687
Təhsil
-sistemləşdirilmiş bilik,bacarıq və vərdişlərə, təfəkkür üsullarına
yiyələnmənin məqsədyönlü prosesi və nəticəsi, böyüyən nəslin həyata, əməyə və
ictimai fəaliyyətə hazırlanmasının mühim şərti.
Təhsil
sistemi
-müxtəlif
pillələrdən
olan
təhsil
proqramlarının
məcmusundan, onları həyata keçirən təhsil
müəssisələri şəbəkəsindən,təhsilə
rəhbərlik və onu idarə edən orqanlardan,təlim və tərbiyə işi ilə məşğul olan digər
müəssisə və təşkilatlardan ibarətdir.
Təhsilin
məzmunu
-dedikdə,təlim prosesində
şagirdlər tərəfindən
mənimsənilməsi zəruri olan elmi biliklər,praktik bacarıq
və vərdişləri,həmçinin
dünyagörüş və mənəvi-etik ideyalar sistemi nəzərdə tutulur.
Təlim
-müəllim və şadirdlərin qarşılıqlı fəaliyyətinin xüsusi təşkil edilmiş,
məqsədyönlü, sistemli və idarə olunan prosesi olub bu zaman bilik,bacarıq və
vərdişlərin
mənimsənilməsi baş verir,məktəblilərin tərbiyəsi və inkişafı həyata
keçir.
Təlim prosesinin metodoloji əsasında
-qneseologiya (
idrak fəlsəfəsi
)
dayanır. Qneseologiyaya görə,dərketmə obyektiv
aləmin şəxsiyyətin şüurunda
fəal inikası prosesidir.Obyektiv mövcud olan hadisələr,proseslər aləmi,onlar
arasındakı səbəbiyyət və qanunauyğunluq ələqələri
şəxsiyyətin şüurunda öz
ifadəsini tapır. İdrak isə obyektiv mövcud olanarın insanın subyektiv şüurunda
inikasıdır.
Dostları ilə paylaş: