Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

 
 
263 
sus  strukturuna  malik  olur,  lakin  məcmu  halda  ölkənin 
maliyyə sistemini əmələ gətirirlər. 
Maliyyə sisteminin hər bir həlqəsi də, öz növbəsində
subyektlərin sahə mənsubiyyətindən, mülkiyyət formasın-
dan, fəaliyyət xarakterindən və başqa amillərdən asılı ola-
raq,  ayrı-ayrı  hissələrə  bölünür.  Maliyyə  sisteminin  qeyd 
edilən  sahə  və  həlqələri  arasındakı  əlaqələrin  mahiyyəti 
onların  fəaliyyətinin  qarşılıqlı  maliyyə  təminatından  iba-
rətdir  ki,  bu  da  vergilər,  yığımlar,  ayırmalar,  rüsumlar, 
cərimələr,  təxsisatlar  və  s.  formalarda  ifadə  olunur.  Bu 
qarşılıqlı əlaqələrin bünövrəsində təsərrüfat subyektlərinin 
(müəssisələrin,  təşkilatların)  maliyyəsi,  daha  dəqiq  desək, 
təkrar  istehsal  məsrəflərinin  maliyyə  təminatı  dayanır. 
Belə maliyyə təminatı üç formada həyata keçirilir: özünü-
maliyyələşdirmə,kreditləşdirmə,  dövlət  maliyyələşdirilmə-
si. Maliyyə təminatının qeyd olunan bu formaları arasında 
nisbətlərin  optimallaşdırılması  dövlət  tərəfindən  müvafiq 
maliyyə siyasətinin tətbiqi  yolu ilə təmin edilir. 
Müəssisənin maliyyəsi bilavasitə onun istehsal-təsər-
rüfat fəaliyyətindən asılı olur və həmin  fəaliyyətə fəal tə-
sir  göstərir.  İstehsal  proqramının  müvəffəqiyyətlə  yerinə 
yetirilməsi,  əmək  məhsuldarlığının  artırılması  və  məhsu-
lun  maya  dəyərinin  aşağı  salınması  müəssisənin  maliyyə 
vəziyyətinin yaxşı olması üçün həlledici şərtlərdir. Bunun-
la  bərabər,  istehsal  proqramının  yerinə  yetirilməsi  də  öz 
növbəsində müəssisənin maliyyə vəsaitindən və onun ma-
liyyə  planını  yerinə  yetirməsindən  asılıdır.  Əgər  maliyyə 
təsərrüfatı yaxşı aparılırsa, ayrılan vəsait öz yerinə xərclə-
nirsə, əgər pul gəlirləri lazımi ölçüdə və öz vaxtında müəs-
sisənin hesabına daxil olursa, o zaman müəssisə pul vəsai-
ti üzrə öz öhdəçiliklərini ödəmək işində çətinlik çəkmədən 


 
 
264 
plan  tapşırıqlarını  nəinki  tamamilə,  hətta  artıqlaması  ilə 
yerinə yetirə bilər. Əksinə, müəssisə öz maliyyə təsərrüfa-
tını  pis  təşkil  edərsə,  onun  lazımi  miqdarda  xammal  və 
material almağa, fəhlə və qulluqçulara əmək haqqı vermə-
yə imkanı olmayacaq, bu isə öz növbəsində istehsalın ge-
dişinə mənfi təsir göstərəcəkdir. 
Müəssisənin  maliyyəsi  texniki-sənaye-maliyyə  planı-
nın yerinə yetirilməsi gedişini və onun nəticələrini əks etdi-
rir  və  eyni  zamanda  müəssisə  tərəfindən  öz  plan  tapşırıq-
larının  müvəffəqiyyətlə  yerinə  yetirilməsini  təmin  etmək 
üçün  bir  vasitədir.  Müəssisə  maliyyənin  yardımı  ilə  işçi 
qüvvəsindən və istehsal vasitələrindən nə dərəcədə səmərəli 
istifadə edilməsini obyektiv surətdə qiymətləndirmək, işdə-
ki nöqsanları və “zəif cəhətləri” vaxtında aşkara çıxarmaq, 
ehtiyat  mənbələrini  aydınlaşdırmaq  və  istehsalın  təşkilinin 
yaxşılaşdırılması  işində  daha  düzgün  və  səmərəli  yolları 
axtarıb tapmaq üçün imkanlar əldə etmiş olur. 
İşin  kəmiyyət  və  keyfiyyət  göstəricilərindən  asılı 
olaraq, pul vəsaitinin daxil olması, pul xərclərinin istehsal-
təsərrüfat fəaliyyəti ilə bilavasitə əlaqədar olması  müəssi-
sənin və  onun ayrı-ayrı həlqələrinin işinə  manatla nəzarət 
etmək üçün əsas təşkil edir. 
Müəssisələrin bütün fəaliyyəti kimi maliyyə təsərrü-
fatı da plan üzrə, təsərrüfat hesabı əsasında aparılır. 
Təsərrüfat  hesabı  –  təsərrüfat  mexanizminin  ən  mü-
hüm tərkib hissəsi olub, müəssisələrin əmək kollektivləri-
nin dövlət plan tapşırıqlarının, ayrı-ayrı istehlakçıların si-
farişlərinin  və bağlanmış təsərrüfat müqavilələrinin yerinə 
yetirilməsində  və  işin  səmərəliliyinin  və  keyfiyyətinin 
yüksəldilməsində  maddi  maraqlı  olmalarına  imkan  verir. 
Təsərrüfat hesabının iki növünü: müəssisənin tam təsərrü-


 
 
265 
fat hesabını  və  təsərrüfatdaxili  (istehsaldaxili)  təsərrüfat 
hesabını  fərqləndirirlər.  Tam  təsərrüfat  hesabı  aşağıdakı 
prinsiplərə əsaslanır: 
a)  müəssisənin  təsərrüfat-operativ  müstəqilliyi  –  o 
deməkdir  ki,  müəssisənin  fəaliyyətinə  yuxarı  idarəetmə 
orqanlarının  qarışmasına  yol  verilmir.  Müəssisə  onun  sə-
rəncamında  olan  vəsaitdən  özü  müstəqil  istifadə  edir. 
Dövlət  tapşırığına,  istehlakçıların  sifarişlərinə  və  bağlan-
mış müqavilələrinə müvafiq olaraq, ona lazım olan maddi-
enerji resurslarını əldə edir (satın alır), müəyyən məhsulun 
istehsalını  təşkil  edir  və  onu  həyata  keçirir  və  həmin 
məhsulu  müəyyən etdiyi qiymətlərlə realizə edir. Müəssi-
sələrin  belə  təsərrüfat-operativ  müstəqilliyi  təsərrüfat  he-
sabının mühüm şərtlərindən biridir; 
b) rentabellik – o deməkdir ki, normal işləyən müəs-
sisələr  istehsal  etdikləri  məhsulun  hazırlanmasına  çəkdik-
ləri xərcləri həmin məhsulun satışından əldə etdiyi qazan-
cın hesabına ödəyir və öz vəsaiti hesabına dövlət büdcəsi 
qarşısındakı  öhdəliklərini  yerinə  yetirmək  (gəlir  vergisi 
formasında) və geniş təkrar istehsalı həyata keçirmək üçün 
kifayət qədər mənfəət götürür
c)  müəssisələrin  maddi  maraqlılığı  prinsipi  –  müəs-
sisələri,  onların  rəhbərlərini  və  bütün  işçilərini  məhsulun 
istehsalı  və  reallaşdırılmasına  dair  tapşırıqların  (sifarişlə-
rin,  müqavilələrin)  müvəffəqiyyətlə  yerinə  yetirilməsi, 
əmək,  maddi  və  maliyyə  resurslarından  qənaətlə  istifadə 
edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala-
ta daha sürətlə tətbiq edilməsi, istehsalın rentabellik səviy-
yəsinin  yüksəldilməsi  üçün  maddi  cəhətdən  maraqlandır-
maq yolu ilə təsərrüfat hesabında geniş tətbiq olunur


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə