Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

 
 
255 
üçün məhsulun elə bir hissəsinin pul ifadəsidir ki, o məhsul 
realizə  edildikdən  sonra  cəmiyyətin  ehtiyaclarını  ödəmək 
üçün bilavasitə büdcəyə, dövlətin sərəncamına daxil olur. 
Dövlət pərakəndə satış qiymətləri çox işlənən mallar, 
yəni  ticarət  təşkilatları  tərəfindən  əhaliyə  satılan  parça, 
ayaqqabı, paltar, ərzaq və başqa mallar üzrə tətbiq edilir.  
Dövlət  pərakəndə  satış  qiyməti  sənaye  topdansatış 
qiyməti  ilə  ticarət  təşkilatlarının  xeyrinə  ticarət  əlavəsin-
dən ibarət olur. Sənaye topdansatış qiymətlərinə edilən ti-
carət əlavəsi (və ya pərakəndə satış qiymətlərindən edilən 
güzəşt)  ticarət  təşkilatlarına  çatır;  bu  məbləğlər  ticarət 
təşkilatlarının plan daxilindəki tədavül xərclərini ödəyir və 
həmin  təşkilatlarda  işin  yaxşılaşdırılması  üçün  təsərrüfat 
hesablı maraq yaratmaqdan ötrü mənfəət əmələ gətirir. 
Məsələn,  məhsul  vahidi üzrə  ticarət əlavəsi 50  manat 
təşkil  edərsə,  o  zaman  pərakəndə  satış  qiyməti  yuxarıda 
verdiyimiz misalda 1300 manat (1250 + 50) təşkil edəcək-
dir.  Sənaye  məhsulu  qiymətinin  quruluşunu  aşağıdakı 
sxemlə ifadə etmək olar: 
 
 
 
Sxem 5. Sənaye məhsulu qiymətinin quruluşu. 
 
Məhsulun 
maya 
dəyəri 
Mənfəət 
Sənayenin 
satış 
təşkilatlarının 
xeyrinə 
ticarət 
əlavəsi 
Dövriyyə 
vergisi 
Ticarət 
əlavəsi 
Müəssisə 
topdansatış qiyməti 
 
 
Sənaye topdansatış qiyməti 
Dövlət pərakəndə satış qiyməti 


 
 
256 
Sənaye  məhsulu  üzrə  qiymətlər  preyskurant  qiymət-
ləri  şəklində  müəyyən  edir.  Preyskurantlarda  müəyyən 
məhsul növü üçün olan qiymətlərdən başqa həmin məhsu-
lun  texniki  təsviri,  növü,  markası,  artikulu,  istismar  mə-
mulatları,  qabaritləri,  çəkisi  və  texniki  şərtləri  verilir. 
Preyskurantlarda qiymətlər məhsulun sortundan və keyfiy-
yətindən asılı olaraq göstərilir.  
Bazar iqtisadiyyatı şəraitində  məhsulun qiymət həd-
di rəqabət mübarizəsi şəraitində bazarda tələb və təklifdən 
asılı  olaraq  hər  bir  istehsalçı  müəssisə  (satıcı)  tərəfindən 
sərbəst surətdə müəyyən edilir. Lakin bu zaman aşağıdakı 
prinsiplər nəzərə alınır: 
a)  qiymətlərin  əlverişliliyi  prinsipi  –  tələb  edir  ki, 
qiymət  həm  istehsalçı  müəssisələrin  (satıcıların),  həm  də 
alıcıların  (istehlakçıların)  mənafeyinə  uyğun  olsun,  yəni 
qiymət  elə  olmalıdır  ki,  o,  alıcını  özünə  cəlb  etməklə  is-
tehsalçı müəssisəni maddi cəhətdən maraqlandırmış olsun; 
b)  qiymətlərin  diferensiallaşdırılması  prinsipi  –  qiy-
mət həddinin müəyyənləşdirilməsində ona təsir edən müx-
təlif amillərin nəzərə alınmasına əsaslanır. Bu o deməkdir 
ki,  qiymətlər  müəyyən  edilərkən  bazardakı  tələb  və  təkli-
fin  səviyyəsi,  malların  satılması  şərtləri,  alıcılara  qayğı, 
haqq-hesab sistemi, alıcının ödəmə qabiliyyəti və s. nəzərə 
alınmalıdır;  
v) qiymətlərin tələb və təkliflərə uyğunluğu prinsipi – 
bazarın  perspektivliyini  nəzərə  almaqla  qiymətlərin  təyin 
edilməsini  tələb  edir.  Bu  o  deməkdir  ki,  qiymətlər  bazarın 
tələb və təklifindən asılı olaraq dəyişkən olmalıdır;  
q) qiymətlərin dinamikliyi prinsipi – tələb edir ki, ba-
zarın  real  vəziyyətini  və  pulun  infilyasiya  (infilyasiya  – 


 
 
257 
kağız  pul  kütləsinin  malların  həqiqi  tələblərinə  nisbətən 
həddindən  çox  artması  deməkdir)  səviyyəsini  nəzərə  al-
maqla  məhsulun  qiymət  həddi  müəyyənləşdirilməlidir. 
Özü də məhsulun qiyməti o həddə müəyyən edilməlidir ki
o  infilyasiya  indeksinin  kəmiyyətindən  az  olmasın,  çünki 
bu halda əvvəlki mənfəət təmin edilməmiş olur. Buna nail 
olmaq  üçün  qiymətləri  vaxtaşırı  olaraq  indeksləşdirmək 
lazımdır.  
Müasir  zamanda  bazar  iqtisadiyyatı  şəraitində  qiy-
mətlər sərbəstləşdirildiklərinə görə onların müxtəlif növlə-
rindən  istifadə  edilir.  Belə  bir  hal  qiymətlərin  təsnifləşdi-
rilməsini  zəruri  edir.  Adətən,  qiymətlər  aşağıdakı  əlamət-
lərə görə təsnifləşdirilir: 
a)  xidmət  dövriyyəsinin  xarakterinə  görə  –  topdan 
satış, alış, pərakəndə satış, əhaliyə xidmət tarifləri və qiy-
mətləri,  tədavül  sferasında  əlavələr  və  s.  qiymətləri  fərq-
ləndirirlər; 
b)  azadlıq  (sərbəstlik)  dərəcəsinə  görə  –  bütün  qiy-
mətlər  azad,  tənzimlənən  və  təsbit  edilmiş  qiymətlər  qru-
puna ayrılır; 
c) tətbiqi üsuluna görə  –  qiymətlər kontakt, transfert 
(transfert  –  pulun  bir  maliyyə  idarəsindən  digərinə  və  ya 
ölkədən ölkəyə köçürülməsi deməkdir), birja və torq qiy-
mətlərə ayrılır; 
d)  əsaslandırılması  dərəcəsinə  görə  –  qiymətlər  bazis, 
arayış, preyskurant, faktiki və istehlak qiymətlərinə bölünür; 
e)  fəaliyyət  göstərmə  müddətinə  görə  –  daimi,  cari, 
sürüşkən, mövsümi və pilləli qiymətlər fərqləndirilir. 


 
 
258 
Ümumiyyətlə,  milli  iqtisadiyyatda  müəssisənin  fəa-
liyyətində  bir  çox  qiymətlərdən  istifadə  olunur.  Onlardan 
əsaslarını qeyd edək: 
Azad qiymətlər – azad bazarda tələb və təklifin təsiri 
altında formalaşan qiymətlərə deyilir. 
Hərrac qiymətləri – hərrac dükanlarında malların sa-
tılmasında  istifadə  edilir.  Bu  qiymətlə  mallar  müsabiqə 
əsasında sərbəst alınıb-satılır. 
Bazar qiymətləri – bazarlarda mala olan tələb və tək-
lifdən  asılı  olaraq  sərbəst  surətdə  müəyyənləşdirilir  və 
onlar dövlət tərəfindən tənzimlənmir.  
Dünya qiymətləri  ilə mallar xarici ölkələrin bazarla-
rında  realizə  edilir.  Bu  növ  qiymətlər  bazardakı  tələb  və 
təklifdən asılı olaraq, tənzimlənir. 
Ekspert qiymətləri – ekspertlərin rəyinə, mövcud mə-
lumatlarından  və aparılan sorğudan asılıdır.  
İnhisar qiyməti – malın bazar qiymətinin spesifik for-
masıdır; məhsulun tam maya dəyərindən çox yüksəkdir və 
ona görə də istehsalçıya-satıcıya əlavə gəlir  əldə   etməyə 
imkan  verir.  Bu  qiymət  bazarda  malın  qıtlığı  hallarda 
istifadə olunur.  
İstehsal qiyməti – istehsal xərcləri ilə orta mənfəətin 
cəmindən  ibarət olub, əmtəə dəyərinin çevrilmiş forması-
dır. Lakin məhsulun istehsal qiyməti onun dəyərindən həm 
quruluşuna,  həm  də  həcminə  görə  fərqlənir.  Məhsulun 
dəyəri  əmək  məsrəfləri  ilə,  özünün  qiyməti  ilə  və  vəsait 
sərfi ilə müəyyən edilir.  
Komisyon  qiymətləri  –  komisyon    mağazasına  malı 
satmaq  üçün  təhvil  verən  mal  sahibi  ilə  komisyonçu  ara-
sında razılaşmaya əsasən müəyyən edilir və bağlanan mü-
qavilə onun əsasını təşkil edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə