Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

 
 
248 
Maya  dəyərin  formalaşmasında  məhsul  vahidi  üzrə 
xammal və material məsrəflərinin azalması öz təsirini gös-
tərir. Bir çox sənaye sahələrində xammal və material məs-
rəflərinin  xüsusi  çəkisi  məhsulun  maya  dəyərində  böyük 
yer tutur. Müəssisə məsrəflərin miqdarına materialların tə-
darük  edilməsindən  başlayaraq  təsir  göstərə  bilər.  Maya 
dəyərində xammal və materialların əldə edilməsi və daşın-
ması  xərcləri  nəzərə  alınır.  Bu  səbəbdən  material  verən 
təşkilatların  düzgün  seçilməsi  məhsulun  maya  dəyərinə 
müsbət təsir göstərir.  
Müəssisədən materialların yaxın məsafədə olan mate-
rial  verən  təşkilatlardan  alınması  və  ən  ucuz  növlü  nəqliy-
yatla  daşınması  mühüm  cəhətdir.  Nəqliyyat-tədarük  xərc-
ləri  üzərində  nəzarət  qoyulması  və  bütün  nəqliyyat  növ-
lərindən  iqtisadi  cəhətdən  məqsədə  uyğun  surətdə  istifadə 
edilməsi maya dəyərinin aşağı salınmasına kömək edir.  
Material verən təşkilatlarla müqavilə bağlayarkən elə 
materialların alınmasını nəzərdə tutmaq lazımdır ki, onlar 
öz  ölçü və  keyfiyyətinə  görə  materialların plan  üzrə  olan 
tələblərə ciddi uyğun gəlsin. Eyni zamanda, mümkün olan 
yerlərdə  məhsulun  keyfiyyətini  pisləşdirmədən  daha  ucuz 
materiallardan istifadə etməyə çalışmaq lazımdır. 
Məmulat  konstruksiyalarının  yaxşılaşdırılması  və  is-
tehsal texnologiyasının təkmilləşdirilməsi məhsul vahidinin 
istehsalı  üzrə  xammal  və  material  məsrəflərinin  aşağı  sa-
lınmasının  əsas  şərtini  təşkil  edir.  Bu  sahədə  istehsal  tul-
lantılarının azaldılması və onlardan istifadə edilməsi də bö-
yük ehtiyat mənbəyi sayıla bilər. Material ehtiyatlarına qə-
naət edilməsi üzrə tədbirləri ayrı-ayrı məmulat üzrə, sex və 
sahələr  üzrə  işləyib  hazırlamaq  məqsədə  uyğundur.  Be-


 
 
249 
ləliklə,  məhsul vahidinə  material  məsrəflərinin aşağı  salın-
ması üzrə konkret nəticələri müəyyən etmək mümkün olur.  
İstehsala  xidmət  üzrə  və  onun  idarə  edilməsi  üzrə 
məsrəflərin  azaldılmasının  əhəmiyyəti  böyükdür.  Məhsul 
vahidi üzrə bu məsrəflərin həcmcə azalması nəinki məhsul 
buraxılışı həmçinin artırılmasından, habelə onların mütləq 
məbləğinin  azalmasından  asılıdır.  Bütövlükdə  müəssisə 
üzrə  sex  və  ümumzavod  xərclərinin  məbləği  az  olduqca 
digər  şərtlər  eyni  qaldıqda,  hər  məmulatın  maya  dəyəri 
aşağı  olur.  Sex  və  ümumzavod  xərclərinin  azaldılması 
üçün  hər  şeydən  əvvəl  idarə  aparatını  sadələşdirməli, 
ucuzlaşdırmalı və idarə xərcləri üzrə qənaət əldə edilməsi-
ni təmin etməlidir.  
Sex  və  ümumzavod  xərclərinin  tərkibinə,  həmçinin 
xeyli dərəcədə, köməkçi və yardımçı fəhlələrin əmək haq-
qı  da  daxil  edilir.  Köməkçi  və  yardımçı  işlərin  mexanik-
ləşdirilməsi  tədbirlərinin  həyata  keçirilməsi  həmin  işlərdə 
çalışan  fəhlələrin  sayının  azalmasına  və  deməli,  sex  və 
ümumzavod  xərcləri  üzrə  qənaət  əldə  edilməsinə  səbəb 
olur. Sex və ümumzavod xərclərinin azaldılması həmçinin 
avadanlığın  işlədilməsi  və  başqa  təsərrüfat  ehtiyacları 
üçün  istifadə  edilən  köməkçi  materialların  qənaətlə  sərf 
edilməsi də yardım edir.  
Ayrı-ayrı maddələr üzrə sex və ümumzavod xərcləri 
tərkibinə  daxil  olan  məsrəflərin    nəzərdən  keçirilməsi  və 
habelə  müəssisənin  sexləri  və  başqa  quruluş  bölmələri 
üzrə lazımi tədbirlərin  işlənib hazırlanması həmin xərclə-
rin azalması yollarını axtarıb tapmağa imkan verir. Nəzər-
də  tutulmuş  tədirlərin  yerinə  yetirilməsi  və  onların  səmə-


 
 
250 
rəsi,  faktiki  məsrəflərlə  sex  və  ümumzavod  xərclərinin 
smetasının müqayisə edilməsi yolu ilə yoxlanılır. 
Brak  nəticəsində  olan  itkilərin  və  qeyri-məhsuldar 
başqa xərclərin azaldılması maya dəyərinin aşağı salınma-
sında böyük ehtiyat mənbəyidir. Brakın səbəblərinin öyrə-
nilməsi  və  onun  təqsirkarlarının  aşkara  çıxarılması  isteh-
salda  brak  nəticəsində  olan  itkilərin  ləğv  edilməsi  üçün 
tədbirlərin  həyata  keçirilməsinə  imkan  verir.  Müəssisədə 
brak nəticəsində olan itkilərə qarşı dözülməzlik şəraiti ya-
ratmağın,  öz  təqsirləri  üzündən  braka  yol  verən  şəxslərə 
qarşı ictimai təsir tədbirləri görülməsinin və brak iş görən-
lərə  qarşı  müvafiq  maddi  cərimə  tətbiq  edilməsinin  də 
böyük əhəmiyyəti vardır. 
Maya  dəyərinin  aşağı  salınmasının  başqa  bir  ehtiyat 
mənbəyi  ixtisaslaşmanın  və  kooperativləşdirmənin  geniş-
ləndirilməsindən  ibarətdir.  Kütləvi-axın  istehsal  üsulu  ilə 
işləyən ixtisaslaşmış müəssisələrdə məhsulun maya dəyəri 
eyni  məhsuldan  az  miqdarda  istehsal  edən  müəssisələrə 
nisbətən  aşağı  olur.  İxtisaslaşmanın  inkişaf  etdirilməsi 
müəssisələr  arasında  ən  səmərəli  kooperativləşdirmə  əla-
qələrinin yaradılmasını tələb edir. 
Yuxarıda qeyd olunanlara əlavə olaraq məhsulun ma-
ya  dəyərinin  aşağı  salınması  tapşırığı  yalnız  müqayisəyə 
gələn  məhsul  üzrə  müəyyən  edilir.  Bu  tapşırıq  məhsulun 
maya  dəyərinin  keçən  ilə  nisbətən  aşağı  salınması  faizi  ilə 
və  müqayisəyə  gələn  məhsulun  maya  dəyərinin  aşağı  sa-
lınması üzrə planlaşdırılan qənaətin məbləği ilə ifadə edilir. 
Müqayisəyə gələn məhsulun ayrı-ayrı növlərinin ma-
ya  dəyərinin  aşağı  salınması  tapşırıqlarının  səviyyəsinin 
necə hesablandığı  2 – ci cədvəldə verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə