Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

 
 
237 
Müəssisənin buraxılan məhsulun bir çox əlamətlərinə 
görə onun maya dəyərinin növlərini fərqləndirirlər. Bura-
ya  texnoloji,  sex,  istehsal,  tam  (kommersiya),  fərdi,  orta, 
plan, faktiki və sairə növləri daxildir. 
Texnoloji  maya  dəyəri  –  bilavasitə  texnoloji  proses-
lərin  (əməliyyatların)  yerinə  yetirilməsi  ilə  əlaqədar  sex 
məsrəflərinin məbləğini özündə əhatə edir və müxtəlif tex-
noloji  proseslərin  içərisində  ən  səmərəlisini  seçmək  üçün 
tətbiq edilir. 
Sex maya dəyəri – sexin müəyyən məhsulunun isteh-
salı  ilə  əlaqədar  olan  bütün  məsrəfləri,  yəni  əsas  və  kö-
məkçi  materiallar,  yanacaq,  enerji  məsrəflərini,  istehsal 
fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istis-
marı  xərclərini  və  sexin  idarə  edilməsi  ilə  əlaqədar  olan 
sex xərclərini özündə cəmləşdirir. 
İstehsal  maya  dəyəri  –  məhsul  növünün  istehsalı 
üçün  müəssisənin  ümumi  məsrəflərini  səciyyələndirir.  O, 
sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən 
ibarətdir.  
Tam (kommersiya) maya dəyəri – məhsulun istehsalı 
və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və 
ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticə-
sini səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod 
xərclərindən və istehsaldan kənar xərclərdən ibarətdir. 
Fərdi maya dəyəri – istehsalın təşkili, avtomatlaşdır-
ma və mexanikləşdirmə, ixtisaslaşdırma və təmərküzləşdi-
rilməsi dərəcəsini xarakterizə edir və müxtəlif müəssisələ-
rində eyni olmur. 
Orta sahə maya dəyəri – müəyyən növ məhsulun fərdi 
maya  dəyərinin  məcmusu  kimi  müəyyən  olunur  və  əsas 
ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi 


 
 
238 
qəbul  edilir.  Orta  sahə  maya  dəyəri  sənaye  məhsullarına 
topdansatış qiymətlərinin qoyulması üçün əsas hesab edilir.  
Plan  maya  dəyəri  –  maddi-enerji,  tədarük-nəqliyyat 
xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, ma-
şın və avadanlıqdan istifadə edilməsinin texniki norma və 
normativləri əsasında müəyyən edilir. 
Faktiki maya dəyəri – müəyyən dövr ərzində məhsu-
lun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında 
hesablanır. Əgər müəssisədə əsas və köməkçi materiallar-
dan səmərəli istifadə olunarsa, əmək məhsuldarlığı artarsa 
və  əsas  fondlardan  istifadə  olunması  yaxşılaşarsa  faktiki 
məsrəflər plan məsrəflərindən aşağı səviyyədə ola bilər ki, 
bu da faktiki maya dəyərinin plan maya dəyərindən az ol-
ması deməkdir.    
 
9.3. İstehsal xərclərinin təsnifatı 
 
İstehsal məsrəflərinin iqtisadi ünsürlər üzrə qruplaş-
dırılması müəssisənin maddi və pul vəsaitinə olan ümumi 
ehtiyacını  təyin  etməyə  imkan  verir.  Bu  qruplaşdırma, 
həmçinin  maya dəyəri planını texniki-sənaye maliyyə pla-
nının başqa bölmələri ilə əlaqələndirmək, dövriyyə vəsai-
tini  planlaşdırmaq  və  onlardan  istifadə  edilməsi  üzərində 
nəzarət qoymaq məqsədini güdür. 
   Məlumdur  ki,  istehsal  xərcləri  ya  iqtisadi  ünsürlər 
üzrə, ya da kalkulyasiya maddələrinə görə təsnifləşdirir. İq-
tisadi  məzmununa  və  təyinatına  görə  eyni  olan  bütün 
istehsal xərcləri harada əmələ gəlməsindən və xərclərin ob-
yektlərindən  asılı  olmayaraq  ayrı-ayrı  ünsürlər  üzrə  qrup-
laşdırılır. İqtisadi ünsürlər üzrə istehsal xərclərinin təsnifatı, 
qruplaşdırılması  müəssisənin  maddi-enerji  ehtiyatlarına  və 


 
 
239 
yanacağa  olan  ümumi  tələbatını,  istehsal  əsas  fondlarının 
amortizasiyasını,  əmək  haqqı  xərclərini,  eyni  zamanda,  di-
gər pul məsrəflərini müəyyən etməyə imkan verir. 
  Məsrəflərin  iqtisadi  ünsürlərə  əsasən  qruplaşdırıl-
ması  müəssisənin  maddi  və  pul  məsrəflərini  göstərir, 
burada həmin məsrəflər ayrı-ayrı məhsul növləri və başqa 
təsərrüfat  ehtiyacları  üzrə  bölünmür.  İqtisadi  ünsürlərə 
əsasən,  bir  qayda  olaraq  məhsul  vahidinin  maya  dəyərini 
müəyyən etmək olmaz. Buna görə də məsrəflərin iqtisadi 
ünsürlərə əsasən qruplaşdırılması ilə yanaşı olaraq istehsa-
la  çəkilən  xərclər  xərc  maddələri  üzrə  də,  yaxud  başqa 
sözlə desək, kalkulyasiyanın maddələri üzrə də planlaşdı-
rılır və uçota alınır. 
İstehsal  xərclərinin  təsnifatında  xərc  maddələri  əsas 
diqqətə layiqdir. Məsrəflərin xərc maddələri üzrə qruplaş-
dırılması nəticəsində həmin məsrəflərin yerini, səbəblərini 
və  təyinatını  müəyyənləşdirmək  üçün  imkan  yaranır,  bu-
nunla da məhsul vahidinin maya dəyərini və onun istehsalı 
və  satışının  neçəyə  başa  gəlməsini  təyin  etmək  mümkün 
olur. Maya dəyərinin xərc maddələri üzrə planlaşdırılması 
və  uçota  alınmasından  məqsəd,  maya  dəyərinin  bu  və  ya 
başqa  səviyyəsinin  hansı  amillərin  təsiri  altında  əmələ 
gəldiyini və onun aşağı salınması uğrunda hansı istiqamət-
lərdə mübarizə aparmağın lazım gəldiyini aydınlaşdırmaq-
dan ibarətdir.  
Sənayedə  xərc  maddələrinin  aşağıdakı  nümunəvi 
nomenklaturu qəbul edilmişdir: 1)  xammal və materiallar; 
2) texnoloji ehtiyaclar üçün yanacaq və enerji; 3) istehsal 
fəhlələrinin  əsas  əmək  haqqı;  4)  avadanlığın  saxlanması 
və  istismarı  xərcləri;  5)  sex  xərcləri;  6)  ümumzavod 


 
 
240 
xərcləri;    7)  brak  nəticəsində  itkilər;  8)  istehsaldan  kənar 
xərclər. 
Xərclərin  birinci  yeddi  maddəsi  istehsal  maya  dəyə-
rini təşkil edir. Tam maya dəyəri isə istehsal maya dəyəri 
ilə istehsaldan kənar xərclərin toplanmasından əmələ gəlir. 
  Ayrı-ayrı  sahələrin  xüsusiyyətləri  xərc  maddələ-
rinin  nümunəvi  nomenklaturasının  dəyişdirilməsi  və  ona 
əlavələr edilməsi zəruriyyətini törədir. Məsələn, hasiledici 
sənayedə  dağ-mədən  hazırlıq  işləri  və  əsas  fondların 
amortizasiyası  üzrə  məsrəflər  ayrıca  hesablanır,  çünki 
məhsulun  maya  dəyərində  bu  məsrəflərin  xüsusi  çəkisi 
çox  olur.  Maşınqayırmada  satın  alınan  yarımfabrikatlar 
üzrə məsrəflər, yeni məmulat istehsalının mənimsənilməsi 
xərcləri və müəyyən məqsəd üçün işlədilən alət və uyğun-
laşdırıcıların  köhnəlməsini  ödəmə  xərcləri,  habelə  sair 
məqsədlər üçün çəkilən xərclər  ayrı-ayrı  maddələrdə gös-
tərilir. 
Müəssisələrdə məhsulun (işin, xidmətin) maya dəyə-
rinə  daxil  edilən  xərclər  onların  iqtisadi  məzmununa  görə 
aşağıdakı ünsürlər üzrə qruplaşdırılır: 
  a)  material  xərcləri  (qaytarılan  tullantıların  dəyəri 
çıxılmaqla)  ünsürünün  tərkibinə  məhsul  istehsalına,  iş  və 
xidmətlərin  həyata  keçirilməsinə  sərf  edilən  xammalın, 
materialın və digər növ ehtiyatların dəyəri daxil edilir
b) əmək haqqı xərcləri – qanunvericilikdə nəzərdə tu-
tulan  hədlər  daxilində  müvafiq  məhsul  istehsalında  iştirak 
edən  işçilərə  (o  cümlədən  ştatdankənar)  hesablanan  əmək 
haqqı və müavinətlər üzrə xərcləri özündə əks etdirir; 
c)  sosial  ehtiyaclara  ayırmalar  –  ünsüründə  qanun-
vericilikdə  nəzərdə  tutulmuş  normalarla  Dövlət  Sosial 
Müdafiə  Fonduna,  Məşğulluq  Fonduna,  işçilərə  hesabla-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə