Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86

 
 
288 
Nəhayət,  fövqəladə  hallarla  bağlı  olan  gəlirlər.  
Adından göründüyü kimi müəssisə üçün bu qəbildən olan 
gəlirlər onun təsərrüfatçılıq fəaliyyətində baş verən fövqə-
ladə hadisələrlə bağlı daxil olan gəlirlərdir. Bunlara iqtisa-
di məzmunlarına görə mütləq mənada “gəlir” demək o qə-
dər də düzgün deyildir. Buraya yanğın, daşqın, qəza və di-
gər  təbii  fəlakət  halları  üçün  ödənilən  sığorta  ayırmaları, 
bərpası  və  istifadəsi  mümkünsüz  olan  aktivlərin  satılma-
sından əldə olunan pul vəsaitləri aid edilir. 
Son  illərdə  dövlət  müəssisələrində  geniş  istifadə 
olunan və hesablanan gəlirin üç növü mövcuddur: 
Ümumi,  təsərrüfat  hesablı  və  xalis  gəlir  növlərini 
fərqləndirirlər. 
Müəssisənin  ümumi  gəliri  –  onun  iş  nəticələrini  sə-
ciyyələndirən mühüm iqtisadi göstəricilərdən biridir. Baş-
qa sözlə, müəssisənin ümumi gəliri onun sərəncamına da-
xil olan pul vəsaitinin əməyin ödənilməsinin vahid fondu-
nun    və  müəssisənin  xalis  gəlirinin    yaradılmasına  yönəl-
dilən hissəsidir. Məhsulun, sənaye xarakterli işlərin və sə-
naye fəaliyyəti balansında olan əsas istehsalın və yardımçı 
təsərrüfatların  xidmətlərinin  görülməsindən  götürülən  qa-
zancdan  əmələ  gəlir;  bu  qazanca  həmçinin  müstəqil  ba-
lansda olan özünün qeyri-sənaye təsərrüfatına məhsul rea-
lizə  etməkdən  və  əmək  kollektivinə  pullu  xidmətlər  gös-
tərməkdən, götürülən qazanc da (məhsulun və xidmətlərin 
istehsalına və satışına çəkilən maddi məsrəflər çıxılmaqla) 
daxildir.  
İstehsalın  silinmiş  və  artıq  qalmış  əmlakın,  əvvəllər 
alınmış  maddi    dəyəri  malların  satışından  əldə  edilən qa-
zanc  müəssisənin  ümumi  gəlirinin  tərkibinə  aid  edilmir, 
çünki onlar müəssisə fəaliyyətinin nəticəsi deyildir. Müəs-


 
 
289 
sisənin ümumi gəlirindən müəyyən edilmiş miqdarda gəlir 
vergisi  ödənilir,  bank  kreditlərinə  görə  faizlər  verilir,  qa-
lan  məbləğ  isə  müəssisənin  sərəncamına  keçir.  Müəssisə-
nin ümumi gəliri əsasında təsərrüfat hesablı gəlir yaranır. 
Müəssisənin təsərrüfat hesablı gəliri – əməyin ödənil-
məsi üçün müəssisənin tam sərəncamına daxil olan (büdcə 
və  digər  öhdəlikləri  yerinə  yetirdikdən  sonra)  vəsait  və 
mənfəətin  bir  hissəsidir.  Təsərrüfat  hesablı  gəlir  müəssisə 
kollektivinin  istehsal  və  sosial  inkişafının  mənbəyidir.  Tə-
sərrüfat  hesablı  gəlir  müəssisədən  götürülə  və  yenidən 
bölüşdürülə bilər. Təsərrüfat hesablı gəlir hesabına əməyin 
ödənilməsinin  vahid  fondu  və  digər  maddi  həvəsləndirmə 
fondları  yaradılır. Təsərrüfat hesablı gəlir təsərrüfat mexa-
nizminin  yenidən  qurulmasında,  müəssisələrin  təsərrüfat 
müstəqilliyinin genişləndirilməsində və istehsalın son nəti-
cələrinin  yaxşılaşdırılması  üçün  onların  marağının  və 
məsuliyyətinin artırılmasında mühüm rol oynayır. 
Müəssisənin xalis gəliri  –  müəssisə  işçilərinin əməyi 
ilə  yaradılmış  izafi  məhsulun  pulla  ifadəsi  olub,  məhsulun 
satış  qiymətində  hesablanmış  dəyəri  ilə  tam  maya  dəyəri 
arasındakı  fərqi  təşkil  edir.  Müəssisənin  xalis  gəliri  onun 
pul  yığımı  və  dövlət  büdcəsi  gəliri  mənbəyidir.  Müəssisə-
nin  xalis  gəliri  əməyin  ödənilməsinin  vahid  fondu  yaradıl-
dıqdan sonra qeyd etdiyimiz kimi müəssisənin ümumi gəl-
irinin yerdə qalan hissəsidir. Xalis gəlirin ümumi məbləğin-
də  mənfəətin  payı  çoxdur  və  ona  görə  də  müəssisənin 
mənfəəti onun xalis gəliri formasında çıxış edir. 
 
 
 


 
 
290 
10.5. İstehsalın rentabelliyi və  onun yüksəldilməsi 
yolları 
 
Məhsulun hər növü üzrə olan  mənfəət müəssisə qiy-
məti ilə məmulatın maya dəyəri arasındakı fərqdən ibarət-
dir.  Mənfəət  öz  iqtisadi  mahiyyəti  etibarı  ilə  cəmiyyətin 
xalis gəlirinin  bir formasıdır. Müəssisə mənfəətinin ümu-
mi məbləği hazırlanan və realizə edilən məhsulun hər nö-
vündən alınan mənfəətdən əmələ gəlir. Beləliklə, müəssi-
sənin mənfəətinin  ümumi miqdarı məhsul vahidi qiyməti-
nin  səviyyəsindən,  onun  maya  dəyərindən,  hazırlanan  və 
satılan məhsulun miqdarından asılıdır. 
Dövlət  orqanları  tərəfindən  eyni  növlü  məhsul  üzrə 
bütün  dövlət müəssisələri üçün vahid qiymətlər müəyyən 
edilir.  Məhsulun  maya  dəyərinin  səviyyəsi  və  satılan 
məmulatın  miqdarı  isə  müəssisələrin  fəaliyyətindən  ası-
lıdır.  Deməli,  müəssisənin  ala  biləcəyi  mənfəətin  ümumi 
məbləği də onun öz işindən asılıdır. 
Fərz  edək  ki,  iki  müəssisə  tərəfindən  buraxılan  eyni 
məhsulun  topdansatış  qiyməti  və  plan  maya  dəyəri  bəra-
bərdir. Həmin müəssisələrdən biri yaxşı işləyir və məhsu-
lun  maya  dəyərinin  aşağı  salınması  və  satış  planlarını 
artırması ilə yerinə yetirilir. O biri müəssisə isə pis işləyir. 
Hər  iki  müəssisə  yeni  məhsul  buraxır  ki,  bunların  da 
vahidinin  topdansatış  qiyməti  eynidir,  lakin,  onların  bu-
raxılan məhsulun maya dəyərində fərq, onların realizə et-
diyi  məhsuldan  mənfəəti  müəyyən  məbləğdə alırlar,  yəni, 
aşağı xərclə daha çox mənfəət əldə edilir. 
Qiymətlərin  səviyyəsi  sabit  olduqda  məhsulun  maya 
dəyəri  aşağı  düşdükcə,    müəssisənin  mənfəətinin  miqdarı 
da bir o qədər çox olacaqdır. Əksinə maya dəyəri artdıqda 


 
 
291 
və  məhsulun  buraxılışı  və  realizasiya  planı  yerinə  yetiril-
mədikdə müəssisənin mənfəətinin miqdarı azalacaqdır. 
Müəssisənin  mənfəətinin  miqdarı  buraxılan  məhsul-
ların keyfiyyətindən də asılıdır. Məhsul keyfiyyətcə pis ol-
duqda onun qiyməti də aşağı olur. Məhsulun çeşidi, komp-
lektliyi, standartı və keyfiyyəti pozulduqda məhsulun daha 
aşağı  qiymətlərlə  realizə  edilməsi  üzündən,  mal  verən 
müəssisə nəzərdə tutulmuş gəlirləri itirir. Həmin müəssisə 
habelə  çox  hallarda  cərimə  də  verir.  Sənayedə  belə  bir 
qayda mövcuddur ki, bəzi mal verən müəssisələr buraxdı-
ğı məhsul üzrə təminatlı öhdəçilik daşıyır. Təminatlı öhdə-
çilik  yerinə  yetirilən  zaman  aşkara  çıxarılmış  nöqsanları 
aradan qaldırılması üzrə alıcı müəssisə və təşkilatlar tərə-
findən çəkilən xərcləri mal verən müəssisə öz mənfəəti he-
sabına ödəməlidir. Beləliklə, müəssisənin istehsal, satış və 
təchizat  fəaliyyəti  onun  rentabelliyinin  səviyyəsinə  təsir 
göstərir ki, burada bir tərəfdə məhsulun maya dəyəri, digər 
tərəfdən müəssisə tərəfindən buraxılan məmulatın qiyməti 
əks olunur. 
Hər bir  müəssisə, öz hazırladığı  məhsulu tələb-təklif 
nisbətindən asılı olaraq bazar qiyməti üzrə realizə edərək, 
əldə  etdiyi  gəlirlə  məhsulun  istehsal  və  satış  xərclərini 
ödəməli və mənfəət almalıdır. Bu məqsədlə məhsulun qiy-
məti,  bir  qayda  olaraq  maya  dəyərindən  yüksək  müəyyən 
edilir.  Mədaxilin  məxaricdən  çox  olması  müəssisənin  gə-
lirliyini, rentabelliyini xarakterizə edir. Müəssisənin renta-
belliyi onun işinin müəyyən dövr ərzində iqtisadi effektli-
liyinin ümumiləşdirici göstəricisidir. 
Müəssisənin rentabelliyi həm alınan mənfəətin məblə-
ği  ilə  həm  də  rentabelliyin  səviyyəsi  ilə  xarakterizə  edilir. 
Müəssisənin rentabelliyi səviyyəsi mənfəət məbləğinin rea-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə