Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

 
 
251 
Keçən  ilin  hesabat  kalkulyasiyaları  üzrə  A  məmula-
tın maya dəyəri aşağıdakı miqdarda müəyyən edilmişdir. 
 
“A” məmulatının maya dəyəri haqqında hesabat məlumatı 
Cədvəl 2. 
Rüblər 
Məmulatın 
miqdarı (ədədlə) 
Maya dəyəri (min manatla) 
Məmulat 
vahidi üzrə 
Bütün 
buraxılış üzrə 

II 
III 
IV 
230 
240 
260 
270 
19 
18,4 
17,9 
16,9 
4370 
4416 
4654 
4560 
İl ərzində 
cəmi 
1000 

18000 
 
Cədvəldən  göründüyü  kimi,  keçən  il  üçün  məmulat 
vahidinin  orta  illik  maya  dəyəri  hesabat  üzrə  18  min  ma-
nat (18 000 000 : 1000) təşkil etmişdir. 
Yuxarıda nəzərdən keçirilən misalda həmin məmula-
tın  plan  maya  dəyəri  16100  manat  məbləğində  müəyyən 
edilmişdir.  Bu,  o  deməkdir  ki,  keçən  ilin  orta  illik  maya 
dəyərinə  nisbətən  plan  üzrə  məmulatın  maya  dəyərinin 
1900 manat və ya 10.6% aşağı salınması nəzərdə tutulur. 
Misaldan  görünür  ki,  məhsul  vahidinin  orta  illik 
maya  dəyəri    (18  min  manat)  müəssisənin  keçən  ilin  III 
rübündə əldə etdiyi maya dəyərinin səviyyəsini əks etdirir. 
IV  rübündə  məmulatın  maya  dəyəri  16,9  min  manat, 
dekabr ayında isə daha az olmuşdur. Buna görə məhsulun 
maya  dəyərinin  aşağı  salınması  üzrə  illik  tapşırıqları 
müəyyənləşdirəndə,    planın  tərtib  edilməsindən  qabaqkı 
son dövr ərzində maya dəyəri üzrə əldə edilmiş səviyyəni 
nəzərdə tutmaq lazımdır.  


 
 
252 
Bütün  müqayisəyə  gələn  əmtəəlik  məhsulun  maya 
dəyərinin aşağı salınması üzrə tapşırıqları  müəyyənləşdir-
mək üçün  isə müəssisə planında nəzərdə tutulmuş məhsul 
həcminə əsasən məmulatın bütün nomenklaturası üzrə  he-
sablanır. Məsələn, müəssisə yalnız iki növ müqayisəyə gə-
lən məhsul hazırlayarsa, onda həmin hesablama aşağıdakı 
kimi olacaqdır. 
Cədvəl 3.  
Məmulat 
Plan 
üzrə 
miqdarı 
(ədədlə) 
Maya dəyəri (min manat hesabilə)  Məhsulun 
maya 
dəyərinin 
aşağı 
salınması, 
faizlə  
Məmulat 
vahidi üzrə 
Bütün  buraxılış 
üzrə 
Keçən 
ilin 
hesabatı 
Plan 
Keçən 
ilin 
hesabatı 
Plan 


1085 
1000 
18 
15 
16,1 
14,7 
19530 
15000 
17470 
14700 
10,6 
2,0 
Yekunu 



34530 
32170 
6,8 
 
Yuxarıdakı hesablamadan görünür ki, plan üzrə məh-
sulun maya dəyərinin aşağı salınmasından keçən ilə nisbə-
tən  2360 min manat (34530 – 32170)  məbləğində qənaət 
əldə etmək nəzərdə tutulmuşdur. Əgər həmin plan üzrə qə-
naəti  keçən  ilin  faktik  orta  illik  maya  dəyərilə  nisbətləş-
dirsək  və  nəticəni  faizlərlə  ifadə  etsək  onda  müqayisəyə 
gələn məhsulun maya dəyərinin aşağı salınması üzrə tapşı-
rıq 6,8% (2360:34530:100%) olacaqdır. 
Məhsulun  maya  dəyərinin  aşağı  salınmasına  bir  çox 
amillər təsir edir. Məhsulun maya dəyərinin aşağı salınma-
sı amilləri dedikdə, bu azalmanı təmin edən şərtlər nəzər-
də tutulur. Məhsulun maya dəyərinin aşağı salınması amil-
lərinə  aiddir:  a)  istehsalın  yeni  texnika  ilə  silahlanma  sə-
viyyəsinin  yüksəldilməsi;  b)  istehsalın  və  əməyin  təşkili-


 
 
253 
nin  təkmilləşdirilməsi;  c)  məhsul  həcminin  və  quruluşu-
nun dəyişilməsi və s. 
Maya dəyərinin aşağı salınması bu və ya başqa dərə-
cədə hər bir müəssisə işçisinin səyindən asılıdır. Buna gö-
rə  də  məhsulun  maya  dəyərinin  müntəzəm  surətdə  aşağı 
salınması  üçün  mübarizədə  istehsalın  bütün  sahələrində 
qənaət əldə edilməsi uğrunda kütləvi  yarışının və marağı-
nın genişləndirilməsinin həlledici əhəmiyyəti vardır. 
 
9.5. Qiymətin mahiyyəti, onun təsnifatı, növləri və 
funksiyaları 
 
 
Qiymət  –  əmtəə  dəyərinin  pul  ifadəsi  olub,  onun 
kəmiyyət  göstəricisidir.  Dəyərin  azalması  ilə,  bir  qayda 
olaraq,  əmtəənin  qiyməti  də  azalır,  onun  artması  ilə  isə 
artır. Azərbaycan Respublikasında müstəqillik qazanandan  
sonra  məhsulların  qiyməti  planlı  qaydada  mərkəzləşdiril-
miş  qaydada  dövlət  tərəfindən  müəyyən  edilirdi  və  onun 
iki  növünü:  pərakəndə  satış  və  topdan  satış  (topdansatış 
qiyməti  özü  də  iki  cür:  sənaye  topdansatış  və  müəssisə 
topdansatış  qiymətləri  formasında  olurdu)  qiymətlərini 
fərqləndirildi.  
Sənaye  müəssisələri  məhsulun  qiymətində  nəinki 
maya  dəyəri,  habelə  mənfəət  və  dövriyyə  vergisi  forma-
sında  cəmiyyətin  sərəncamına  keçən  saf  gəlir  ifadə  edil-
miş olur. Sənaye məhsulunun qiymətləri dövlət tərəfindən 
plan üzrə, həmin məhsulun maya dəyərinə və rentabelliyin 
müəyyən səviyyəsinə əsasən təyin edilir. 
Sənaye məhsulu üzrə bir neçə qiymət növləri vardır: 
bunlar  müəssisə  topdansatış  qiyməti,  sənaye  topdansatış 
qiyməti və dövlət pərakəndə satış qiymətindən ibarətdir. 
Müəssisə  topdansatış  qiyməti  elə  qiymətdir  ki,  bu 
qiymət əsasında dövlət müəssisələri, plana müvafiq olaraq 


 
 
254 
öz məhsulunu  bir-birilərinə, əsaslı tikintiyə və ya sənaye-
nin  təchizat-satış  təşkilatlarına  verir.  Müəssisənin  sərf  et-
diyi xərcləri ödəmək və onun gəlirli olmasını təmin etmək 
üçün müəssisə topdansatış qiymətinə bir qayda olaraq hə-
min  məhsul  növü  üzrə  plan  maya  dəyəri  və  plan  üzrə 
müəyyənləşdirilmiş  mənfəət  daxil  edilir.  Məsələn,  əgər 
məhsul vahidinin plan maya dəyəri 1000 manata bərabər-
dirsə və plan üzrə müəyyən edilən mənfəət 30 manatdırsa, 
onda  müəssisə  topdansatış  qiyməti  1030  manata  bərabər 
olacaqdır.  Məhsul  həmin  qiymətlər  üzrə  satıldıqda  müəs-
sisə istehsal və satış üzrə plan məsrəflərini ödəyir və mən-
fəət də əldə edir. 
  Sənaye  topdansatış  qiyməti  elə  qiymətdir  ki,  bu 
qiymət  əsasında  sənaye  müəssisələri  və  təchizat-satış  təş-
kilatları sənaye məhsulu dövlət və kooperativ ticarət   
müəssisələrinə satır. Sənaye topdansatış qiymətə müəssisə 
topdansatış qiyməti, sənayenin satış təşkilatlarının xeyrinə 
ticarət  əlavəsi  və  dövriyyə  vergisi  şəklində  cəmiyyətin 
sərəncamına keçən xalis gəlir daxil edilir. 
Fərz  edək  ki,  məhsul  vahidi  üçün  sənaye  satış  təşki-
latlarının  xeyrinə  ticarət  əlavəsi  gətirdiyimiz  misalda  20 
manat,  dövriyyə  vergisi  isə  –  200  manat  təşkil  edir.  Bu 
zaman  sənaye  topdansatış  qiyməti  (manatla)  aşağıdakı 
məbləği təşkil edəcək: 
 
1.
 
Müəssisə topdansatış qiyməti..........................1030 
2.
 
Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi........+20 
3.
 
Dövriyyə vergisi.............................................+200 
4.
 
Sənaye topdansatış qiyməti.............................1250
 
 
Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi məhsul satı-
şı  üzrə  olan  xərcləri,  yəni  tədavül  sferasında  olan  xərcləri 
ödəmək  üçün  nəzərdə  tutulur.  Dövriyyə  vergisi  cəmiyyət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə