|
Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel
|
səhifə | 36/47 | tarix | 28.05.2022 | ölçüsü | 1,11 Mb. | | #88233 | növü | Dərs |
| Azf-296626 removedİnformasiya modelləri və modelləşdirilməsi haqqında təsəvvürlərin daxil edilməsinə metodik yanaşma. Metodistlərin fikrincə modellər 3 səviyyədə öyrədilməlidir: minimal, tamamlanmış və dərinlə- dirilmiş.
Minimal səviyyədə modelləşdirmənin əsas anlayışları öyrədilməlidir. Bu zaman müəllim təlim metodu kimi söhbətdən istifadə edə bilər. Model
anlayışı ilə bağlı şagirdlərin özləri çox sayda nümunələr bilirlər və müəllimin düzgün istiqamət verməsi ilə onlar modellərə aid misallar göstərə bilərlər. Bu misalların əsasında şagirdlər modelə belə bir tərif verə bilərlər: Model real obyektin sadələşdirilmiş obrazıdır. Qeyd etmək lazımdır ki, modeldə onun istifadəsi üçün nəzərdə tutulan xüsusiyyətlər nəzərə alınır. Məsələn, insanın müxtəlif modelləri mövcuddur: anatomiya dərsində istifadə edilən skelet, mağazaların vitrinində qoyulan maneken və s.
Daha sonra modelləşdirmənin məqsədi nəzərdən keçirilməlidir. Burada qeyd olunur ki, yalnız obyektlər deyil, proseslər də modelləşdirilə bilər. Məsələn, atmosfer prosesləri və hava proqnozu, seysmoloji zonalar və s.
“Modelləşdirmə obyekti – məqsəd – model” anlayışları zəncirində son element modeldir. İnfor- matika kursunda daha çox informasiya modelləri nəzərdən keçirilir. İnformasiya modellərinin aşağıdakı formaları var:
Şagirdlərə izah edilməlidir ki, eyni bir obyektin modelini müxtəlif formalarda vermək olar. Məsələn, yerin xəritəsinin müxtəlif növləri var: fiziki xəritə, siyasi xəritə, iqlim xəritəsi və s. Və yaxud, eyni bir modeldən müxtəlif obyektlərin izahı üçün istifadə etmək olar: mexanikada maddi nöqtənin hərəkət tənliyi avtomobilin, qatarın, daşın, planetlərin və s. hərəkətini izah edə bilər.
Tamamlanmış səviyyədə aşağıdakı anlayışlar nəzərdən keçirilir: “sistem”, “qraf”, “şəbəkə”, “sistem analizi”. Bu məqsədlə müəllim şagirdlərdə sistemləşdirmə anlayışını inkişaf etdirməlidir. Bunun üçün isə qraflardan, cədvəldən istfadə edilməlidir. Məsələn, şagirdlərə öz şəcərələrini tərtib etmələrini tapşırmaq olar.
Dostları ilə paylaş: |
|
|