflər  arasındakı  nisbət,  yəni  məhsulun  maya  dəyərinin 
ümumi  tərkibində  müxtəlif  növ  məsrəflərin  xüsusi  çəkisi 
onun quruluşunu təşkil edir.  
Maya dəyərinin quruluşu hər bir müəssisənin spesifik 
xüsusiyyətləri  ilə  əlaqədardır,  yəni  istehsalın  texnika  ilə 
silahlanma  səviyyəsindən,  mexanikləşdirilməsi  və  avto-
matlaşdırılması  dərəcəsindən,  istehsal  olunan  məhsulların 
həcmindən  və  mürəkkəbliyindən,  texnoloji  proseslərin 
xarakterindən, istehlak olunan maddi ehtiyatların xüsusiy-
yətindən  asılıdır.  Bunun  da  nəticəsində  ayrı-ayrı  müəssi-
sələrdə məhsulun hazırlanmasına çəkilən xərclərin qurulu-
şu biri-birindən xeyli fərqlənir.  
Məhsulun  maya  dəyərində  hansı  xərclərin  üstün  ol-
masından asılı olaraq sənaye müəssisələri materialtutumlu, 
yanacaqtutumlu,  enerjitutumlu,  fondtutumlu  və  əməktu-
tumlu müəssisələrə ayrılır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə