Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

 
 
266 
d) müəssisələrin maddi məsuliyyəti  prinsipi – götü-
rülmüş öhdəliklərin yerinə yetirilməsi və itkisiz işləməyin 
təmin olunması üçün müəssisənin tam məsuliyyət daşıma-
sında  ifadə  olunur.  Məhsulun  istehsalı  və  satışı  üzrə  tap-
şırığı (sifarişi, müqaviləni) yerinə yetirmədikdə, zay məh-
sul buraxılışına  yol verildikdə, məhsulun keyfiyyəti aşağı 
düşdükdə, boş dayanmalar və maddi-enerji resurslarından 
səmərəsiz istifadə halları olduqda təsərrüfat hesablı müəs-
sisələrin  gəlirləri  azalır,  çünki  müəssisələr  öz  işlərinin 
maliyyə nəticələri üçün dövlət və sifarişlər qarşısında mə-
suliyyət daşıyır; 
e)  müəssisələrin  fəaliyyəti  üzərində  manatla  nəzarət  
prinsipi  tələb  edir  ki,  pul  göstəriciləri  vasitəsi  ilə  müəssi-
sənin və onun struktur bölmələrinin işin keyfiyyəti və nəti-
cələri aydınlaşdırılsın, hər bir müəssisənin və onun işçilə-
rinin fəaliyyətinə iqtisadi cəhətdən təsir göstərilsin. 
İstehsaldaxili təsərrüfat hesabı – müəssisənin tam tə-
sərrüfat hesabının tərkib hissəsi olub, müəssisənin struktur 
bölmələrinin  işinin  səmərəliliyinin  və  keyfiyyətinin  yük-
səldilməsində  maddi maraqlı olmalarını təmin edir. İsteh-
saldaxili təsərrüfat hesabı müəssisənin tam təsərrüfat hesa-
bından  fərqlənir:  müəssisələrin  bölmələrinə  hüquqi  şəxs 
hüququ  verilmir,  onların  bitkin  mühasibat  balansı  olmur, 
onlar üçün daha az miqdarda göstərici müəyyənləşdirilir. 
İstehsaldaxili  təsərrüfat  hesabı  prinsiplərinin  tətbiqi 
əsasında  müəssisənin  struktur  bölmələrinin  mənafeyi  ilə 
onun işçilərinin şəxsi mənafeyi əlaqələndirilir və beləliklə 
də hər bir bölmənin ictimai tələbatın ödənilməsindəki töh-
fəsini  müəyyənləşdirmək  mümkün  olur.  İstehsaldaxili  tə-
sərrüfat  hesabı  aşağıdakı  prinsiplərin  gözlənilməsini  nə-
zərdə tutur: əmək, maddi və maliyyə resurslarından səmə-


 
 
267 
rəli  istifadə  olunmasında  müəssisənin  struktur  bölmələri-
nin operativ-istehsal müstəqilliyi; lazımi istehsal fondları-
nın  bölmələrə  təhkim  edilməsi,  onlar  üçün  tapşırıqların 
müəyyən  edilməsi;  təsərrüfat  fəaliyyətinin  nəticələrinin 
uçotu  və  onların  qiymətləndirilməsi;  tapşırıqların  yerinə 
yetirilməsinə  görə  bölmələrin  iqtisadi  məsuliyyəti;  bölmə 
işçilərinin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi. 
Öz xərcini ödəmə prinsipi o deməkdir ki, müəssisə-
lər məhsul satışından əldə etdikləri pul vəsaitləri ilə özləri-
nin bütün xərclərini ödəməlidirlər. Xərclərin ödənilməsi o 
halda təmin ola bilər ki, müəssisənin məhsul satışından əl-
də  etdiyi  pul  vəsaiti  istehsal  xərclərindən  çox  olsun.  De-
məli, öz xərcini ödəmə prinsipini rentabelli işləyən müəs-
sisələr təmin edə bilərlər. 
Öz xərcini ödəmə prinsipinin daha da inkişafı özünü 
maliyyələşdirmədir;  bu  şəraitdə  müəssisə  nəinki  sadə, 
həmçinin geniş təkrar istehsala çəkdiyi bütün xərclərini, o 
cümlədən  elm  və  texnikanın  inkişafına,  istehsalın  texniki 
təchizatına  yenidən  qurulmasına  çəkilən  xərcləri  öz  mən-
bələri  hesabına  ödəyir.  Özünü  maliyyələşdirmə  şəraitində 
müəssisələrin hüquqları genişləndirilir və iqtisadi məsuliy-
yəti gücləndirilir. 
Müəssisənin  maliyyəsi  münasibətlər  sistemindən 
ibarət  olub,  onun  vasitəsi  ilə  müəssisənin  pul  ehtiyatları 
yaranır və onlardan istifadə edilir. Bir tərəfdən bunlar pul 
münasibətləridir, çünki pulun fəaliyyəti (hərəkəti) ilə əla-
qədardır;  digər  tərəfdən  isə  pul  gəlirlərinin  və  yığımları-
nın, eləcə də maliyyə fondlarının formalaşdırılması, bölüş-
dürülməsi  və  ondan  istifadə  edilməsi  prosesində  müəs-
sisələrdə  meydana  gələn  qarşılıqlı  iqtisadi  münasibətlər 
sistemidir.  Deməli,  maliyyə  müəyyən  pul  münasibətləri 


 
 
268 
sistemindən  ibarət  olub,  eyni  zamanda  istehsal-iqtisadi 
münasibətlərin xüsusi formasıdır. 
Ümumiyyətlə,  maliyyə  sistemi  qarşılıqlı surətdə  əla-
qədar  olan  iki  hissədən:  ümumdövlət  maliyyəsindən  və 
müəssisə  maliyyəsindən  ibarətdir.  Ümumdövlət  maliyyəsi 
dövlət səviyyəsindən sahə və ərazi miqyasında milli gəli-
rin  bölüşdürülməsi  və  yenidən  bölüşdürülməsi  prosesinə 
xidmət edirsə, müəssisənin maliyyəsi onların vasitələrinin 
hərəkəti  prosesinə  xidmət  etməklə  maddi  istehsal  sferası-
nın daxilində fəaliyyət göstərir və müəssisə miqyasında is-
tehsalın  inkişafına  xidmət  edir.  Deməli,  müəssisə  maliy-
yəsinin  əsasını  maddi  istehsal  təşkil  edir,  çünki  burada 
əmək kollektivinin maddi və mədəni tələbatının ödənilmə-
sinin  mənbəyi olan  mənfəət  yaradılır. Müəssisənin  maliy-
yəsi özündən aşağıdakı münasibətləri əhatə edir: a) müəs-
sisə  ilə  onun  işçiləri  arasındakı  münasibətlər  (məsələn, 
əmək haqqının ödənilməsi); b) müəssisə və onun struktur 
bölmələri  arasındakı  münasibətlər;  v)  müəssisələrin  bir-
biri  ilə  münasibətləri  (məsələn,  maddi-enerji  resurslarının 
alınması üzrə hesablaşmalar zamanı pul vəsaitlərinin hərə-
kəti);  q)  müəssisə  ilə  dövlət  və  digər  özəl  təşkilatlar  ara-
sındakı münasibətlər (məsələn, bank kreditləri üçün faizin 
verilməsi,  gəlir  vergisinin  ödənilməsi  və  s.);  d)  dövlət 
müəssisə ilə onun tabe olduğu yuxarı dövlət təşkilatı ara-
sındakı münasibətlər. 
Müəssisə maliyyəsi aşağıdakı üç əsas funksiyanı yeri-
nə yetirir: birincisi, müəssisənin istehsal və digər fəaliyyət 
növlərini pul ehtiyatları ilə  təmin edir; ikincisi, istehsalın 
və  əmək  kollektivinin  tələbatının  ödənilməsi  prosesinin 
fasiləsizliyini  təmin  etmək  məqsədi  ilə  pul  gəlirlərini  bö-
lüşdürmək;  üçüncüsü,  müəssisənin  istehsal-təsərrüfat  fəa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə