Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 92 -
Kompüterdə 
ədəd tipli informasiyanın
təsviri. Kompüterin yaddaşında hər bir simvol 1 bayt
yer tutur. ASCİİ kodlaşdırma cədvəlinə görə, 256
sayda simvolu 0 və 1-lərin köməyilə kodlaşdırmaq
mümkündür. Unicode cədvəlinə görə isə 2 baytlıq
koddan istifadə olunur, yəni bu cədvələ əsasən 65536
simvolu kodlaşdırmaq olar. İnformasiyanın kodlaş-
dırılması mövzusu 3-cü sinifdə tədris edilir. Müəllim
şagirdlərə Sezar dövründə istifadə edilən Sezar kodu
və Morze əlifbası haqqında məlumat verə bilər.
Tarixdə ilk kodlaşdırmalardan biri sayılan Qay
Yuli Sezarın öz generalları ilə yazışması üçün istifadə
etdiyi koddur. Bu kod hərflərin 3 hərf sürüşdü-
rülməsinə əsaslanır. Yəni:
              A  B  C  D  E  F
A  B  C  D   E   F
Yəni A hərfi D ilə, B hərfi E ilə və s. əvəz
edilir.
Bunu dairələr şəklində göstərmək məqsədə-
uyğundur. Birinin radiusu digərindən kiçik olan
dairələrdən biri digərinin içində yerləşdirilir və
onların çevrələri boyunca əlifbanın hərfləri yazılır.
Dairələrdən birini üç hərf qədər sürüşdürməklə Sezar
kodunu almaq olar.
Amerikalı ixtiraçı Morze 1844-cü ildə nöqtə və
tirelərdən ibarət kod sistemi hazırlamışdı. Həmin ildə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 93 -
o,
 Vaşintondan
 Baltimora
 qədər
 olan
 ilk
eksperimental teleqraf xətti yaratmışdır. Bu sistemdə
uzun siqnallar tire, qısa siqnallar nöqtə ilə işarə
edilirdi. Sistem qeyri-simmetrik idi, yəni işarə mətndə
nə qədər az işlənirdisə, o qədər çox simvolla
kodlaşdırılırdı. Məsələn, E (.), T (-) ilə, Q(---.-) 4
simvolla kodlaşdırılırdı.
İnformasiyanın kodlaşdırılması onun müəyyən
təqdimolunma formasına salınması prosesidir.
Dar mənada “kodlaşdırma” termini dedikdə
informasiyanın bir təqdimetmə formasından digərinə
çevrilməsi başa düşülür. Kompüter yalnız ədədi
informasiya ilə işləyir. Ona görə də bütün digər
informasiyalar (səs, şəkil, cihazların göstəriciləri və
s.) kompüterdə emal olunması üçün ədədi formaya
çevrilməlidir. Məsələn, musiqi səsini ədədi formaya
çevirmək üçün kiçik zaman fasilələrində müəyyən
tezliklərdə onun intensivliyi ötürülür. İntensivlik
ədədlərlə ifadə olunur. Bu ədədlərin özləri də sonra
xüsusi qayda ilə yenidən kodlaşdırılaraq (ikilik say
sistemində) rəqəmlər şəklində kompüterə ötürülür.
Bu proses cihaz və qurğular vasitəsilə aparıldığından,
burada insan iştirak etmir. Biz, sadəcə, səsləri
kompüter proqramları vasitəsilə lazım olan şəkildə
emal edirik. Məsələn, müxtəlif səsləri bir-birinin
üzərinə yazırıq, onlara müxtəlif effektlər veririk və s.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 94 -
Kompüterdə simvol şəkilli informasiyanın
təsviri. Kompüterdə mətn informasiyası da analoji
olaraq emal edilir. Hər bir hərf kompüterə daxil
ediləndə o, müəyyən ədədlə  əvəz olunur, yəni
kodlaşdırılır. Mətnlər kompüterdə  ədədlər şəklində
emal edilir. Emal edilmiş informasiyanı çıxış
qurğusuna verəndə də  ədədlər dekodlaşdırılaraq
yenidən mətn formasında ekrana və ya printerə
çıxarılır. Mətn şəklində olan informasiyanın
kompüterdə təsviri üçün kompüterin əlifbası adlanan
simvollardan istifadə edilir. Müəllim mövzunun
izahına başlarkən əvvəlcə həmin əlifba haqqında
şagirdlərə məlumat verməlidir:
Əlifba 256 simvoldan ibarətdir.
Hər bir simvol yaddaşda 1 bayt yer tutur.
Hər bir simvol 8 dənə ikilik koddan ibarətdir.
[18, s.230]
Bütün ədədlər kompüterdə yalnız iki rəqəmin
(bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq) 0 və
1-in vasitəsilə təsvir olunur. Başqa sözlə, kompüter
adətən ikilik say sistemində işləyir. Bu halda
informasiyanın emalı üçün yaradılan qurğular daha
sadə olur.
Ona görə də ixtiyarı informasiya kompüterdə
rəqəmlər vasitəsilə təsvir olunduğundan belə
informasiyalar rəqəmli və ya rəqəmsal adlanır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 95 -
“Rəqəmsal texnologiya” termininin yaranması da
məhz bununla bağlıdır. Əslində  əlifbanın özü,
riyaziyyatda istifadə olunan rəqəm və işarələr və s.
kodlaşdırmaya misaldır.
Kompüterdə qrafik informasiyanın təsviri.
Təsvirlərin (rəsm, animasiya, sxem və s.)
kodlaşdırılması üçün rastr, vektor və 3 ölçülü
modellərdən istifadə edilir. Rastr modelinə görə təsvir
piksel adlanan eyni rəngli nöqtələrə bölünür. Burada
müəllim  şagirdlərə  üç  əsas  rəng  –  qırmızı,  yaşıl  və
göy (RGB modeli) və üfüqün 7 rəngi haqqında izahat
verməlidir.  RGB  modelinə əsasən  hər  bir  rəngin  bu  3
rəngdən necə alınmasını müxtəlif üsullarla əyani
şəkildə göstərmək olar. Rənglərin kodlaşdırılması
onlardan əlavə rənglərin alınması və rəngin parlaqlığı,
çalarlarının sayının artırılması üçün əlverişli üsuldur.
Qrafik informasiyanın vektor üsulu ilə
kodlaşdırılması üçün həndəsi fiqurlardan – düz xətt,
ellips, çevrə, düzbucaqlı və s. kimi fiqurların
hissələrindən istifadə olunur. Bu üsul çertyoj, sxem,
qrafik şəkillərin çəkilməsi üçün əlverişlidir.
Kompüterdə səs informasiyasının təsviri. Səs
informasiyası da kompüterdə 2-lik kod şəklində
saxlanılır və emal edilir. Səsin kompüterə daxil olması
aşağıdakı sxemə əsasən baş verir:


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə