Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Inkişafetdirici kompüter oyunları



Yüklə 1,11 Mb.
səhifə43/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47
Azf-296626 removed

Inkişafetdirici kompüter oyunları. Oyunların didaktik məqsədləri müəllim tərəfindən müəyyənləş- dirilməlidir. Oyunun özü isə uşaqlar tərəfindən reallaşdırılır. Oyunların keçirilməsi zamanı şagirdlərdə kollektivçilik, fəallıq, müəyyən qayda- qanunlara əməl etmək kimi mühüm keyfiyyətləri formalaşdırır. 1-4-cü siniflərdə informatika dərslərinin demək olar ki, bütün mövzuları üzrə dərslik və metodik vəsaitlərdə müxtəlif inkişafetdirici oyunlar verilmişdir. Bu oyunlar həm kompüterdən istifadə etməklə, həm də adi qaydada aparıla bilər. Bu oyunların düzgün keçirilməsi müəllimin səriştəsindən
və pedaqoji ustalığından asılıdır. Nəzərə alınmalıdır ki, hər bir oyun dörd struktur mərhələdən ibarətdir: 1) didaktik məqsəd; 2) oyun hərəkətləri; 3) oyun qaydaları; 4) nəticə.
Hələ Platon yazırdı ki, qədin Misirdə insanlar xüsusi öydədici və tərbiyəvi oyunlar düzəldirdilər. Platon özünün “Dövlət”ində etimoloji cəhətdən bu iki sözü bir-birinə yaxınlaşdırmışdı: oyun və tərbiyə. O, göstərmişdi ki, müxtəlif sənət növlərinə və hərbi işə yiyələnməyin yolu məhz oyundan keçir. Tarixən Y.Korçak, J.J.Russo, İ.Pestalotsi, D.Uşinskiy və digər məşhur pedaqoq və alimlər insanın inkişaf və formalaşmasında çox böyük əhəmiyyətə malik olduğu ideyalarını irəli sürmüşlər. Suxomlinski yazırdı: “Uşaq üçün oyun ciddi məsələdir. Onsuz uşağın inkişafı qeyri-mümkündür. Uşaqların mənəviyyyatı yalnız və yalnız oyunlar, nağıllar, musiqi, fantaziya, yaradıcılıq vasitəsilə zənginləşə bilər.”
Inkişafetdirici kompüter oyunlarının psixo- loji-pedaqoji xüsusiyyətləri. Psixoloqların fikrincə, 7-9 yaşlarda uşağın oyuna olan həvəsi xüsusən güclü olur, çunki bu dövrdə bir çox funksiyalar inkişaf edir, uşaqda ətraf aləmə, insanlara müəyyən konkret münasibətlər formalaşır.
Hazırda həddindən artıq müxtəlif məzmunlu və
çox sayda inkişafetdirici kompüter oyunları möv- cuddur. Lakin bunların bəzisi gözəl musiqi müşayiəti, rəngarəng animasiyalarla zəngin olsa da, zəif metodik səviyyədə olurlar. Belə bir suala cavab tapmağa çalışaq: bu qədər çox oyunların arasından uşaqlar üçün inkişafetdirici və onlara faydalı olanlarını necə seçmək olar? Ilk növbədə oyunları seçərkən diqqəti uşaqların idraki marağını artıran və onların psixofisiki inkişafına səbəb olan oyunlara yönəltmək lazımdır. Məsələn, “Vunderkind” oyununda 26 inkişafetdirici oyun var. Bu oyunlar şagirdlərdə fəza təsəvvürünü, danışıq dilini, məntiqi təfəkkürünü və yaddaşını inkişaf etdirir. Proqramın dörd səviyyəsi var, onların hər biri uşaqların müvafiq səviyyələrinə uyğundur. Uşaqlar birinci səviyyədən başlayaraq dördüncü səviyyəyə qədər yüksələ bilərlər.
Hazırda ən çox oynanılan oyunlardan biri olan “tetris” uşaqlarda fəza təsəvvürünü və həndəsi fiqurların düzülüşünü qura bilmək kimi qabiliyyətləri inkişaf etdirir. Bu oyunun üçölçülü fəza üçün olan “pentiks” variantı da mövcuddur.
Şagirdlər üçün “Superintellekt” adlı inkişaf- etdirici disklər komplektində çoxlu məntiqi oyunlar var. “Ağıllı qarışqa”, “Macəra”, “Marsdan gələnlər”, “Yarış”, “Rəqəmləri tap”, “Şəbəkə cazibəsi”,



“Cəngəlliyi aşmaq”, “Velosiped”, “At yarışı”, “Yaddaşını yoxla”, “Dəcəl dovşan” və s. kimi oyunları inkişafetdirici oyunlara aid etmək olar. Məsələn, “Zəka” oyunu şagirdlərin həndəsi fiqurları tanımalarına kömək edir. Bu oyun vasitəsilə həndəsi materialın düzgün mənimsədilməsi və yaddaşın güclənməsinə kömək edir. Şagird şakildəki həndəsi fiqurları tapmaq üçün onları həm yadda saxlamalı, həm də tanımalıdır. “Rəqəmləri tap” oyununda isə uşaq meşədə agacların və cəngəlliklərin arasında gizlənən rəqəmləri axtarıb tapır. Bu oyun 1-ci sinifdə şagirdlərin riyazi qabiliyyətlərini inkişaf etdirmək və onlara rəqəmləri tanıtmaq üçündür. “Dələ” oyununu da 1-ci sinif şagirdlərinə təklif etmək olar. Bu oyunda uşağın diqqəti və koordinasiyası yoxlanılır. Özü hərəkətdə olan dələ yuxarıdan düşən obyektləri tutmağa çalışır və xal qazanır.
2-ci sinifdə “Oyun tipli proqramlarla iş” adlı mövzu tədris edilir. Bu mövzu şagirdlərə “Obyekt və obyektlər qrupu” və “İnformasiya” tədris vahidlərinin daha mükəmməl öyrədilməsini nəzərdə tutur. Oyunlar kompüter proqramları vasitəsilə yerinə yetirilir və şagirdlərin böyük summativ qiymətləndirməyə hazırlıqları kimi aparıla bilər.
Ümumiyyətlə, inkişafetdirici kompüter oyunları
düzgün seçildikdə şagirdlərin bir çox qabiliyyətlərini

  • yaddaş, hafizə, təfəkkür, cəldlik kimi qabiliy- yətlərini inkişaf etdirməklə yanaşı onlarda ətraf aləm, bitki, heyvanlar aləmi, idman, riyaziyyat, dil və s.-lə bağlı biliklərini artırmalıdır.

Uşaqların kompüterdə işini təşkil edərkən bir sıra psixofiziki faktorları nəzərə almaq lazımdır: bəzi uşaqlarda özünəməxsus kompüter qorxusu olur, bu xüsusilə humanitar meyilli uşaqlara aiddir, onları kompüterdə işə cəlb etmək üçün məhz oyunlardan istifadə etmək lazımdır. Onlara kompüterin multimedia imkanlarını, musiqi bəstələmək, kitab oxumaq, tərcümə etmək kimi imkanlarını nümayiş etdirmək olar. Bu zaman həmin uşaqlar kompüterdən aldıqları bilikləri daha dərindən mənimsəyir. Müşahidələr göstərir ki, 7-8 yaşlı uşaqlar əsasən monstr, avtomat silah və s. kimi oyunlara daha çox həvəs göstərir, məntiqi və inkişafetdirici oyunları oynayanların sayı çox azdır. Uşaqların kompüter asılılığının qarşısını vaxtında almaq və onları virtual aləmə daha çox bağlanmaqdan xilas etmək üçün pedaqoq və valideynlər uşaqlarla profilaktik iş aparmalıdırlar. Belə hallar daha çox infantil uşaqlarda baş verir (infantil – körpəyə, uşağa məxsus deməkdir, normal inkişaf edən, lakin psixi mənada uşaqlıqdan
çıxa bilməmiş).

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə