Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel



Yüklə 1,11 Mb.
səhifə42/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47
Azf-296626 removed

Öyrədici proqramların istifadəsinin metodik xüsusiyyətləri. Hazırda 1-4-cü siniflər üçün tərtib edilmiş müxtəlif öyrədici proqramlar var. Bunlardan
“Əlifba”, “Riyaziyyat”, “Sehrli çərçivə” və s. öyrədici proqramlarını göstərmək olar.
Bir neçə öyrədici proqramı nəzərdən keçirək.

    1. “Məktəblilər üçün qrafik redaktor” proqramı. Karandaş seçilir (F1-irəli, F2 geri getməkdir); Karandaşın rəngi dəyişdirilir (F3);

Fon rəngi dəyişdirilir (F4); Ekranın təmizlənməsi (F5); Şəklin yadda saxlanması (F6).
Bu proqramdan 1-ci sinif şagirdləri 4-7 dəqiqə ərzində istifadə edə bilərlər. Proqramın məqsədi şagirdlərə qrafik redaktorda şəkil çəkməyi öyrətməkdir. Belə ki, həm hazır şəkillər təklif olunur, həm də şagirdlərin özləri yeni şəkil çəkə bilərlər.

    1. “Loqo” proqramı. Loqo proqramlaşdırma dili olmaqla yanaşı həm də öyrədici kompüter proqramıdır. Loqo vasitəsilə şagirdlər bir çox obyektləri modelləşdirə bilərlər. Bu dilin sintaksisi çox sadədir və təbii dilə oxşayır. Bu proqramda seçilmiş trayektoriyalar üzrə hərəkət edərək mətnlər yaratmaq, simmetrik fiqurlar çəkmək, maraqlı ornamentlər, harmonik fiqurlar yaratmaq mümkündür.

    2. “Həndəsi fiqur” proqramı.

Proqramda həndəsi fiqurlar forma və rənglərinə görə təsnif edilir. Ekranın mərkəzində həndəsi fiqurlar
görünür. Şagirdlər onları müəyyən qaydalara görə yerləşdirməlidirlər.

  1. dairələri ekranın yuxarı, üçbucaqları aşağı hissəsində,

  2. kvadratları sol, düzbucaqlıları sag tərəfdə,

  3. yaşıl fiqurları sağ, qırmızı fiqurları sol

tərəfdə,

  1. üç üçbucağı sağ yuxarı, iki dairəni sol

aşağı tərəfdə.
Şagird klavişlərdən istifadə edərək ona lazım olan fiquru seçir və “enter” düyməsi ilə öz yerinə yerləşdirilir. Tapşırıq həll olunduqdan sonra “probel” düyməsi basılır və ekranda beütün fiqurlar öz yerlərində əks olunur.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə