Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel


İnformatika dərslikləri və metodik vəsaitləri



Yüklə 1,11 Mb.
səhifə24/47
tarix28.05.2022
ölçüsü1,11 Mb.
#88233
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   47
Azf-296626 removed

İnformatika dərslikləri və metodik vəsaitləri haqqında məlumat. Kurikulumun məzmun standart- ları əsasında hazırlanmış 1-4-cü siniflər üçün “İnfor- matika” dərslik komplektinin bəzi xüsusiyyətlərini qeyd edək. [4; 8; 7; 5]
Təlim materialları idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq qruplaşdırılmışdır. (taksonomiya - sadədən mürəkkəbə doğru zəncirvari,



ierarxiya üzrə inkişafı əks etdirən anlayışlar sistemidir).
Qruplaşdırılmış təlim materialları fəal təlimin mərhələləri üzrə yerləşdirilmişdir və şagirdə müstəqil fəaliyyət üçün imkan yaradır.
Təlim materialları kurikulum sənədində informatika fənni üzrə məzmun standartlarının reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun hazırlanmışdır.
Dərslikdə hər mövzu üzrə təlim materialları aşağıdakı ardıcıllıq və prinsiplə qruplaşdırılmışdır:

  • mövzuya başlayarkən şagirdlərdə maraq yaratmaq üçün gündəlik həyatda rast gəldiyimiz və- ziyyət və hadisələr şəkillərlə təsvir edilir, motivasiya yaradılır, onlara aid sual və tapşırıqlar verilir;

“Fəaliyyət” blokunda maraq yaradılan məqam- ların araşdırılmasına, həmçinin bu hadisələrin səbəb- nəticə əlaqələrinin müəyyən olunmasına yönəlmiş praktik fəaliyyət tələb edən tapşırıqlar verilir.

  • fəaliyyət zamanı aşkar edilmiş faktlar ümumiləşdirilmiş bilik və məlumatlar formasında “Bilik qutuları”nda verilir. Burada həmçinin mövzu

ilə bağlı yeni anlayışlar və onların izahatları təqdim olunur;

    • qazanılmış bilikləri dərinləşdirmək və onları yaradıcı tətbiq etmək üçün müxtəlif çətinlik dərəcəli tapşırıqlar verilir;

    • əldə edilmiş bacarıqlar didaktik oyunlar vasitəsilə təkmilləşdirilir. Oyun forması ibtidai sinif şagirdləri üçün çox maraqlı olduğundan müəllim üçün vəsaitdə əlavə oyun nümunələri də təqdim edilir;

    • dərslik komplektinə pulsuz əlavə olunan və Təhsil Nazirliyinin rəsmi qrifi ilə təsdiq edilmiş İNFO-KO elektron tədris vəsaiti sinifdə və evdə müvafiq tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır: dərslik komplektinin

mövzular üzrə strukturu; fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik planlaşdırma nümunəsi; fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;
□gündəlik planlaşdırmaya dair nümunələr; hər paraqraf üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildilmiş surətləri üzərində sxematik təsviri; hər paraqrafda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi; dərsin təlim məqsədlərinin reallaşdırılması ilə bağlı daha çox diqqət yetiriləsi məsələlər; informatika fənn kurikulumunun tələblərinin reallaşma mexanizm- lərinin şərhi və əsaslandırılması; şagird nailiyyət- lərinin qiymətləndirilmə prinsipləri və formaları; müxtəlif mövzular üzrə uşaqların fəallığını artırmaq üçün dərslikdə verilməyən əlavə didaktik oyunlar; müəllimlər üçün mövzu üzrə müasir elmi baxışlara və texnologiyalara dair qısa məlumatlar;müəllimin istifadə edə biləcəyi mənbələr.
I sinif dərslik komplektinin mövzular üzrə strukturu belədir: [4]
I sinifdə 4 tədris vahidinin öyrədilməsi nəzərdə tutulur:

  1. Əşyaların təsviri və müqayisəsi;




  1. Hadisələr və hərəkətlər ardıcılllığı;




  1. İnformasiya;

IV – Kompüter.

Hər bir tədris vahidi (t.v.) üzrə müvafiq mövzular öyrədilir. “Əşyaların təsviri və müqayisəsi”


t.v. -də əşyanın rəngi və forması, hissələri və hərəkəti, yuxarı, aşağı, sağ, sol və s., “Hadisələr və hərəkətlər ardıcılllığı” t.v.-də əvvəl-sonra, əks əlamətlər, məntiq bölməsi doğru və yalan, “Informasiya” t.v.-də informasiya nədir, hardan alırıq, necə ötürülür və s., “Kompüter” t.v.-də kompüter nədir, işə necə başlamaq olar, kompüterdə şəkil çəkmək, yazı yazmaq və s mövzuları keçilir.

  1. sinif dərslik komplektinin mövzular üzrə strukturu belədir: [8]

  1. Obyekt və obyektlər qrupu;




  1. İnformasiya;




  1. Alqoritm;




  1. İnformasiya texnologiyaları.

“Obyekt və obyektlər qrupu” t.v.-də “Obyekt nədir”, “Oxşar əlamətlər”, “Qruplaşdırma”, “Fərq- ləndirici əlamətlət”, “Tapmacalar”, “İnformasiya” t.v.-də informasiyanın növləri, alınması, təqdim


olunması, saxlanılması və ötürülməsi, “Alqoritm” t.v.- də hərəkətlər və hadisələr ardıcıllığı, alqoritm və onun icrası, doğru və yalan mülahizələr, qeyri-müəyyən mülahizələr, ən sadə və qısa yol, “İnformasiya texnologiyaları” t.v.-də kompüter və onun hissələri, kompüter sinfində davranış qaydaları, mətn və qrafik redaktorlar, kalkulyator proqramı ilə iş mövzuları öyrədilir.

  1. sinifdə aşağıdakı t.v. və mövzular öyrədilir:

[7]



  1. İnformasiya;




  1. Alqoritm;




  1. Kompüter.

“İnformasiya” t.v.-də informasiyanın


kodlaşdırılması, informasiya prosesləri, rebusların həlli, informasiyanın işlənməsi, “Alqoritm” t.v.-də obyektlər qrupu, hamısı, heç biri, bəzi sözləri, fərqli əlamətlər, qanunauyğunluqlar, “Kompüter” t.v.–də kompüterin iş masası, Paint proqramı ilə iş, Word Pad proqramı, kompüterdə hesablamaların aparılması kimi mövzular öyrədilir.

  1. sinifdə informasiya prosesləri, alqoritm və

kompüterdə iş t.v. üzrə: [5]



  1. texnikada informasiyanın emalı, informasiya texnologiyaları, elektron poçt və internet;

  2. əlamətlərin cədvəl şəklində təsviri, qrup və altqrup, məntiqi mühakimələr və s., budaqlanan və dövrü alqoritmlər;

  3. qrafik redaktorun alətləri, simmetrik fiqur, mozaika və mətnli şəkillərin çəkilməsi, mətnlərin yığılması, nizamlanması, çapa hazırlanması öyrədilir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə