Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İbtidai siniflərdə məntiq elementlərinin öyrədilməsi metodikası



Yüklə 1,11 Mb.
səhifə39/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   47
Azf-296626 removed

İbtidai siniflərdə məntiq elementlərinin öyrədilməsi metodikası


  1. Riyazi məntiqin əsas elementləri.

  2. Əsas məntiqi kəmiyyətlərin öyrədilməsi metodikası – 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üzrə.

Riyazi məntiqin əsas elementləri. Məntiq elminin əsası b.e.ə. IV əsrdə qədim yunan filosofu Aristotel tərəfindən qoyulmuşdur. XIX əsrə qədər Aristotel məntiqi mülahizələrin doğru və ya yalan qiymətinin müəyyən edilməsinə əsaslanırdı (silloqizm). XIX əsrdə C.Bul, O. De Morqan və s. tərəfindən riyazi məntiqin əsasları qoyuldu. Bu yeni məntiq sayəsində o vaxta qədər olan bütün məntiq elementləri riyazi dildə ifadə olunmağa başladı. Məhz məntiq elmi informatika üçün riyazi fundament rolunu oynayır. Belə ki, informatika kursunda məntiq bölməsi xüsusi əhəmiyyət kəsb edən və alqoritm- ləşdirmə, proqramlaşdırma və modelləşdirmə məzmun xəttində nəzərdə tutulan bilik, bacarıq və vərdişlərin öyrədilməsinə xidmət edən çox vacib bölmədir.
Məntiq elminin əsas anlayışları bunlardır: [15, s.154-158]
Mülahizələr – təsdiq və ya inkar hökmü olan
nəqli cümlələr. Məsələn, “Buz – suyun bərk halıdır” – cümləsi doğru qiymətini, “Roma Fransanın paytaxtıdır” – cümləsi isə yalan qiymətini alır.
Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri ilə ifadə olunan anlayışlar.
Məntiqi sabitlər – DOĞRU və YALAN.
Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərin simvolik yazılışları. Məsələn, A, B, X, Y və s.
Məntiqi ifadələr – sadə və ya mürəkkəb mülahizələr.
Məntiqi əməliyyatlar–Bu əməliyyatların beş növü mövcuddur: konyunksiya, dizyunksiya, inkar, implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tam sistem təşkil edir və yerdə qalan iki əməliyyat onların vasitəsilə ifadə oluna bilir. Bu səbəbdən məktəb kursunda əsasən ilk üç əməliyyat - konyunksiya, dizyunksiya və inkar öyrədilir.
Konyunksiya – məntiqi vurmadır. Dilimizdə “və” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B mülahizələrinin konyunksiyası A∧B kimi yazılır. Qiyməti A və B mülahizələrindən heç olmasa biri yalan olduqda yalan olur.
Dizyunksiya – məntiqi toplamadır. Dilimizdə “və ya” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B mülahizələrinin dizyunksiyası AVB kimi yazılır. Qiyməti A və B mülahizələrindən hər ikisi yalan olduqda yalan olur.
İnkar – unar və ya biryerli əməliyyatdır. A və ya kimi göstərilir. A - doğru olduqda yalan, yalan
olduqda isə doğru qiymət alır.
Misal. “Doğru deyil ki, 4 ədədi 3 ədədinə bölünür”. 4 ədədi 3 ədədinə bölünür – ifadəsini A ilə işarə edək. Onda verilən mülahizə A olacaq. A mülahizəsi yalan qiymət alır, deməli, A doğru qiymət alacaq.
Müəllim şagirdlərə belə bir tapşırıq verə bilər:
Şəkillərə əsasən suallara cavab verin:
“Qırmızı deyil, kvadrat deyil, canlı deyil” – bu
əlamətlər hansına aiddir?
Şagirdlərə aşağıdakı dörd şəkil – qırmızı gül, ağ quş, boz çətir və televizor şəkilləri göstərilir. Şagirdlər şəkildəki obyektlərin əlamətlərini sadala- maqla, sualın cavabını tapırlar. {Cavab: çətir.}






Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə