Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

 
 
259 
Mövsümi qiymətlər – ən çox kənd təsərrüfatı və yeyinti 
sənayesi  müəssisələrinin  məhsullarını  (məsələn,  dondurma, 
mineral  sular,  soklar  və  s.)  satarkən  tətbiq  olunur.  Onun 
həddi istehsalın həcmindən  və vaxt amilindən asılı olur. 
Müvəqqəti  qiymətlər  ilə  keyfiyyəti  yaxşılaşdırılmış 
və istehsalçıların böyük tələbatı olan mallar satılır. 
Müqavilə  qiymətlərinin  həddi  tərəflərin,  yəni  isteh-
salçılar ilə istehlakçılar arasında razılaşma əsasında müəy-
yən  edilir.  Onlar  hazırda  istehsalçı  ilə  istehlakçı  dövlətin 
iştirakı olmadan müəyyən olunurlar. 
Limit  qiyməti  istehsalçı  (satıcı)  ilə  razılaşdırılmaqla 
tapşırığı  (sifariçi)  verən  təşkilat  (sifarişçi)  tərəfindən 
müəyyən edilir və qiymətin mümkün maksimal səviyyəsi-
ni  ifadə  edir.  Onun  həddini  bazar  topdansatış  qiymətləri 
müəyyən edir. 
Satınalınma qiymətləri, əsasən kənd təsərrüfatı məh-
sulları üçün müəyyən edilir Bu qiymətlə fermer təsərrüfat-
larından və kənd əhalisindən kənd təsərrüfatı malları satın 
alınır  və  iri  şəhər  və  rayonlarda  satılır.  Pərakəndə  satış 
qiymətləri  xalq  istehlakı  mallarının  satılmasında  tətbiq 
edilir.  
Topdansatış  qiymətləri  –  ilə  istehsalçı  müəssisələr 
(satıcılar)  öz  məhsullarını  digər  müəssisələrə  və  əhaliyə 
satırlar.  Bazar  iqtisadiyyatı  şəraitində  onun  üç  növündən 
istifadə  edirlər:  müəssisə,  sənaye  və  bazar  topdansatış 
qiyməti. 
İstehlak  qiyməti  –  bazarda  rəqabət  nəticəsində  yara-
nır. Bu növ qiymətin əsasını məhsulun istehlak dəyəri təş-
kil edir. Məhsulun istehlak dəyəri  dedikdə, onun istehlak-
çının bu və digər tələbatının ödəmə qabiliyyəti nəzərdə tu-


 
 
260 
tulur.  İstehlak  dəyəri  məhsulun  maddi  məzmununu  əmələ 
gətirir. 
İş  qiyməti  –  işə  görə  əmək  haqqı  sistemində  işçinin 
saatlıq, günlük və aylıq (illik) əmək haqqının kəmiyyətini 
hesabladıqda tətbiq edilir. 
Müqayisəli qiymətlər – məhsulun qiymətləndirilməsi 
məqsədilə  müxtəlif  dövrlərdə  onun  həcmini  müqayisə  et-
mək  və  ya  dinamika  göstəricilərini  müəyyənləşdirmək 
üçün tətbiq edilir. 
Regional qiymətlər  daxili bazarda tətbiq edilir. Re-
gional  qiymətlərin  həddi  müxtəlif  regionlarda  eyni  deyil-
dir. Dünya bazarlarında  məhsulun alqı  –  satqı prosesində 
tətbiq edilən qiymətlər də regional qiymətlər hesab edilir. 
Sabit  qiymətlər  –  əsasən,  dövlət  tərəfindən  strateji 
əhəmiyyətli  məhsullar  (məsələn,  neft,  qaz,  enerji  və  s.) 
üçün  təyin edilir və  müəyyən edilmiş  müddətlərdə  dəyiş-
məz qalır. 
İxrac  qiymətləri  –  xarici  ölkələrə  məhsul  satılan 
zaman tətbiq edilir və s. qiymətlər. 
Qiymət öz təyinatına görə bir çox funksiyaları yerinə 
yetirir. Onlardan, əsasən, uçot, stimullaşdırıcı və bölüşdü-
rücü  funksiyalarını  təşkil  edir.  Uçot  funksiyası    ictimai 
əmək sərfinin və nəticələrinin uçotu və ölçülməsi ilə əla-
qədardır;  stimullaşdırıcı  funksiya  –  istehsalın  surətinə, 
məhsulun  çeşidinin  təzələnməsi  və  keyfiyyətinin  yüksəl-
dilməsinə,  texnoloji  avadanlıqların  işə  salınmasının  sürət-
ləndirilməsinə, materiala qənaət edilməsinə və əmək sərfi-
nin azaldılmasına və s. qiymətin təsir göstərməsi ilə bağlı-
dır; bölüşdürücü funksiya  –  mallara  olan tələb və təklifin 
nisbətinə,  istehsalın  və  istehlakın  optimal  strukturunun 
formalaşmasına təsir göstərir. 


 
 
261 
FƏSİL 10.  MÜƏSSİSƏNİN MALİYYƏSİ 
 
10.1. Müəssisənin maliyyəsinin mahiyyəti və funksiyası 
 
Müəssisələrin istehsal-təsərrüfat fəaliyyətində maliy-
yənin  əhəmiyyətli  rolu  mövcuddur.  Təsərrüfat  hesablı  sə-
naye müəssisələrinin maliyyəsi pul münasibətlərinin planlı 
surətdə  təşkil  olunmuş  sistemlərindən  ibarətdir  ki,  bu  da 
pul  vəsaitinin  alınması  və  ondan  istifadə  edilməsi  ilə  əla-
qədardır. Sənaye müəssisələri öz istehsal təsərrüfat fəaliy-
yətini  həyata  keçirərkən  puldan  geniş  istifadə  edirlər. 
Müəssisələr istehsala sərf olunan xərcləri və onun nəticə-
lərini  pul  formasında  ölçür,  özlərinə  lazım  olan  istehsal 
vasitələrini  pulla  satın  alır  və  öz  hazır  məhsulunu  pulla 
realizə  edirlər.  Fəhlələr  və  qulluqçularla,  onların  sərf  et-
dikləri əməyə görə haqq-hesab pul formasında (əmək haq-
qı)  aparılır.  Müəssisələrin  xalis  gəliri,  yəni  mənfəət,  pul 
yığımı şəklində meydana çıxır. Müəssisələrin sərəncamına 
daxil  olan  pul  vəsaiti  bu  və  ya  başqa  pul  fondlarını  təşkil 
edir ki, bunlardan da sonra planlı qaydada müəyyən məq-
sədlər üçün istifadə olunur. Beləliklə, pul vəsaitindən ma-
liyyə formasında istifadə edilməsi, müəssisələrinin istehsal 
təsərrüfat  fəaliyyətinin  cəhətlərindən  biri,  onun  ayrılmaz 
tərkib hissəsidir. 
Maliyyənin  dərk  edilməsi,  onun  əsl  məzmununu 
müəyyən  etmək  üçün  onu  zahiri  görüntüsündən  –  forma-
sından təcrid etmək lazımdır. 
Maliyyənin  pulun  hərəkəti  formasında  görünüşü, 
onun  bir  əldən  digər  ələ  keçməsi  sübut  edir  ki,  maliyyə 
mahiyyət etibarilə ictimai-iqtisadi münasibətləri ifadə edir. 


 
 
262 
Pulun  hərəkəti  zamanı  tərəflər  –  firma,  müəssisə, 
idarə,  təşkilatlar  və  dövlət  arasında,  yəni  pulu  ödəyənlər 
və  onu  alanlar  arasında  ictimai-iqtisadi  münasibətlər 
əmələ gəlir. Başqa sözlə, maliyyə dəyərin pul formasında 
hərəkətindən  ibarət  olduğuna  görə  iqtisadi  münasibətləri 
özündə əks etdirir. 
Maliyyəyə,  bölgü  vasitəsi  kimi,  yəni  ümumi  daxili 
məhsulun bölgüsü və  məqsədli pul vəsaiti fondlarının  ya-
ranması ilə əlaqədar pul münasibətləri kimi də baxmaq la-
zımdır. Bu prosesdə, həm dövlətin, həm də təsərrüfat sub-
yektlərinin pul vəsaiti fondları yaranır və istifadə edilir. 
Bütün maliyyə əməliyyatları: büdcəyə ödəmələr, büd-
cədən maliyyələşmə, pensiya və müavinətlərin ödənilməsi, 
müəssisələrdə  yaradılan  məqsədli  pul  vəsaiti  fondları 
(amortizasiya fondu, əmək haqqı fondu, sosial inkişaf fon-
du  və  s.)  özündə  dəyərin  hərəkətini,  onun  bölgüsünü  pul 
formasında ifadə edir. Başqa sözlə, maliyyə-təsərrüfat sub-
yektlərinin  (müəssisə  və  təşkilatların)  və  dövlətin  pul  və-
saiti  fondlarının  yaradılması,  bölüşdürülməsi  və  bunların 
təkrar istehsal, stimullaşdırma və cəmiyyətin sosial ehtiyac-
larının  ödənilməsi  üçün  istifadə  edilməsi  prosesində  mey-
dana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir. 
Maliyyə  münasibətlərinin  ümumi  məcmusunda  bir-
biri  ilə  sıx  qarşılıqlı  bağlı  olan  aşağıdakı  sahələri  – 
təsərrüfat  subyektlərinin  (firma,  birlik,  müəssisə,  təşkilat 
və  idarələrin)  maliyyəsi,  sığorta  və  dövlət  maliyyəsi  bir-
birindən  fərqləndirilir.  Subyektlərin  fəaliyyət  xarakterin-
dən asılı olaraq, bu sahələrin hər birinin daxili də müxtəlif 
vəsilələrdən ibarət olur. Bu qəbildən olan hər bir vəsilə öz 
vəzifələrini  yerinə  yetirir,  maliyyə  aparatının  özünəməx-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə