Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


Informasiyanın modelləşdirilməsinin və alqoritmləşdirmənin tədrisi metodikası



Yüklə 1,11 Mb.
səhifə35/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
Azf-296626 removed

Informasiyanın modelləşdirilməsinin və alqoritmləşdirmənin tədrisi metodikası





  1. İnformasiya modelləşdirilməsi istiqamətində tədrisin məzmunu.

  2. İnformasiya modelləri və modelləşdirilməsi haqqında təsəvvürlərin daxil edilməsinə metodik yanaşma.

  3. İnformasiya modelləri və formallaşdırmanın öyrədilməsi metodikası.

  4. Alqoritmləşdirmə istiqamətində tədrisin

məzmunu.

  1. Alqoritm anlayışının daxil edilməsi metodikası.

İnformasiya modelləşdirilməsi istiqamətində tədrisin məzmunu. Modelləşdirmə ibtidai siniflərin informatika kursunda ayrıca tədris vahidi kimi tədris edilmir, lakin informatika kursunun bütün nəzəri bazasını modelləşdirmə təşkil etdiyindən bu mövzunun öyrənilməsi çox mühümdür. Metodik cəhətdən alqoritmlərdən əvvəl modelləşdirmə öyrədilməlidir. Çünki alqoritmlər əslində modelləşmiş informasiya üçün qurulur. 4-cü sinifdə “Əlamətlərin cədvəl şəklində verilməsi”, “Qrup və altqrup”, “Və, və ya sözləri olan mürəkkəb mülahizələr”, “Mülahizələrin sxemlərlə göstərilməsi” mövzuları məhz informasiyanın modelləşdirilməsi ilə əlaqədar olaraq şagirdləri bu mövzuya hazırlamaq üçün keçilir. Bu mövzularda əsasən informasiyanın modelləşdirilməsində cədvəl və qraflardan istifadə qaydaları verilmişdir. İnformasiyanın modelləşdiril- məsi nədir və metodik cəhətdən hansı qaydada tədris edilməsi məqsədəuyğundur suallarını aydınlaşdıraq. [18, s.263-267]
Model – obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolma formasıdır. Modelin yaradılması prosesi modelləş- dirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir. Bəs nə üçün insanlar
obyektin özü ilə deyil, modeli ilə işləyirlər? 1-cisi, obyekt öyrənilən zaman orijinal özü mövcud olmaya bilər. O ya keçmişdə qalmış, ya da gələcəkdə düzəldiləcək obyekt ola bilər. Dinozavrların nəslinin kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyəsi və s. kimi. 2-cisi, orijinal çoxsaylı mürəkkəb xüsusiyyətlərə malik ola bilər. Modeldə isə yalnız tədqiqatçını maraqlandıran xüsusiyyətlər nəzərə alınır. 3-cüsü, model obyektin ümumiləşməsi ola bilər. Məsələn, maneken real insanın standartı, obrazıdır. 4- cüsü, müəyyən səbəblərdən orijinal tədqiqatçı üçün əlçatmaz ola bilər. Məsələn, molekullar çox kiçikdir, dağlar, planetlər çox böyükdür, ona görə onların modellərindən istifadə edilir.
Təqdimolma formasına görə modellərin 2 növü var – maddi modellər və informasiya modelləri.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə