Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Azyaşlı məktəblilər üçün öyrədici kompüter proqramları və inkişafetdirici oyunlar



Yüklə 1,11 Mb.
səhifə41/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   47
Azf-296626 removed

Azyaşlı məktəblilər üçün öyrədici kompüter proqramları və inkişafetdirici oyunlar


  1. Öyrədici kompüter proqramları.

  2. Öyrədici proqramların istifadəsinin metodik xüsusiyyətləri.

  3. Inkişafetdirici kompüter oyunları.

  4. Inkişafetdirici kompüter oyunlarının psixoloji- pedaqoji xüsusiyyətləri.

Öyrədici kompüter proqramları. Məktəblərin kompüterlərlə təmin olunması ilə paralel olaraq müxtəlif mövzularda öyrədici proqramların tərtib edilməsi işi də başlandı. İlk öyrədici proqram 90-cı illərdə Robotlandiya idi. Bu proqram paketi ibtidai siniflərdə informatika üçün nəzərdə tutulmuşdu və 3 məzmun xəttini əhatə edirdi - informasiya, alqoritm və kompüter.
Psixoloqlar belə hesab edirlər ki, 11 yaşına kimi uşaqların məntiqi təfəkkürü güclü inkişaf edir. Bu səbəbdən informatikanı öyrənməyə məhz 1-ci sinifdən başlamaq lazımdır. Kompüter proqramları və kompüter oyunlarından istifadə zamanı kiçik yaşlı məktəblilərlə işin psixoloji-pedaqoji xüsusiyyətləri nəzərə alınmalıdır.
Sanitar norma və qaydalara görə kompüterdə belə oyun və proqramlarla işə 1-ci siniflərdə 10 dəqiqə, 2-ci sinifdən başlayaraq 15 dəqiqə vaxt ayırmaq lazımdır. Həmçinin belə dərslərin sayı həftədə 1 dəfədən çox olmamalıdır. Bəzi qərb dövlət- lərində uşaqlar üçün hazırlanmış xüsusi Makintoş kompüterlərindən istifadə edilir. Əslində uşaqlar böyüklər üçün nəzərdə tutulmuş kompüterlərdə işləməyə çətinlik çəkirlər, belə ki, onlar üçün kursoru lazımi nöqtəyə sürüşdürmək çətin olur. Bu səbəbdən kiçik yaşlı məktəblilərin onların yaş səviyyələrinə uyğun xüsusi kompüterlərdən istifadəsi daha yaxşı olardı. [18, s.418-432]
Öyrədici proqramlar və inkişafetdirici kompüter oyunları şagirdlərin özgüvən hissini möhkəmləndirir, onlarda “ağıllı” maşın üzərində hakimlik hissi yaradır. Bu emosional duyğunu düzgün qiymətləndirmək və nəzərə almaq lazımdır.
Alqoritm məzmun xətti üçün bir çox öyrədici proqramlar mövcuddur. Bunlardan ən geniş yayılmışı Hanoy qülləsi proqramıdır. Bu proqram millərə 2-dən 7-yə qədər halqaların müəyyən qayda ilə düzülməsidir. Alqoritmlərin öyrədilməsi üçün belə proqramlar çox əhəmiyyətlidir.
Öyrədici proqramların hazırlanmasında süni intellekt və bilik mühəndisliyindən istifadə olunur.
Həmin proqramların informatika kursuna daxil edilməsi nəticəsində şagirdlərin təfəkkür əməliyyatları və hərəkətlər ardıcıllığı kimi mühüm keyfiyyətləri ön plana çıxır.
Öyrədici proqramlar xətti, budaqlanan və qarışıq sxemlər üzrə hazırlana bilər. Xətti proqramlar öyrənilən materialın 95%-ə qədər hissəsinin mənim- sənilməsinə kömək edir. Lakin belə proqramlarda addımlar çox xirda hissələrdən ibarət olduğu üçün böyük vaxt itkisinə səbəb olur. Budaqlanan alqoritmlər daha mürəkkəb quruluşa malik olur. Bu proqramla iş zamanı hər bir şagird fərdi olaraq müxtəlif yollarla məqsədə doğru gedə bilər. Bu isə təlimin differensiallaşmasına səbəb olar.
Qarışıq proqramlar xətti və budaqlanan proqramların müxtəlif birləşmələrindən ibarət olur. Öyrədici proqramların tərkibində adətən keçilən materalın təkrarı üçün testlər verilir. Testlərin kom- püter tərəfindən qiymətləndirilməsi dərsin obyektiv- liyini artırır. Amerikalı pedaqoqlar müəyyən etmişlər ki, məktəblilər 2 və 3-cü siniflərdə kompüterdə 6 həftəlik işdən sonra dəqiqədə 20-30 söz çap edirdilər. Adətən bu yaşdakı şagirdlər 9-11 söz yaza bilirlər.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə