94
ağır idi. Burada ancaq sadə yeməyə icazə verilir: çörək, su, gö-
yərti, lobya, bəzən pendir yeməyə də icazə verilirdi. Ədviyyat-
lardan isə duz və zeytun yağı istifadə edilirdi. Gün ərzində bir
dəfə yemək yeyirdilər. Yalnız şənbə və bazar günləri iki dəfə
səhər və axşam yeməyi verilirdi. Hər şey ümumi idi. Rahiblər
bütün günlərini ibadətə və əməyə ayırırdılar. Monastır həyatı
nə qədər çətin olsa da, ilk monastırlarda rahiblərin sayı 50 mini
keçmişdi. Bu həm də onunla izah olunur ki, monastırda insan-
lar müvəqqəti işçilərin və knyazların əlində oyuncaq olmaqdan
qurtulurdu.
IV-V əsrlərdə monastırlar artıq ilk monastır icmalarında
mənəvi zirvəni, qardaşlıq
sevgisini, xristian birliyini qəbul
etdilər. Yataqxana tipli monastırlarda yemək hamı üçün eyni
idi. Yemək adətən çörəkdən ibarət idi.
Ənənəyə görə yeməkdən
sonra süfrədə qalan bütün yeməklər ehtiyacı olanlara paylanı-
lırdı. Bir çox monastırlar kasıb, ac-yalavaclara gündəlik pulsuz
yemək süfrəsi təşkil edirdi. Monastırlarda xüsusi qidalanma
mədəniyyəti formalaşmışdı. İnsan bədəninin ruha tabe edilməsi
onun mənəvi həyatının əsas ideyası idi. Ətin istifadəsinə icazə
verilmirdi. Yemək zamanı boş söhbətlər qadağan edilir, ruha
faydalı dualar oxunurdu.
Əsrlər boyu monastırlar yemək hazırlanması sirrlərini ya-
radan və qoruyanlar idi.
Sakit meşələr və göllər, təbiətin zən-
ginliyi imkan verirdi ki, yeməkdə balıq, göbələk,
meyvələr,
qoz-fındıq, baldan istifadə edilsin. Monastır bağlarında fədakar
işlə məşğul olan əkinçilər çox nadir və qiymətli tərəvəz, göyərti,
meyvə və giləmeyvə yetişdirirdilər. Rahiblər sonradan istifadə
edilən bir çox reseptlər vermişdi. Bu geniş yayılmış borodino
çörəyi, monastır düyüsü, balıq, bal, cürbəcür çaxır və s. idi.
Cəmiyyətdə asketizim (yunan
sözü olub cəhd edirəm,
əxlaqi və dini idela çatmaq məqsədilə yer üzərindəki bütün ne-
mətlərdən imtina edilməsi ilə səciyyələnən davranış prinsipi,
həyat tərzi) idealının yayılması ilə oruc xristianların məişət
normasına çevrildi.
Dostları ilə paylaş: