Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86

 
 
280 
 Məhsul  vahidinin  maya  dəyərinin  aşağı  salınması 
hesabına  müəssisənin  əldə  edəcəyi  illik  mənfəətin  məblə-
ğini  hesablamaq  üçün  bazis  ilində  məhsulun  topdansatış 
qiymətindən  məhsul vahidinin maya dəyərinin aşağı düş-
məsi  hesabına  həmin  məhsulun  topdansatış  qiymətinin 
azalmasına  vuraraq  100%-ə  bölürlər  və  onu  faizlə  müəy-
yən edirlər. 
Yeni  texniki  istehsalın  tətbiqi  nəticəsində  müəssisə-
nin  əldə  edəcəyi  illik  mənfəətin  məbləğini  hesablamaq 
üçün  məhsulun  maya  dəyərinin  plan  və  bazis  arasındakı 
fərqi  plan  ildə  buraxılan  məhsulun  sayına  vuraraq,  ondan 
yeni texnikanın dəyərini çıxırlar. 
Mənfəət  bazar  münasibətlərinin  kateqoriyası  kimi 
aşağıdakı funksiyaları yerinə yetirir: 
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi 
səmərəni xarakterizə edir
-  firmanın maliyyə resurslarının  əsas elementidir
-  müxtəlif  səviyyəli  büdcələrin  gəlir  hissəsinin  for-
malaşmasının mənbəyidir. 
Zərər  də  müəssisənin  fəaliyyətində  müəyyən  rol  oy-
nayır.  O,  maliyyə  vəsaitlərindən  istifadə,  istehsalın  təşkili 
və məhsulun satışı istiqamətində müəssisənin uğursuzluq-
larını göstərir. 
Müəssisə  və  istehsal  firmalarında  mənfəətin  öz  kə-
miyyətinə,  iqtisadi  məzmununa  və  funksional  təyinatına 
görə dörd göstəricisi formalaşır. Bütün bu hesablamaların 
bazasında  müəssisənin  istehsal-təsərrüfat  və  ya  firmanın 
istehsal  –  kommersiya  fəaliyyətinin  əsas  göstəricisi  olan 
balans  mənfəəti  dayanır.  Verginin  hesablanması  üçün  xü-
susi göstərici –  ümumi  mənfəət, bunun  əsasında isə vergi 
tutulan  və  vergiyə  cəlb  edilməyən  mənfəət  hesablanır. 


 
 
281 
Vergilər  və  büdcəyə  digər  ödəmələr  edildikdən  sonra  ba-
lans  mənfəətinin  qalan  hissəsi  xalis  mənfəət  adlanır.  O, 
müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini xarakteri-
zə edir. 
Balans mənfəətinə üç əsas element: 
a)
 
məhsulun reallaşdırılmasından, işlərin yerinə yetiril-
məsindən, xidmətlərin göstərilməsindən,  mənfəət (zərər); 
b)
 
müəssisənin  əsas vəsaitlərinin və  digər  əmlakının 
reallaşdırılmasından daxil olan mənfəət (zərər); 
c)
 
reallaşdırmadan  (satışdan)  kənar  əməliyyatlarının 
maliyyə nəticələri daxildir. 
Məhsulun  (iş  və  xidmətlərin)  reallaşdırılmasından 
mənfəət  müəssisənin  əsas  fəaliyyətinin  maliyyə  nəticəsi-
dir.  Reallaşdırmadan  mənfəət  reallaşdırmadan  mədaxillə 
(ƏDV-siz və aksizsiz) istehsal və reallaşdırma  xərclərinin   
(kommersiya  maya  dəyəri)  fərqi  kimi  müəyyən  edilir.  
Müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaş-
dırılmasından mənfəət (zərər) özünün balansında olan əm-
lakın satışından əldə olunur. 
Reallaşdırmadan  kənar  maliyyə  nəticələrinə  alınmış 
və  ödənilmiş  cərimə,  peniya  və  digər  sanksiya  növlərinin 
saldosu,  həmçinin  hesabat  ilində  aşkar  olunmuş  keçmiş 
illərin mənfəəti, keçmiş illərdə silinmiş debitor borclarının 
ödənməsindən daxil olan məbləğ, müəssisənin hesabların-
da olan pul vəsaitlərinə görə ödənilən faizlər, digər müəs-
sisələrin  nizamnamə  kapitalında  pay  iştirakından  gəlirlər, 
qiymətli kağızlar üzrə gəlirlər və s. daxildir. 
Büdcəyə  vergilər  və  digər  ödənişlər  köçürüldükdən 
sonra xalis mənfəət müəssisənin sərəncamına keçir. Müəssi-
sə həmin mənfəətdən öz nizamnaməsinə uyğun istifadə edir. 


 
 
282 
Mənfəət,  yuxarıda  qeyd  edildiyi  kimi,  müəssisənin 
xüsusi vəsaitlərinin formalaşmasının, onun gələcək inkişa-
fının  başlıca  mənbəyidir.  Buna  görə  də  maliyyənin  plan-
laşdırılmasının  ən  mühüm  məsələlərindən  biri  də  mənfə-
ətin  bölgüsü  siyasətinin  (yaxud  divident  siyasətinin)  işlə-
dilməsidir.  
Müəssisənin  əldə  etdiyi  mənfəətdən  istifadə  onun 
qaydada bölüşdürülməsini tələb edir. Hazırda müəssisənin 
sərəncamında qalan mənfəətin müəssisə tərəfindən buraxı-
lan  məhsulun  maya  dəyərinin  tərkibinə  daxil  edilməyən 
xərclərin  ödənilməsində  istifadə  edilir.  Həmin  xərclərə 
aiddir:  müəssisənin  təftiş  komissiyasının  və  müəssisə  ic-
laslarının  keçirilməsi üzrə xərclər, nümayəndəlik xərcləri, 
reklam xərcləri, yarmarka və sərgilərdə iştirak etməyə gö-
rə  xərclər,  idarəetmə  sisteminin  təkmilləşdirilməsi  üzrə 
xərclər, baş idarənin saxlanılmasına çəkilən xərclər, təhsil 
müəssisələrinin  saxlanılmasına  çəkilən  xərclər,  qeyri-is-
tehsal sferasına çəkilən xərclər, məhsulun istehsalı ilə bila-
vasitə əlaqədar olmayan xərclər, mükafatlandırmaya çəki-
lən xərclər, pensiyalara  edilən əlavələr, əlavə məzuniyyət-
lər üçün ödənişlər, rabitə xidmətinə çəkilən xərclər, sosial 
məsələlərin həllinə yönəldilmiş xərclər və s. 
Müəssisənin sərəncamında qalan mənfəətin bölgüsü-
nə əsas tələb ondan ibarətdir ki, onun istehlaka və yığıma 
gedən hissəsi arasında optimal nisbət geniş təkrar istehsal 
prosesini maliyyə resursları ilə təmin etsin. 
Mənfəətin bölgü siyasəti işlənərkən məsələnin iki tə-
rəfi  diqqət  mərkəzində  saxlanılır:  bır  tərəfdən,  dividentlə-
rin (səhmlərə görə mənfəət payı, yaxud təsis payına uyğun 
mənfəət payı və s.) verilməsi mülkiyyətçilərin maraqlarını 
müdafiə etməlidir. Yüksək dividentlər müəssisənin inves-


 
 
283 
torlar üçün cazibədar edir; digər tərəfdən isə, dividentlərin 
maksimumlaşdırılması, yaxud mənfəətin daha çox hissəsi-
nin  mülkiyyətçilər  arasında  bölgüsü  istehsalın  inkişafına 
yönəldilən (təkrar investisiya) mənfəət payının azalmasına 
gətirib  çıxarır  ki,  bu  da  müəssisənin  gələcək  inkişafına  
problemlər yaradır. Buna görə də mənfəətin bölgüsü siya-
səti  bu  iki  məsələnin  optimal  əlaqələndirilməsi  əsasında 
qurulur. 
Mənfəətin    bölgüsünü,  onun  istifadəsinin    əsas    isti-
qamətlərini  müəyyən  edərkən,  hər  şeydən  əvvəl,  rəqabət 
şəraitini nəzərə almaq lazımdır, çünki bu şərait müəssisə-
nin istehsal gücünü əhəmiyyətli dərəcədə artırmaq və təzə-
ləmək zərurətini diktə edə bilər. Buna uyğun olaraq, kapi-
tal qoyuluşlarını, dövriyyə vəsaitlərinin artırılmasını, elmi-
texniki  tədqiqatların  aparılmasını,  yeni  texnologiyaların 
tətbiqini,  mütərəqqi əmək  metodlarına  keçidi və s.  maliy-
yələşdirmək  üçün  mənfəətdən  ayırmaların  miqyası  müəy-
yənləşdirilir. 
 
10.4 Müəssisənin gəliri və onun növləri 
 
Hər  bir  fəaliyyətin  nəticəsi  müəyyən  bir  məhsul  is-
tehsal  etmək,  xidmət  göstərmək  və  yekunda  gəlir  almaq-
dır. Müəssisə ictimai tələbatın ödənilməsi və əlavə xərc et-
diyindən  çox  vəsait  alması  məqsədilə,  istehsal  amillərini 
birləşdirməklə məhsul istehsal edib satan işlər görüb, xid-
mətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyektidir. 
Gəlirlər  müəssisənin  il  ərzində  onu  maliyyələşdirən 
kapitaldır, o pul vəsaitləri və digər əmlak şəklində aktivlə-
rin  daxil  olması,  öz  öhdəliklərini  yerinə  yetirməklə  kapi-
talın    həcmcə  çoxalması  nəticəsində  təşkilatın,  müəssisə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə